Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-326/2024 20.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçı (eyni zamanda üçüncü şəxslər - X7, X11 və X3 nümayəndəsi) İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X7, X11 və X9) fərdi yaşayış evinə münasibətdə payın müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iсlasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Çaxırlı kəndində yerləşən xüsusi mülkiyətdə olan fərdi yaşayış evindən Cavabdeh çatacaq payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Çaxırlı kəndində yerləşən xüsusi mülkiyətdə olan fərdi yaşayış evinə münasibətdə hər bir mülkiyyətçinin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 1992-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.1993-cü il təvəllüdlü X5, xx.xx.1995-ci il təvəllüdlü X10, xx.xx.1998-ci il təvəllüdlü X9 adlı üç övladları olmuşdur. Cavabdehlə 3 ay Yardımlı rayonu, Teşkənd kəndində yaşadıqdan sonra doğma ailəsinin yaşadığı Masallı rayonu, Çaxırlı kəndinə köçmüşlər. Yaşamaq üçün evləri olmadığından Çaxırlı kəndində atası evində məskunlaşmışlar və orada 7 il yaşamışlar. Ailə üzvlərindən qardaşı X12 xx.xx.1997-ci il tarixdə şəhid olmuşdur. Şəhid ailəsi olaraq evsizlikləri dövlət tərəfindən diqqətə alınmış və kəndlərində olan köhnə fermanın söküntü daşları və müxtəlif yerlərdən söküntü taxta materialları da ev tikmək üçün onlara verilmişdir. 2004-cü ildə Dövlətin və kənd camaatının köməyi ilə onlar üçün bir mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və bununla bağlı müvafiq sənədlər verilmişdir. Cavabdehlə ailə həyatı qurduqları vaxtdan onun təqsiri üzündən aralarında daimi anlaşılmamazlıq və ziddiyyət mövcud olmuşdur. Cavabdeh ötən illər ərzində dəfələrlə ona qarşı zorakı hərəkətlər etmişdir. Cavabdeh ona qarşı etdiyi zorakılıqla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Onlar birlikdə 2008-ci ilə kimi yaşamış və həmin vaxtdan ayrı yaşayırlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2740/2022 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Rəsmi qaydada boşanmaqlarına baxmayaraq, o, işdə olduğu vaxt cavabdeh gizlincə evə gələrək evdəki qaz balonunu açaraq onun üçün həyati təhlükə yaratmışdır. Daha sonra cavabdeh evə köçürülməsini tələb etmiş və Masallı Rayon Məhkəməsi 2(050)-499/2023 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir. Onlar münaqişəli ailə olmuş və hal-hazırda da aralarındakı düşmənçilik davam edir. Belə bir halda cavabdehlə bir dam altında yaşaması onların qətlinə fərmandır. O və ailəsi onun həmin evə köçürülərək yaşamasının və evdən istifadəsinin qəti əleyhinədirlər. İstəkləri odur ki, qanunun yol verdiyi kimi mübahisəli ev dəyərləndirilsin və o, da payına çatacaq hissəni ya natura formasında və ya kompensasiya formasında alsın. Lakin ilkin olaraq sözügedən evdən paylar müəyyən edilməlidir. Fərdi yaşayış evində 5 nəfərin bərabər payı var. İddiaçı (eyni zamanda üçüncü şəxslərin nümayəndəsi) İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qızları Çinarə və Lalə ailə həyatı qurmuşlar. Mübahisəli evdə o və oğlu Emran yaşayır. Mübahisəli evlə bağlı övladları və onun arasında heç bir problem yoxdur. Cavabdehin harada yaşamasını bilmir. Torpaq sahəsində payların müəyyən edilməsini istəmir, yalnız fərdi yaşayış evinə münasibətdə hər bir mülkiyyətçinin payının müəyyən edilməsini tələb edir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının (eyni zamanda üçüncü şəxslərin nümayəndəsi) izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********81-10301 reyestr nömrəli elektron çıxarışdan görünür ki, Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0.02 ha torpaq sahəsi və ümumi sahəsi 126 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, X2, X6, X3 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı qzı arasında olan nikah qeydi 27 yanvar 2023-cü ildə, 13 saylı qeydlə ləğv edilmişdir. Doğum haqqında arayışlardan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X1, xx.xx.1995-ci il təvəllüdlü X4 və xx.xx.1198-ci il təvəllüdlü X3 atası X8, anası İddiaçı qzıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********81-10301 reyestr nömrəli elektron çıxarışa əsasən Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0.02 ha torpaq sahəsi və ümumi sahəsi 126 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, X2, X6, X3 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi və fərdi yaşayış evi adları sadalanan şəxslərin ümumi birgə mülkiyyətindədir. Cavabdeh ilə İddiaçı qzı keçmiş ər-arvad, X7, X11 və X9 onların övladlarıdır. İddiaçı məhkəməyə müraciət edərək fərdi yaşayış evinə münasibətdə payın müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıya torpaq sahəsinin də ümumi birgə mülkiyyətdə olmasını bildirmiş, tələbin aydınlaşdırılması üçün həmin əmlakda da payın müəyyən edilməsini tələb edibetməməsini aydınlaşdırmış, iddiaçı isə torpaq sahəsinə deyil, yalnız fərdi yaşayış evinə münasibətdə payın müəyyən edilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tələb əsaslıdır. Bu səbəbdən daşınmaz əmlakın reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda adları sadalanan şəxslərin fərdi yaşayış evinə münasibətdə hər birinin payları müəyyən olunmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Daşınmaz əmlakın reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilmiş Masallı rayonu, Çaxırlı kəndində yerləşən ümumi sahəsi 126 kv.m olan fərdi yaşayış evinə münasibətdə İddiaçı, X2, X6, X3 və Cavabdeh hər birinin 1/5 hissədə payları müəyyən olsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-326/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-326/2024
20.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver