Məhkəmə qərarları › İş №2(050)-309/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-309/2024

15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-309/2024 15.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası Rzayeva (Nəzərova) Ağabacı Güləli qızının 15 iyun 1908-ci ildə Masallı rayonu, Boradigah kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1953-cü ildə Masallı rayonu, Boradigah kəndində doğulmuşdur. Mərhum anası Rzayeva (qızlıq soyadı Nəzərova) Ağabacı Güləli qızı xx.xx.1908-ci ildə doğulmuş və xx.xx.1988-ci ildə vəfat etmişdir. Lakin hazırda mərhum anasının doğumu barədə qeydiyyat Maraqlı şəxsndə mövcud deyildir. Halbuki, onun doğum barədə akt qeydində ana qrafasında X18 barədə qeyd var. Anasının doğumu barədə akt qeydinin alınması üçün Maraqlı şəxsnə və Masallı Rayon Dövlət Arxivinə müraciət olunmuş, lakin həm doğum akt qeydlərində, həm də bərpa olunmuş doğum akt qeydlərində anasının doğumu barədə məlumat tapılmamışdır. Çünki, 1945-ci ildən əvvəlki tarixlərdə doğulmuş şəxslərin doğumu barədə qeydlər məhv olmuş, həmin qeydlərin müəyyən hissəsi doğum akt qeydlərinin bərpası kitabında saxlanmışdır. Hazırda anasının doğumu barədə qeydiyyat olmadığı üçün vərəsəlik hüququndan məhrum olmuş və sənədləşmə işlərini həyata keçirə bilmir. Anasının doğumu barədə məlumat onun məzar daşında da həkk olunmuş, bununla bağlı Masallı rayon Boradigah qəsəbə ərazi nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmiş və həmin arayışda anasının xx.xx.1908-ci ildə doğulması təsdiq olunmuşdur. Hazırda həmin sənədin başqa qaydada bərpa olunması da mümkün deyildir. Odur ki, doğum faktını təsdiq edən sənədlərin başqa yolla alınması mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, X3 Gülbahar Güləli qızı ilə bacıdır. X10 qızlıq soyadı “Nəzərova” olmuşdur. X23 da X18 ilə qardaş-bacıdır. Doğum haqqında akt qeydinin olmaması bir sıra məsələlərin həllində vətəndaşa problem yaradır. Bir əsrdən artıq vaxt keçdiyi üçün şahidləri yoxdur. Sonda Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkilinin izahatını dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuşdur, şəxsiyyət vəsiqəsi etibarlıdır. xx.xx.1953-cü ildə tərtib edilmiş doğum akt qeydindən görünür ki, X26 rayonu, Boradigah kəndində doğulmuş, ana qrafasında “X18, doğum tarixi - 1908-ci il”, doğum aktını yazdırmaqdan ötrü məlumat verən şəxsin fam., adı, adresi, pasportun və ya pasportu əvəz edən doğum. N-si qarafasında - “Rzayeva Ağabacı-Boradigah” qeyd edilmiş, ata qrafasında qeyd aparılmamışdır. Masallı Rayon Dövlət arxivi tərəfindən təqdim edilmiş Masallı RİHB-nın Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus (sabiq Boradigah qəsəbə XDS (ZDS) İK) 1963-1965-ci illərə aid 2 saylı təsərrüfatbaşına kitabın 139-cu təsərrüfatından çıxarışdan görünür ki, 1906-cı il təvəllüdlü X7 təsərrüfatında ailə üzvləri arvadı 1908-ci il təvəllüdlü X18, 1950-ci il təvəllüdlü qızı X24, 1953-cü il təvəllüdlü qızı X19 və oğlu 1956-cı il təvəllüdlü oğlu X32 təsəsrrüfatında olan şəxslər kimi göstərilmişdir. Doğum haqqında arayışdan görünür ki, X19 xx xxx 1953-cü ildə Masallı rayonu, Boradigah kəndində doğulmuşdur. Ata qrafasında qeyd yoxdur, ana qrafasında anası X18 qeyd edilmişdir. Nikah haqqında arayışdan görünür ki, X11 ilə X19 nikahlarını 01 noyabr 1974-cü ildə Masallı rayon Boradigah ərazi nümayəndəliyində, 36 saylı qeydlə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Masallı RİHB-nın Boradigah İƏDÜN-nin müavini X12, baş məsləhətçi X13, aparıcı mütəxəssis X5 və Boradigah qəsəbə sakini X4 iştirakları ilə tərtib edilmiş 21 sentyabr 2023-cü il tarixli aktda göstərilir ki, Boradigah qəbiristanlığına baxış keçirilən zaman məzar daşlarındakı tarixlərdə X10 xx.xx.1908-ci ildə anadan olduğunu, xx.xx.1988-ci ildə vəfat etdiyini, X8 xx.xx.1926-cı ildə anadan olduğunu, xx.xx.2016-cı ildə vəfat etdiyini müəyyən etdik. X18 və X16 bacı olmuşlar. X2 qalmış vərəsələri yoxdur. X15 xx.xx.1983-cü ildə vəfat etmişdir, heç bir övladları olmamışdır. Masallı RİHB-nın Boradigah İƏDÜN-nin 21 sentyabr 2023-cü il tarixli, 5-66-3/2- 169/2023 saylı mətubundan görünür ki, X18 xx.xx.1908-ci ildə anadan olmuş, xx.xx.1988ci ildə vəfat etmişdir. X16 xx.xx.1926-cı ildə anadan olmuş, xx.xx.2016-cı ildə vəfat etmişdir. X18 və X16 bacı olmuşlar. X2 qalmış vərəsələri yoxdur. X15 xx.xx.1983-cü ildə vəfat etmişdir, heç bir övladları olmamışdır. X1 qəsəbəsi 2011-2015-ci illər üzrə təsərrüfatbaşı kitabda (kitab 07, təsərrüfat nömrəsi 593, səhifə 116) təsərrüfat başçısı kimi tək qeyd olunmuşdur. 2016-cı ildə vəfat etdiyi təsərrüfatbaşı kitabda qeyd olunmuşdur. Masallı Rayon Dövlət Arxivinin 19 oktyabr 2023-cü il tarixli, 3-48-33RA/2-175/2023 saylı doğum akt qeydinin bərpası haqqında arxiv arayışından görünür ki, Nəzərova Gülbahar 1926-cı ilin İİ yarısında dogulmuşdur. X6, anası X21r. Ölüm haqqında arayışdan görünür ki, X16 19 sentyabr 2016-cı ildə ölmüşdür. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1824/2023 nömrəli arayışından görünür ki, 01 yanvar 1908-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş X10 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan ilkin doğum və bərpa aktları qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1825/2023 nömrəli arayışından görünür ki, 01 yanvar 1908-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş X10 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan ilkin ölüm və bərpa aktları qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və onun ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1823/2023 nömrəli arayışından görünür ki, 20 iyun 1926-cı il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş X8 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan ilkin doğum və bərpa aktları qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X10 15 iyun 1908-ci il tarixdə Masallı rayonu, Boradigah kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X10 15 iyun 1908-ci il tarixdə Masallı rayonu, Boradigah kəndində doğulması faktı müəyyən edilsin. X14 məxsus doğum akt qeydinin ata qrafasında X20, ana qrafasında X29 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar