Məhkəmə qərarları › İş №2(050)-3058/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3058/2024

10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3058/2024 10.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər kimi qeyd edilmiş Masallı regional Maraqlı şəxs1ndə notariat kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi) «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X5 miras qalmış ƏMDK yanında DƏDR xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2010-cu il tarixli çıxarışla qeydə alınmış (X8 xüsusi mülkiyyətində olan) Masallı rayonu Boradigah qəsəbəsində yerləşən 0.085 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınmasını və mirasın qəbul edilməs faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X16 onun əri olmuşdur. Ziyaddin Hacıyevlə ailə həyatı quraraq xx.xx.1982-ci ildə Boradigah qəsəbə Sovetliyində rəsmi nikah bağlamışlar. Onların nikahılarından 3 övladı olmuşdur. X28 xx.xx.2021-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində miokard infakt nəticəsində ölmüşdür. Ərinin ölümündən sonra ondan qalan miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, X28in xüsusi mülkiyyətində Masallı rayonu Boradigah qəsəbəsində 0.085 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinə dair ƏMDK yanında DƏDR xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi 01,12.2010-cu il tarixli Çıxarış vardır. Əri öldükdən sonra həmin torpaq sahəsini faktiki olaraq istifadə etmişdir. Həmçinin ərinin ondan başqa vərəsələri olan övladları ərindən miras qalan əmlakın onun adına sənədləşməsinə razılıq verərək, miras əmlakdan onun xeyrinə imtina etmişlər və bu barədə notarial qaydada ərizə vermişlər. Eləcə də, Ziyaddin Hacıyevin valideynləri olan atası İzzət xx.xx.2005-ci il tarixdə və anası Mənsurə xx.xx.2012-ci il tarixdə ölmüşlər. Ərindən miras qalmış əmlakın qəbulu ilə bağlı Notariat kontoruna müraciət etmiş, lakin Notariat kontoru mirasın faktiki qəbulu olmadığını əsas gətirərək, miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsində imtina edərək məhkəməyə müraciət etməklə bağlı sənədlərini ona geri qaytarmışdır. Baxmayaraq ki, əri öldükdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, miras əmlakı özü istifadə etmişdir. Bununla bağlı ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışı iş materiallarına əlavə edir. Odur ki, bütün bu sadalananları nəzərə alaraq məhkəməyə müraciət etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı regional Maraqlı şəxs1 notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Digər maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən ərizəçinin vəkil və nümayəndəsinin izahatını, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X10 arasında Masallı rayon Boradigah qəsəbə Sovetliyində 07 may 1982-ci il tarixdə nikah bağlamış, bu barədə 14 saylı akt qeydi var və nikah bağlandıqdan sonra ərə (arvada) Hacıyev (a) soyadı verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1241 saylı arayışdan görünür ki, Masallı rayon Boradigah qəsəbəsi, C.Cabbarkı küçəsi ev 13-də yaşayan Ərizəçi əri X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Boradigah qəsəbəsi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvlərindən həyat yoldaşı Ərizəçi qalmışdır. Onun övladları X11, X12 və X13 ailə tərkibindən çıxıb getmişlər. X1 başqa vərəsələri yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışından görünür ki, Masallı rayon Boradigah qəsəbəsində 0.085 hektar torpaq sahəsi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010) **********88 reyestr nömrəsi ilə X8 adına tam payı olmaqla qeydiyyata alınmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 894 saylı arayışdan görünür ki, Ərizəçi əri X16 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ondan qalmış (0125919 nömrəli çıxarışdakı) əmlakları qəbul edərək onları istifadə edir. Masallı regional Maraqlı şəxs1ndə notariat kontorunun ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1154 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə nəzərdən keçirilərkən məlum olmuşdur ki, faktiki qəbul barədə heç bir sənəd yoxdur. Vərəsəliyin qəbul müddətinin keçməsinə görə vərəsəlik işinin notariat qaydasında təsdiqlənməsi mümkün olmamış və məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Ölüm haqqında arayışlardan görünür ki, X17 11 iyun 2005-ci ildə, X3 24 iyul 2012-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 01 noyabr 2021-ci ildə ölmüşdür. X4 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “atam 24 yanvar 1960-cı il təvəllüdlü X8 vəfatından sonra, 01 noyabr 2021-ci ildə vəfat etmiş onun həyat yoldaşı xx xxxxxxx 1961-ci il təvəllüdlü Ərizəçi xeyrinə mənə çatası paydan bütün əsaslar üzrə imtina edirəm.” Doğum haqqında arayışdan görünür ki, X12 20 fevral 1985-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuşdur. X2, anası X6r. X7 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2021-ci il tarixdə atam - X16 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” Doğum haqqında şəhadətnamədən görünür ki, X13 03 noyabr 1987-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuşdur. X2, anası X6r. Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, X9 birinci növbə vərəsələrindən yalnız həyat yoldaşı X14 miras əmlakı faktiki olaraq qəbul edərək istifadə etmiş, digər vərəsələr isə miras əmlakı qəbul etməyərək miras əmlakı qəbul etməkdən imtina etmişdilər. Azərbaycan Respublikasının MPM-nin: 395.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.9-cu maddəyə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 309.2-ci maddəyə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edilən məsələnin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum əri X8 birinci növbə vərəsəsidir. Ərizəçi miras qalmış torpaq sahəsini faktiki qəbul etmiş və onu istifadə etmişdir. Digər vərəsələr isə miras əmlakdan ərizəçinin xeyrinə imtina etmişlər. Odur ki, məhkəmə ərizənin əsaslı olması qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməklə 01 noyabr 2021-ci ildə ölmüş X5 miras qalmış Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən, ƏMDK yanında DƏDR xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən qeydiyyal nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2010-cu il tarixli çıxarışla qeydə alınmış (X8 xüsusi mülkiyyətində olan) 0.085 ha torpaq sahəsinin miras əmlak olaraq birinci növbə vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 noyabr 2021-ci ildə ölmüş X5 miras qalmış dövlət reyestrində xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.085 ha torpaq sahəsinin miras əmlak olaraq birinci növbə vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar