Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3229/2024 14.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Təlatim oğlunun doğum və qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Təlatim oğlu məhkəməyə ərizə ilə müraciət edərək, onun mərhum atası X4 15 avqust 1942-ci ildə Masallı rayonu Xoşçobanlı kəndində doğulması və həmin kənd sakini X5 onun anası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi X3 Masallı rayonu Xoşçobanlı kəndində 0,25 ha paylı həyətyanı torpaq sahəsi və 1,0052 ha paylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. X29 İİ Dünya Müharibəsində döyüşlərdə iştirak edərək aprel 1944cü il tarixdə itkin düşdüyündən, atası X11 ailədə yeganə uşaq olmaqla bacı və qardaşları olmadığından, həmçinin o, da vəfat etdiyindən miras əmlak qanunvericiliyə uyğun olaraq onunla bacı və qardaşlarının adına sənədləşdirilməlidir. Lakin, vərəsəlik işi açılarkən məlum olmuşdur ki, X30 doğum akt qeydi yoxdur. X38 özü və onun anası Sərgül Məmmədova vəfat etmiş, atası İsgəndər Məmmədov isə itkin düşmüşdür. Bu səbəbdən də onların Təlatim Məmmədovun valideynləri olmaları barədə birgə ərizə vermələri mümkün deyildir. X30 doğum akt qeydinin olmaması nəticəsində bir sıra hüquqlardan, o cümlədən nənəsi Sərgül Məmmədovadan qalmış miras əmlakı adına sənədləşdirməkdən məhrum olur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, Ərizəçi Təlatim oğlunun valideynlərinin vəfat etməsini, hal-hazırda vərəsəlik işləri ilə əlaqədar mərhum atasının, onun anası ilə qohumluq münasibətlərinin müəyyən olunması barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ərizəçi Təlatim oğlunun atası mərhum Təlatim Məmmədov onun qudasıdır. Təlatimin atası 1944cü ildə böyük vətən müharibəsində itkin düşmüşdür. O, ailənin tək övladı olmuşdur. X28muşdur. Sərgül Məmmədova vəfat etmişdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi Təlatim oğlu 06 fevral 1969-cu ildə doğulmuşdur. Onun atası X11, anası X9r. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X11 19 sentyabr 2009-cu ildə, X12 21 iyul 2003-cü ildə ölmüşdür. Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 13 sentyabr 2024cü il tarixli, 3-16-5/8-40xx-xx/2023 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Masallı rayon şöbəsinin 12 sentyabr 2024-cü il tarixli, 3-4344/2-214/2024 saylı arayışından görünür ki, Ərizəçi Təlatim oğlunun babası 1910-cu il təvəllüdlü X19 ikinci Dünya Müharibəsində döyüşlərdə iştirak etmiş və 1944-cü ilin aprelində itkin düşmüşdür. xx.xx.2023-cü il tarixli, **********43 reyestr nömrəli nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu Xoşçobanlı kəndində yerləşən 1.0052 ha torpaq sahəsi üzərində hər birinin ümumi birgə payı olmaqla X6, (qeydiyyat nömrəsi **********) X4, X5, X7 və X13 mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli, 729/2 nömrəli arayışdan görünür ki, Ərizəçi Təlatim oğlunun nənəsi X12 21 iyul 2003-cü ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Xoşçobanlı kəndi olmuş, ölənədək onunla birlikdə yaşayan vərəsəsi olmamışdır. X1 qeydiyyatdan çıxıb gedən vərəsələri onun nəvələri X16 (xx.xx.1963), X21 (xx.xx.1965), X20 (xx.xx.1967), Ərizəçi Təlatim oğlu (xx.xx.1969), X14 (xx.xx.1972), X22 (xx.xx.1973), X17 (xx.xx.1978), X18r (xx.xx.1981). X5 qeyd olunan vərəsələrindən başqa digər vərəsələri barədə məlumat yoxdur. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 1996-2000-ci illərə aid 13 saylı təsərrüfatbaşına kitabın 966-cı təsərrüfatından 174-175-ci təsərrüfatdan çıxarışdan görünür ki, ailə başçısı 1921-ci il təvəllüdlü X10 ailə başçısı olmuşdur. Onun ailə üzvləri oğlu 1942-ci il təvəllüdlü X11, gəlini xx.xx.1945-ci il təvəllüdlü X15, nəvələri X14, X22 və X23 təsəsrrüfatda olan şəxslər kimi göstərilmişdir. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin faktiki halları ilə müyyən olunmuşdur ki, Masallı rayonu Xoşçobanlı kəndində yaşamış mərhum X11 ərizəçinin atası, X12 isə onun nənəsi olmuşdur. Ərizəçi nənəsi X3 miras qalan əmlakın vərəsəliyə qəbul olunması ilə bağlı notariat kontoruna müraciət etdikləri zaman onun X30 atalığının qeydə alınmaması və qohumluq əlaqələrini təsdiq edən sənəd olmadığından, miras qalmış əmlakı vərəsə kimi qəbul etmək mümkün olmamışdır. Ərizəçi bu barədə notariusa müraciət etsə də, atasının doğum haqqında akt qeydini əldə edə bilməməsi səbəbindən notariusa təqdim etmədiklərindən vərəsəliyin qəbul edilməsindən imtina edilmişdir. Onun doğum akt qeydi Masallı rayon Qeydiyyat şöbəsində aşkar edilməmişdir. Ona görə də, X4 1942-ci ildə doğulması faktının və X1 Təlatim Məmmədovun anası olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2. və 307.2.1.-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə ərizəçinin atasının doğum faktının və qohumluq münasibəti faktının məhkəmədə müəyyən olunmadan miras məsələlərini həll edə bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 15 avqust 1942-ci ildə Masallı rayonu Xoşçobanlı kəndində doğulması faktı müəyyən edilsin. X8 məxsus doğum akt qeydinin ata qrafasında X19, ana qrafasında X12 yazılsın. X2 X1 oğlu kimi onunla qohumluq münasibətlərində olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3229/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3229/2024
14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver