Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3267/2023 10.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X41 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X19 miras qalmış Masallı rayonu Şərəfə kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-2275A saylı Şəhadətnamə ilə paylı mülkiyyətində olan 0,34 ha həyətyanı torpağın 1/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri X20 ilə X22 nikahlarından onunla yanaşı Nazilə, Nəzminə adlı bacıları və Şaməddinlə Asəf adlı qardaşları anadan olmuşdur. Atası Bahaddin 16 may 1980-cı il tarixdə, anası Şəhri isə 20 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu Şərəfə kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-275A saylı Şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,34 ha həyətyanı torpağın 1/5 anasına məxsus olmuşdur. Mərhum anasının ondan başqa birinci növbəli dörd vərəsəsi vardır ki, onlardan da hamısı notarial qaydada ərizə verərək miras əmlakı qəbul etmədiklərini və mirasın onun adıına qeydə alınmasına etiraz etmədiklərini bildirmişlər. O, Rusiya Federasiyasında yaşamaqla valideynlərinin ölümündən sonra miras əmlakın qəbulu barədə Notariat Ofisinə vaxtında müraciət etməmişdir. Lakin valideynlərinin yas mərasimində iştirak etmiş, valideyinlərindən qalan evdə hər il Azərbaycana gələndə yaşamaqla kommunal xərcləri ödəmişdir. Bu yaxınlarda Notariat Ofisinə müraciət etdikdə isə, mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirilməsinin mümkün olmaması barədə məktub verilmişdir. Qanunvericiliyin tələbinə əsasən anasının birinci növbəli vərəsəsi olmaqla mirası qəbul etmək istəsə də, Rusiya Federasiyasında yaşamağı ilə bağlı ölkə hüdudlarından kənarda olmuşdur. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Odur ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddət uzadıla bilər. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə məktub göndərərək 10 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X20 və X33 04 fevral 1963-cü il tarixdə Masallı rayon Şərəfə kənd ərazi nümayəndəliyində 16 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Qurbanova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X13 01 fevral 1963-cü il tarixdə Masallı rayon Şərəfə kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X11 17 oktyabr 1964cü il tarixdə Masallı rayon Şərəfə kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi 04 aprel 1972ci il tarixdə Masallı rayon Şərəfə kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X15 10 noyabr 1960cı il tarixdə Masallı rayon Şərəfə kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X26 01 fevral 1968-ci il tarixdə Masallı rayon Şərəfə kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X20 16 may 1980-cı il tarixdə Masallı rayonu Şərəfə kəndində ürək çatışmamazlığı səbəbindən ölmüşdür, 19 may 1980-cı il tarixdə Masallı rayon Şərəfə ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X23 xx.xx.1992-ci il tarixdə Masallı rayon Musaküçə kəndində, ürəyin işemik xəstəliyindən ölmüşdür, 22 aprel 1992-ci il tarixdə Masallı rayon Musaküçə ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X1 xx.xx.1995-ci il tarixdə Masallı rayon Musaküçə kəndində, ürək damar çatışmamazlığından ölmüşdür, 12 may 1995-ci il tarixdə Masallı rayon Musaküçə ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X33 20 noyabr 2008ci il tarixdə Rusiya Federasiyası, Leninqrad vilayəti, Kinqisepp şəhərində ölmüşdür. İşdə materiallarında olan Masallı RİHB-nin Şərəfə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 442 nömrəli arayışından görünür ki, X33 20 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Şərəfə kəndi olmuş, ölənədək Ərizəçi ilə birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvü oğlu Ərizəçidur. X6 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən rəsmi və ya qeyrirəsmi nikahdan doğulmuş övladları-qızı X16, qızı X13, oğlu X11, oğlu X21r. X7 qeyd olunun vərəsələrindən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan JN-275A Kod 80526018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə Masallı rayonu Şərəfə kənd sakini X27, X8, X17, X12, X14 0.34 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Faradzhova Nazıle notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********064 nömrəli ərizəsindən görünür ki, anası X19 miras qalmış əmlakı faktiki qəbul etməmişdir, qəbul etmək niyyətində də deyildir. Gələcəkdə bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan X18 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, anası X19 miras qalmış əmlakı faktiki qəbul etməmişdir, qəbul etmək niyyətində də deyildir. Gələcəkdə bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan X9 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, anası X19 miras qalmış əmlakı faktiki qəbul etməmişdir, qəbul etmək niyyətində də deyildir. Gələcəkdə bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan X4 notariat qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, anası X19 miras qalmış Masallı rayonu Şərəfə kəndində yerləşən torpaq sahəsi üzərində məqsədli təyinatı üzrə binanın tikilməsinə görə Ərizəçi razılıq vermişdir. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi natariusu X43 tərəfindən tərtib edilmiş 21 avqust 2023-cü il tarixli, 930 nömrəli məktubdan görünür ki, 20 noyabr 2008-ci il tarixdə vəfat etmiş X22 ünvan 1 ünvanda yerləşən miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkili) izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası X22 birinci növbə vərəsəsidir. X2 digər birinci növbədən olan vərəsələr notariat qaydada təsdiq edilmiş ərizələr verərək X19 qalmış mirasa dair razılıq vermişlər. Odur ki, ərizə təmin edilməli və X3 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 miras Masallı rayonu Şərəfə kəndində yerləşən 0.34 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsindən 1/5 hissədən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3267/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3267/2023
10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver