Məhkəmə qərarları › İş №2(050)-32/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-32/2023

16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-32/2023 16.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ona məxsus olan Masallı rayonu, Xırmandalı kəndində yerləşən Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 nömrəli qərarı ilə verilmiş 0.44 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsindən istifadəyə görə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Masallı rayonu, Xırmandalı kəndində JN-385A, KOD 80524018 nömrəli şəhadətnaməyə əasasən fərdi yaşayış evi inşa etmək məqsədi ilə mülkiyyətlərinə 0.44 ha torpaq sahəsi verilmişdir. Cavabdehin torpağı islahat zamanı ona verilmiş torpaqla qonşu sərhəddə olmamışdır. 2011-ci il tarixdə cavabdeh ona və ailə üzvlərinə pay torpaq sahəsinin 0.66 ha çatışmayan hissəsini iddia etmiş və Masallı Rayon Məkəməsinin xx.xx.2011-ci tarixli, 2(050)-843/2011 saylı qətnaməsi əsasında islahata qədər zəbt edərək istifadə etdiyi yaşayış məntəqələri təyinatlı torpaq sahəsi kənd təsərüffatı məqsədi ilə ona verilmişdir. Lakin, cavabdehin həmin ərazidə 0.53 ha torpaq sahəsi xx.xx.2016-ci tarixdə ******* nömrəli çıxarışla adına qeydə alınmışdır. Cavabdehə ölçü və planın verilməsinə imtina edilmişdir. Apelyyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Sonradan Cavabdeh xx.xx.2020-ci ildə 0.66 ha xüsusi mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış, xx.xx.2020-ci il tarixdə isə **********67 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Cavabdeh bütün bu olanlarla qane olmamış, qanunsuz olaraq onun və ailə üzvlərinin mülkiyyətlərində olan 0.44 ha torpaq sahəsini zəbt edərək, torpağını əlindən almağa cəht göstərmiş və buna da nail olmuşdur. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etmədiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: JN-385A kod 80524018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998ci il tarixli, 63 nömrəli qərarı ilə X9, X1, X4, Nümayəndə Vəzair oğluna, X5, X10, X3, X12 və X8 mülkiyyətinə 0.44 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətinə Masallı rayonu, Xırmandalı kəndində 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə, 86 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(050)-1305/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh mülkiyyətində olan 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0563 hektar hissəsindən cavabdeh Nümayəndə çıxarılması və həmin əraziyə çəkilmiş dəmir tor çəpər və turbaların sökülməsi, ödənilmiş dövlət rüsumuna görə 10 manatın cavabdeh Nümayəndə alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 dekabr 2022-ci il tarixli, **********26 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin JN-385A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,44 ha həyətyanı torpaq sahəsinin də hüdudları daxilində yerləşən, istifadəsində olan 0,74 ha həyətyanı torpaq sahədinin yerində baxış keçirilməklə koordinatları müəyyən edildi. Cavabdeh faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edildi. İddiaçı və ailə üzvlərinin JN-385A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,44 ha mülkiyyətində həyətyanı torpaq sahəsi olmasına baxmayaraq faktiki istifadəsində 0,74 ha torpaq sahəsi (çəpər daxilində) olduğuna görə məhkəmə tərəfindən qoyulmuş suali cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10/385 saylı 03 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı mütəxəssis rəyinə əsasən İddiaçı X6 və ailə üzvlərinin JN-385A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,44 ha həyətyanı torpaq sahəsinin də hüdudları daxilində yerləşən, istifadəsində olan 0,74 ha həyətyanı torpaq sahəsinin və cavabdeh X11 faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı X7 və ailə üzvlərinin JN-385A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə ilə mülkiyyətində 0,44 ha həyətyanı torpaq sahəsi olmasına baxmayaraq faktiki istifadəsində 0,74 ha torpaq sahəsi (çəpər daxilində) olduğundan qərardadın üçüncü, dördüncü və beşinci suallarını cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin sahibliyində olub-olmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyləri ilə iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.44 hektar hissəsinin cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəyə görə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, həmin rəylərdə iddiaçı X7 və ailə üzvlərinin JN-385A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə ilə mülkiyyətində 0,44 ha həyətyanı torpaq sahəsi olmasına baxmayaraq faktiki istifadəsində 0,74 ha torpaq sahəsi (çəpər daxilində) olduğundan qərardadın üçüncü, dördüncü və beşinci suallarını cavablandırmaq mümkün olmamışdır. Həmçinin iddiaçı X13 iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəyə görə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissədində təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməli və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulmalı, həmçinin İddiaçı mütəxəssis rəyinin dəyərinə görə ödəmiş olduğu 95 (doxsan) manat məbləğində pul vəsaiti onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar