Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3067/2025 12.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi) qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi) qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2006-cı ildə vəfat etmiş mərhum anası X2 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1940A kod:80500018 saylı şəhadətnamə ilə mülkiyyətində olmuş Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum valideynləri X7 ilə X8 nikahlarını rəsmi qeyd etdirmədən ailə həyatı qurmuşlar. Onların faktiki nikahlarından onunla yanaşı Zabitə adlı bacısı olmuşdur. X14 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Vəfat edənədək mərhum X14nın mülkiyyətində Masallı rayonu Ərkivan qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1940A kod:80500018 saylı şəhadətnamə ilə anasının mülkiyyətdə olmaqla, qeyd olunan mülkiyyət sənədində yalnız mərhum anasının adı qeyd edilmişdir. Yəni sözügedən daşınmaz əmlak mərhum anasından miras qalmışdır. Bacısı ailə həyatı qurub, təsərrüfatdan ayrılmışdır. Yalnız o, mərhum anasından qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, kommunal xərcləri ödəyib mirası faktiki qəbul etmişdir. Lakin mirası sənədləşdirmək istəyərkən cavabdeh ölkə hüdudlarından kənarda yaşadığından, onunla əlaqə saxlamaq və miras əmlaka dair notarial qaydada razılıq alınması mümkün olmamışdır. Bu səbəbdən də mərhum anasına aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Mərhum anasının valideynləri daha öncədən vəfat etdiklərindən, ölən günədək o, subay olduğundan mərhumun birinci növbəli vərəsələri kimi yalnız övladları olan onunla bacısı qalmışlar. Miras əmlakın tərkibinə gəlincə isə bu həyətyanı torpaq sahəsindən ibarətdir. Həmin torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1940A kod:80500018 saylı şəhadətnamə ilə mərhum anasının mülkiyyətində olmuşdur. Birinci növbəli 2 vərəsə olmaqlarına baxmayaraq, digər vərəsə olan Cavabdeh ailə qurub başqa ünvana köçmüş, yalnız o, miras əmlakı faktiki qəbul etdiyindən miras ona çatmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1940A Kod 80500018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998ci il tarixli, 65 saylı qərarı ilə X3 Masallı rayonu, Ərkivan kəndində 0.05 hektar həyətyani torpaq sahəsi verilmişdir. Masallı Rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən iddiaçıya ünvanlanmış 10 aprel 2025-ci il tarixli, 429 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X2 miras qamış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilmişdir. Sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmadığı səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etmək xahiş olunmuşdur. ölüm haqqında arayışdan görünür ki, X8 31 avqust 2006-cı ildə vəfat etmişdir. doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı anası X5r. Ata qrafası boşdur. doğum haqqında arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh anası X5r. Ata qrafası boşdur. Masallı Rayon “Asan Xidmət” Mərkəzində Qeydiyyat şəbəsinin 09 aprel 2025-ci il tarixli, 05/09İS/045222-25 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 23 iyun 1936-cı ildə doğulmuş və 31 avqust 2006-cı ildə vəfat etmiş X6 aid 31 avqust 2006-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 aprel 2025-ci il tarixli, 446 saylı arayışından görünür ki, X8 31 avqust 2006-cı il tarixdə vəfat etmişdir. Məhrumun daimi yaşayış yeri Masallı rayonu, Ərkivan qəsəbəsi olmuş və hazırda onun evində yaşayan vərəsəsi oğlu xx xxxxxxxx 1964-cü il təvəllüdlü İddiaçıdur. Ailə tərkibindən çıxıb gedən vərəsəsi qızı 04 fevral 1963-cü il təvəllüdlü NurCavabdehdır. X1 qeyd olunan vərəsələrindən başqa digər vərəsələri yoxdur. “Azəriqaz” abonenti saldosundan görünür ki, Əliyev X9 rayonu, Ərkivan qəsəbəsində **********00380 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. “Azərişıq” abunə haqqından məlumatdan görünür ki, Əliyev X9 rayonu, Ərkivan qəsəbəsində **********00061 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı mərhum anası X6 münasibətdə birinci növbədə vərəsədir. İddiaçı miras əmlak olan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1940A Kod 80500018 saylı şəhadətnamə, Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə X3 Masallı rayonu, Ərkivan kəndində verilmiş 0.05 hektar həyətyanı torpaq sahəsindən ibarət əmlakı faktiki qəbul etmiş və onu idarə etmişdir. Həmçinin ölmüş şəxsin digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişdir. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1940A kod:80500018 saylı şəhadətnamə ilə 31 avqust 2006-cı ildə vəfat etmiş mərhum X6 aid olan Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməli, o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1940A kod:80500018 saylı şəhadətnamə ilə 31 avqust 2006-cı ildə vəfat etmiş mərhum X6 aid olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilsin və o, həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3067/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3067/2025
12.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver