Məhkəmə qərarları › İş №2(050)-3266/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3266/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3266/2023 10.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X3, Ərizəçinun iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o, xx xxxx 1953-cü ildə Masallı rayonu Qızılağac kəndində həmin kənd sakinləri X21 ilə X10 faktiki (qeyri rəsmi) nikahından doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1953-cü il tarixdə Masallı rayonu Qızılağac kəndində doğulmuşdur. Valideynləri həmin kənd sakinləri X21 ilə X17 olmuşdur. Lakin valideynlərinin nikahı olmamış və o, ev şəraitində doğulmaqla doğuma dair tibbi akt olmamışdır. Bu səbəbdən də doğum akt qeydi aparılmamışdır. Masallı Rayon Qeydiyat Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından aydın olmuşdur ki, doğum akt qeydi kitabında ümumiyyətlə doğumu ilə bağlı qeyd aparılmamışdır. Valideynləri vəfat etmişdir. Bu səbəbdən də valideyinlərinin onun valideynini olmaları barədə birgə ərizə vermələri mümkün deyildir. Doğum akt qeydinin olmaması nəticəsində bir sıra hüquqlardan məhrum olmuşdur. Bu səbəbdən doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X8 ilə X10 qeyri rəsmi nikahından dünyaya gəlməklə valideyinlərinin onun valideynləri olmasına baxmayaraq doğumu ilə bağlı hər hansı tibb sənədi olmadığından və bundan sonra belə sənədin əldə edilməsi mümkün olmadığından, qeyd olunan şəxslər isə vəfat etdiklərindən ümumiyyətlə doğu ilə bağlı qeydiyyat aparılması da mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən doğum faktının və X10 anası, X14 atası olması faktının başqa yolla müəyyən edilməsi mümkün olmadığından həmin fakt məhkəmə tərəfındən müəyyən edilə bilər. Odur ki, onun doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdilər ki, Ərizəçi xx xxxx 1953-cü ildə Masallı rayonun Qızılağac kəndində anadan olmuşdur. X9, anası isə X15r. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdilər ki, Ərizəçi xx xxxx 1953-cü ildə Masallı rayonun Qızılağac kəndində anadan olmuşdur. X9, anası isə X15r. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə Masallı rayonu Qızılağac kəndində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X12 20 aprel 1933-cü ildə Masallı rayonu Qızılağac kəndində anadan olmuşdur. X1, anası X7r. İş materiallarında ölüm haqqında arayışdan görünür ki, X12 08 dekabr 2008-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən Masallı rayonu Qızılağac kəndində ölmüşdür. İş materiallarında ölüm haqqında şəhadətnaməsindən görünür ki, X21 13 yanvar 2023-cü il tarixdə ürək çatışmamazlığı səbəbindən Masallı rayonu Qızılağac kəndində ölmüşdür. İşə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs arxivində X6 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs arxivində Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X13 ilə X22 arasında 05 oktyabr 1977-ci il tarixdə Masallı rayon Qızılağac ərazi nümayəndəliyində 26 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Abbasova soyadı verilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Qızılağac kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən təqdim edilmiş 26 aprel 2023-cü il tarixli aktdan görünür ki, xx xxxx 1953-cü il təvəllüdlü Ərizəçi Masallı rayonu Qızılağac kəndində anadan olmuşdur. X9, X11r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1953-cü il tarixdə Masallı rayonu Qızılağac kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1953-cü il tarixdə Masallı rayonu Qızılağac kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ata qrafasında X21, ana qrafasında isə X17 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar