Məhkəmə qərarları › İş №2(050)-3265/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3265/2023

02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3265/2023 02.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X20 voğlunun, Ərizəçinun iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 1922-ci ildə Masallı rayonu Çaxırlı kəndində doğulması və həmin kənd sakini X4 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum anası X5 1922-ci ildə Masallı rayonu Çaxırlı kəndində doğulmasının qeyd edilməsi, həmin kənd sakini X4 mərhum anasının anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, nənəsi X3 yaşadığı kənddə 0,13 ha həyətyanı torpaq sahəsi və orada olan fərdi yaşayış evi miras qalmışdır. X22 daha öncə vəfat etdiyindən, həmçinin anası Qürrə Təhməzova yeganə uşaq olmaqla bacı və qardaşları olmadığından, həmçinin o da vəfat etdiyindən miras əmlak qanunvericiliyə uyğun olaraq onun adına sənədləşdirilməli idi. Lakin vərəsəlik işi açılarkən məlum olmuşdur ki, X23nın doğum akt qeydi yoxdur. X23 özü və onun valideynləri olan X14 Məmmədova da vəfat etmişdir. Bu səbəbdən də onların Qurrə Təhməzovanın valideyni olmaları barədə birgə ərizə vermələri mümkün deyildir. Qurrə Təhməzovanm doğum akt qeydinin olmaması nəticəsində bir sıra hüquqlardan, o cümlədən nənəsi Sitarə Məmmədovadan qalmış miras əmlakı adına sənədləşdirməkdən məhrum olur. Bu səbəbdən atalıq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin anası X5 X8 ilə X4 qeyri rəsmi nikahından dünyaya gəlməklə Sitarə Məmmədovanın onun anası olmasına baxmayaraq doğumu ilə bağlı hər hansı tibb sənədi olmadığından və bundan sonra belə sənədin əldə edilməsi mümkün olmadığından ümumiyyətlə doğumla bağlı qeydiyyat aparılması da mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən mərhum X23nın doğum faktının və X4 onun anası olması faktının başqa yolla müəyyən edilməsi mümkün olmadığından həmin fakt məhkəmə tərəfindən müəyyən edilə bilər. Odur ki, mərhum anası X5 1922-ci ildə Masallı rayonu Çaxırlı kəndində doğulmasının qeyd edilməsi, həmin kənd sakini X4 mərhum anasının anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərdilər ki, ərizəçinin anası X9r. Məhkəmə ərizəçinin izahatını, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. X2, anası X9r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X8 16 oktyabr 1959-cu il tarixdə infakt səbəbindən Masallı rayonu Çaxırlı kəndində ölmüşdür. İş materiallarında ölüm haqqında arayışdan görünür ki, X12 24 oktyabr 1991-ci il tarixdə beyin infarktı səbəbindən Masallı rayonu Çaxırlı kəndində ölmüşdür. İş materiallarında ölüm haqqında arayışdan görünür ki, X10 02 dekabr 1981-ci il tarixdə Masallı rayonu Çaxırlı kəndində ölmüşdür. İş materiallarında ölüm haqqında arayışdan görünür ki, X13 17 oktyabr 2007-ci il tarixdə qocalıq səbəbindən Masallı rayonu Çaxırlı kəndində ölmüşdür. İşə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs arxivində X4 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs arxivində X5 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan fərdi uçot kitabçasından görünür ki, X13 1922-ci ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. Əri kimi X10, atası kimi X8 və anası kimi X12 qeyd edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X6 Masallı rayonu, Çaxırlı kəndində xüsusi mülkiyyətlərində 0.13 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində, 36.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi natariusu X24 tərəfindən tərtib edilmiş 22 avqust 2023-cü il tarixli, 941 nömrəli məktubdan görünür ki, 24 oktyabr 1991-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul barədə heç bir sənəd yoxdur. Vərəsəlliyin qəbul müddətinin keçməsinə görə, vərəsələrin dairəsi və miras əmlakın tərkibi barədə mübahisə olduğuna görə vərəsəlik işini notariat qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X5 1922-ci il tarixdə Masallı rayonu Çaxırlı kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 1922-ci il tarixdə Masallı rayonu Çaxırlı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. X11 məxsus doğum akt qeydinin ata qrafasında X8, ana qrafasında isə X12 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar