Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3081/2024 06.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər – X12, Nümayəndə2, X11, X18 və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) mirasın qəbulu faktının müəyyən edilməsi və mirasa hüququn tanınması tələbi üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər – X12, Nümayəndə2, X11, X18 və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış fərdi yaşyış evi və həyətyanı torpaq sahəsi üzərində Cavabdeh və X2 ilə X24 hər birinin 1/3 payının müəyyən edilməsi və miras qalmış həmin əmlaklara münasibətdə 2/3-dən ibarət miras paylarının qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: mərhum valideynləri X13 ilə X35 nikahlarını 01 fevral 1966-cı ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Nikah qeydindən sonra anası Şiriyeva soyadını qəbul etmişdir. Onların birgə nikahlarından onunla yanaşı Sevinc, Rəşxəndə, Gülqayıt, Rəvanə və Vəsilə adlı bacıları olmuşdur. X41 09 noyabr 2017-ci il tarixdə, atası Xanoğlan Şiriyev isə 03 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Vəfat edənədək mərhum valideynləri ilə Vəsilə adlı bacısının birgə mülkiyyətində Masallı rayonu Bala Kolatan kəndində 0.16 ha həyətyanı torpaq sahəsi, onun üzərində olan fərdi yaşayış evi olmuşdur. Həmin daşınmaz əmlaklar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla çıxarış verilmişdir. Yəni sözügedən daşınmaz əmlakların 1/3-i mərhum atasından, 1/3-i isə mərhum anasından miras qalmışdır. Bütün bacıları ailə həyatı qurub köçmüş, təsərrüfatdan ayrılmışdır. Yalnız o, mərhum valideynlərindən qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, kommunal xərcləri ödəyib miras əmlakı faktiki qəbul etmişdir. Lakin, mirası sənədləşdirmək istəyərkən 3-cü şəxslər buna etiraz etməsələr də, cavabdeh notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən də mərhum valideynlərinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, iş üzrə dindirilmiş şahidlər də təsdiq etmişlər ki, İddiaçı valideynləri vəfat etdikdən sonra təsərrüfatı özü idarə etmişdir. Qaz və işıq sayğacları onun adına olmuş, aylıq ödənişləri etmişdir. Həmin torpaq sahəsində iki ev vardır. Evin biri Mahizarin atası Xanoğlanın köhnə evidir. Digər miras əmlaka daxil olmayan təzə ev isə Cavabdeh vəsaiti ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində tikilmişdir. Vəsilə miras qalmış əmlaklar üzərində ümumi birgə mülkiyyətçidir. Bu səbəbdən də ümumi birgə mülkiyyətdə olan əmlaklar üzərində paylar müəyyən edilməlidir. Cavabdeh miras qalmış əmlak üzərində 1/3 hissədə payı olmasına heç bir etirazı yoxdur. Digər yerdə qalan miras kütləsinə daxil olan 2/3 hissələrin isə üçüncü şəxslər iddiaçının xeyrinə imtina edərək mirası onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Sonda Nümayəndə1 iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs, həmçinin digər üçüncü şəxslər X12 və X4 nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, valideynlərinin ölümündən sonra yalnız iddiaçı miras əmlakı faktiki olaraq idarə etmiş, bu səbəbdən də işıq və qaz sayğacları onun adına keçirilmişdir. Cavabdeh miras qalmış evin birgə mülkiyyətçisi olsa da, onun həmin həyət daxilində öz vəsaiti hesabına tikdirdiyi başqa ev vardır. Cavabdehin miras qalmış həyətdə evi olmasına baxmayaraq, mərhum valideynləri vəfat etdikdən sonra həmin ünvana gəlməmiş, miras əmlakı qəbul edib idarəçiliyi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Yəni, valideynləri vəfat etdikdən sonra bacısı Mahizar məhz miras qalmış torpaq sahəsini və torpaq sahəsində yerləşən fərdi yaşayış evini qəbul edərək idarəçiliyini həyata keçirmişdir. O, və nümayəndəsi olduğu digər üçüncü şəxslər iddianın təmin edilərək mirasa bütünlüklə iddiaçının hüquqlarının tanınmasına etiraz etmirlər. Ərazi nümayəndəsi Vəsilənin sinif yoldaşı olması səbəbindən İddiaçı miras əmlakı faktiki qəbul etməsi barədə arayış verməkdən çəkinir. Bu səbəbdən də arayış verməmişlər. Bundan başqa digər bacısı Rəvanə Şiriyeva şəxsiyyət vəsiqəsi ilə əlaqədar problemi olduğundan ona etibarnamə verə bilməsə də, onun da miras barəsində heç bir mübahisəsi yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilsə də, xarici ölkədə yaşaması səbəbinən bildirişlər ünvanına çatdırılmamış, geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər X12, Nümayəndə2 və X7 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş lakin üçüncü şəxs, həmçinin digər üçüncü şəxslər X12 və X4 nümayəndəsi Nümayəndə2 ərizə ilə müraciət edərək ərizədə qeyd etmişdir ki, valideynlərinin ölümündən sonra yalnız iddiaçı miras əmlakı faktiki olaraq idarə etmiş, bu səbəbdən də işıq və qaz sayğacları onun adına keçirilmişdir. Həyətdə cavabdehə aid başqa ev olsa da, o, ümumi birgə mülkiyyətçisi olduğu əmlakları qəbul edərək idarə etməmişdir. O və nümayəndəsi olduğu digər üçüncü şəxslər iddianın təmin edilərək mirasa bütünlüklə iddiaçının hüquqlarının tanınmasına etiraz etmirlər. İşə onun iştirakı olmadan baxılıb qərar qəbuıl edilməsini xahiş etmişdir. Digər üçüncü şəxs X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əlövsət İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdeh onun həmkəndliləri, həmçinin əmisi qızlarıdır. Onların valideynləri vəfat etmişdir. Onlar vəfat etdikdən sonra övladlarından Mahizar həmin həyətə və evə baxmışdır. Vəsilə hələ atasının sağlığında əlavə olaraq miras qalmış torpaq sahəsində ev tikdirmişdir. O, həmin təssərüfatı idarə etməsə də, oranı özününküləşdirmək istəyir. Həyətdə tikilən ev Xanoğlanın sağlığında tikilmişdir. Faktiki olaraq miras əmlakı Mahizar idarə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı onun əmisi arvadıdır. Mahizər Ərkivana ərə gəlmişdir. Onun valideynləri sağ olanda da həmişə o, gedib onlara baxıb qulluğunu tutmuşdur. Onlar vəfat etdikdən sonra da Mahizar həmin evə gedib-gəlmiş, həmin mirası idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdeh onun həmkəndliləri, həmçinin qohumlarıdır. Onların valideynləri vəfat etmişdir. Onlar vəfat etdikdən sonra övladlarından Mahizar həmin həyətə və evə baxmışdır. Vəsilənin qaynatası həyətində evi olsa da, əlavə olaraq həyətdə ev tikdirmişdir. Həyətdə tikilən ev Xanoğlanın sağlığında tikilmişdir. Faktiki olaraq miras əmlakı Mahizar idarə edir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, vəkilin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, X13 ilə X25 arasında 01 fevral 1966-cı ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində 126 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Şiriyev (a) soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, X14 06 avqust 1969-cu ildə, Nümayəndə2 xx xxxxxx 1971-ci ildə, X11 17 iyul 1974-cü ildə, X18 23 iyul 1974-cü ildə doğulmuşlar. Onların atası X13, anası X26r. Ölüm haqqında arayışlardan görünür ki, X36 09 noyabr 2017-ci ildə, X13 10 aprel 2023-cü ildə ölmüşlər. Masallı Rayon İcra Hakimiyyəti başçısının Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardanan görünür ki, Masallı rayonu Böyük Kolatan kəndində yaşayan X5 mərhum anası X36 xx.xx.2017-ci ildə, mərhum atası X13 xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhumların daimi yaşayış yeri ünvan 1 ünvanda yaşamışdırlar. X3 və X24 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları X11, Nümayəndə2, X18, X1 Sevinc Xanoğlan qızı və Cavabdehdır. Onların yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələri yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 1543 nömrəli arayışdan görünür ki, İddiaçı Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatdadır, hal-hazırda Masallı rayonu Bala Kolatan kəndində yaşayır. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat, **********97-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Masallı rayonu, Bala Kolatan kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.8 kv.m olan fərdi yaşayış evi üzərində ümumi birgə olmaqla X2, X36 və Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AKX-06162xx/xx-2024 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB Lənkəran RQİİ ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” müqaviləsi bağlanmışdır. 29 avqust 2024-cü il tarixdə Masallı rayonu Kolatan kənd sakinləri Şahid3, Şahid1, X8 və Masallı rayonu Ərkivan qəsəbə sakini X16 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Masallı rayonu Kolatan kənd sakinləri X13 ilə X36 həmin kənddə həyətlərində olan evdə vəfat edən günədək yaşamışlar. Umi Şiriyeva 09 noyabr 2017-ci il tarixdə, Xanoğlan Şiriyev isə 03 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Onların övladları hamısı ailəli olmaqla köçüb getmiş, yalnız qızlarından İddiaçı mütəmadi olaraq valideynlərinin yanına gəlibgetmiş, onların qulluğunda dayanmış, onların təsərrüfatının idarə edilməsinə köməklik etmiş, hətta anasının, daha sonra isə atasının ölümündən sonra da onların təsərrüfatını idarə etmiş, atasının ölümündən sonra isə daimi olaraq orada yaşamış və təsərrüfatı idarə edərək kommunal xərcləri də özü ödəmişdir. Aktın doğruluğu həmiş şəxslər tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2023-cü il tarixli, 1389 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023-cü il tarixli müraciəti nəzərədən keçirilərkən, vərəsəliyin qəbul müddətinin keçdiyi və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2023-cü il tarixli, 1390 saylı məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X20 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023-cü il tarixli müraciəti nəzərədən keçirilərkən, vərəsəliyin qəbul müddətinin keçdiyi və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 5-66-13/2-148/2024 nömrəli arayışdan görünür ki, Bala Kolatan kənd sakini mərhum X9 təsərrüfatında qızlarından heç biri qeydiyyatda yoxdur. Ona aid elektrik və mavi yanacağ pulunun kim tərəfindən ödənilməsi barədə ərazi nümayəndəliyində heç bir məlumat yoxdur. Məhkəmə Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının valideynləri X36 09 noyabr 2017-ci il tarixdə, X13 10 aprel 2023-cü ildə vəfat etmişdir. Mərhumların Cavabdeh ilə birlikdə ümumi birgə mülkiyyətlərində Masallı rayonu Bala Kolatan kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 115,8 kv metr olan fərdi yaşayış evi olmuşdur. Miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat kontoruna müraciət edilməmişdir. Mərhumların İddiaçı, Cavabdeh, X12, Nümayəndə2, X11, X18 adlı övladları olmuşdur. İddiaçı valideynləri vəfat edənədək onlara qulluq etdiyini, valideynləri dünyasını dəyişdikdən sonra miras qalmış torpaq sahəsini və fərdi yaşayış evini faktiki olaraq qəbul edib idarə etdiyini bildirərək həmin əmlaklar üzərində valideynlərinin paylarının qəbul edilmə faktının müəyyən edilərək mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh başqa digər vərəsələr miras əmlakı qəbul etmədiklərini, gələcəkdə də qəbul etmək niyyətində olmadıqlarını bildirmişdilər. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh hələ valideynləri ölməmişdən əvvəl miras qalmış torpaq sahəsinin daxilində özünə fərdi yaşayış evi tikdirmişdir. O, həmçinin miras əmlak kütləsinin daxil olduğu torpaq sahəsi və fərdi yaşayış evinin mərhum valideynləri ilə birlikdə birgə mülkiyyətçisidir. O, notariat orqanında vərəsəlik üzrə sənədləşmənin aparılmasına etiraz etmişdir. Məhəmə qeyd edir ki, miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsindən əvvəl miras əmlak kütləsinin daxil olduğu torpaq sahəsi və fərdi yaşayış evi mərhumlarla yanaşı, Cavabdeh ümumi birgə mülkiyyətində olduğundan həmin əmlaklar üzərində mülkiyyətçilərin konkret payları müəyyən edilməli, bundan sonra miras qalmış payların qəbul edilməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış Masallı Rayonu Bala Kolatan kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində paylar tərəflərin razılaşması ilə müəyyən edilmədiyindən, hazırda paylı mülkiyyətçilərin ikisi dünyasını dəyişdiyindən və bundan sonra razılaşma mümkün olmadığından qeyd edilən torpaq sahələri üzərində paylar müəyyən edilməlidir. Belə ki, torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışdan görünür ki, qeyd edilən əmlaklar ümumi birgə mülkiyyətdə olmaqla 3 nəfər şəxsin mülkiyyətində olmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlak üzərində paylar üzrə razılaşma olmadığından onların hər birinin payları bərəbər hesab edilməli, yəni çıxarışda adları qeyd edilmiş X36, X13 və Cavabdeh torpaq sahəsi və fərdi yaşayış evi üzərində hər birinə münasibətdə 1/3 payları müəyyən edilməlidir. Beləliklə, həm toraq sahəsi həm də fərdi yaşayış evi üzərində mərhumların hər birinin 1/3 payı olmaqla, ümumlikdə hər iki əmlaka münasibətdə 2/3 paylar miras əmlak kütləsinə daxil olduğu müəyyən edilir. Məhkəmə torpaq sahəsi və fərdi yaşayış evi üzərində mərhumlardan miras qalmış 2/3 hissədə payların faktiki qəbul edilməsi ilə bağlı Mülki Məcəllənin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi ilə bağlı qeyd edir ki, həqiqətən də işdə olan sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, o, birinci növbə vərəsə kimi valideynlərindən miras qalmış əmlakı qəbul edərək idarə etmişdir. Fərdi yaşayış evinin qaz təchizatı ilə bağlı bağlanmış müqavilədən görünür ki, İddiaçı miras qalmış evin kommunal xərclərini ödəyərək təsərrüfatı idarə etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahidlər də İddiaçı valideynləri vəfat etdikdən sonra həmin evdə yaşayaraq istifadə etdiyini bildirmişdilər. Məhkəmə həmçinin miras əmlakın daxil olduğu torpaq sahəsi və fərdi yaşayış evinin İddiaçı ilə yanaşı, birinci növbəli vərəsə Cavabdeh tərəfindən də faktiki olaraq qəbul edilməsi qənaətinə gəlir. Belə ki, Cavabdeh miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinin valideynləri ilə birlikdə birgə mülkiyyətçisi olmuşdur. Mülkiyyətin ümumiliyinin paylı və birgə mülkiyyət növlərinin olmasını nəzərə alsaq, paylı mülkiyyətdən fərqli olaraq birgə mülkiyyət üzərində mülkiyyətçilərin konkret payları müəyyən edilmədiyindən mülkiyyətçilərin paylarına münasibətdə sərbəst sərəncam vermək səlahiyyətləri yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Qanunvericiliyin qeyd edilən normalarından da açıq-aşkar görünür ki, birgə mülkiyyətçilər bir-biri ilə qırılmaz şəkildə ümumi birgə mülkiyyətdə olan əmlakın idarəçiliyini həyata keçirirlər. Sözü gedən torpaq sahəsi və fərdi yaşayış evi üzərində cavabdeh birgə mülkiyyətçi olduğu halda, onun həmin əmlakları valideynləri öləndən sonra qəbul etməməsi və idarə etməməsi qənatəinə gəlinməsi məntiqsiz bir vəziyyət yaradardı. Ən azından Cavabdeh birgə mülkiyyətdə olan payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməmiş, birgə mülkiyyətçisi olduğu əmlakdan imtina etməsi ilə bağlı iradəsini açıq-aşkar formada göstərməmişdir. Əksinə valideynlərindən miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsinə etiraz etməklə mübahisə yaratmış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan halda, qəbul olunur ki, cavabdeh ən azından birgə mülkiyyətdə olan əmlakın özünə aid olan hissəsindən imtina etməməklə, əmlakdan istifadə etmək, onu idarə etmək niyyətində olmuş, dolayısı yolla birgə mülkiyyət olan əmlakdan imtina etməyərək ümumi əmlaka münasibətdə də iradəsini ifadə etmişdir. Eyni zamanda işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh hələ atasının sağlığında özünün birgə mülkiyyətçisi olduğu torpaq sahəsində yeni ev inşa etdirmiş, valideyni öldükdən sonra da orada təmir-bərpa işlərini davam etdirmişdir. Baxmayaraq ki, cavabdeh işləri ilə əlaqədar ölkə xaricində yaşayır, o, miras qalmış torpaq sahəsində evi inşa etdirməklə miras əmlakı qəbul etdiyini əyani formada göstərmişdir. Cavabdehin özünə torpaq sahəsində ev tikdirməsi və bununla da miras qalmış əmlakı qəbul etdiyini göstərən hərəkətlər etməsi, lakin gec-gec yaşadığı evə gəlməsi onun miras əmlakı qəbul etmədiyi qənatəinə gəlinməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında miras əmlakın formal və faktiki olaraq qəbul edilməsi növlərini qeyd etmiş, miras əmlakın formal qəbulunu, Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilməsi ilə həyata keçirildiyini göstərmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi, Cavabdeh miras kütləsinə daxil olan torpaq sahəsi və fərdi yaşayış evini faktiki olaraq idarə etməklə qəbul etmişdir. Beləliklə, X36, X13 öldüyündən onların payları üzrə miras əmlak açılmış və həmin əmlaklar İddiaçı və Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilərək idarə edildiyindən, digər vərəsələr ana və atalarına məxsus olan payları qəbul etməyərək, gələcəkdə də qəbul etmək niyyətində olmayacaqlarını bildirdiklərindən, mərhumlara məxsus olan torpaq sahəsi və fərdi yaşayış evinə münasibətdə payları müəyyən edilmiş 1/3 hissələr, yəni ümumilikdə hər iki əmlaka münasibətdə miras qalmış mərhumların 2/3 hissədə paylarının Cavabdeh və İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəticə: Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1) Masallı rayonu Bala Kolatan kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 115,8 kv metr olan fərdi yaşayış evi üzərində birgə mülkiyyətçilər X36, X13 və Cavabdeh hər birinin 1/3 hissədə payları müəyyən edilsin. 2) X2 və X20 miras qalmış Masallı Rayonu Bala Kolatan kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin üzərində hər birinin 1/3 hissədə payı olmaqla, ümumilikdə hər iki əmlaka münasibətdə 2/3 hissədə paylarının birinci növbəli vərəsələr İddiaçı və Cavabdeh tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3081/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3081/2024
06.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver