Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3297/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X19 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 və bacısı X6 miras qalmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışla paylı mülkiyyətində olan 0,1291 ha payıbəlli torpağın 2/3-dən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri X13 ilə X5 nikahlarından onunla yanaşı Həmidova İlahə adlı bacısı anadan olmuşdur. Atası Cəlal 08 iyun 1992-ci il tarixdə, anası Tura 22 iyul 2004-cü il tarixdə, bacısı İlahə xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bacısı subay olmaqla uşaqları olmamış, valideynləri isə yaşlı insanlar olmaqla onların valideynləri daha öncədən vəfat etmişdir. Nəticədə anası və bacısının ən yaxın vərəsəsi kimi o, qalmışdır. Anası ilə bacısı vəfat edənədək Masallı rayonu Böyük Xocavar kəndində paylı mülkiyyətində 0,1291 ha payıbəlli torpağı olmuşdur. Həmin torpaqdan anası və bacısı ilə yanaşı onun da adı qeyd edildiyindən mərhumların hər birinə torpağın 1/3-i çatır. Qeyd olunan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona və digər ailə üzvlərinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarış verilmişdir. Mərhum anasının ondan başqa birinci növbəli vərəsəsi yoxdur, bacısı isə subay olmaqla birinci növbəli vərəsəsi olmadığından bacısına ən yaxıb ikinci növbəli vərəsəsi odur. Anasının və bacısının ölümündən sonra miras əmlakın qəbulu barədə Notariat Ofisinə vaxtında müraciət etməmişdir. Lakin onların yas mərasimində iştirak etmişdir. Bu yaxınlarda Notariat Ofisinə müraciət etdikdə isə, mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirişlməsinin mümkün olmaması barədə məktub verilmişdir. Qanunvericiliyin tələbinə əsasən anasının birinci növbəli, bacısının isə ikinci növbəli vərəsəsi olmaqla mirası qəbul etmək istəsə də, bunun üçün Notariat Ofisinə getməli olmağını bilməmişdir. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Odur ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddət uzadıla bilər. Odur ki, məhkəməyə müraciət etmişdir. İddiaçı 16 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə məktub göndərərək 31 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X13 və X11 06 aprel 1963-cü il tarixdə Masallı rayon Bambaşı kənd ərazi nümayəndəliyində 24 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına İsgəndərova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X7 xx xxxx 1959-cu il tarixdə Masallı rayon Böyük Xocavar kəndində anadan olmuşdur. Atası ------ oğlu, anası X8r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X14 25 sentyabr 1965-ci il tarixdə Masallı rayon Böyük Xocavar kəndində anadan olmuşdur. X4, anası X8r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X13 08 iyun 1992-ci il tarixdə Masallı rayonu Bambaşı kəndində Ağ ciyər ödemi səbəbindən ölmüşdür, xx.xx.1992-ci il tarixdə Masallı rayon Bambaşı ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X11 22 iyul 2004-cü il tarixdə Masallı rayonu Böyük Xocavar kəndində Qaraciyər serrozu səbəbindən ölmüşdür, xx.xx.2004-cü il tarixdə Masallı rayon Bambaşı ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X15 26 noyabr 2001-ci il tarixdə Masallı rayonu Böyük Xocavar kəndində Ağ ciyər və ürək çatışmamazlığı səbəbindən ölmüşdür, xx.xx.2001-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 793 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Masallı rayon Qeydiyyat şöbəsinin arxivində X10 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə materiallarında olan Masallı RİHB-nin Banbaşı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 628 nömrəli arayışından görünür ki, İddiaçı mərhum anası X11 xx.xx.2004-cü ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Böyük Xocavar kəndi olmuş, ölənədək onunla birlikdə yaşmış və hazırda həmin evdə yaşayan İddiaçıdır. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən vərəsəsi yoxdur. X1 qeyd olunan digər vərəsələrindən başqa vərəqəsi yoxdur. İşdə materiallarında olan Masallı RİHB-nin Banbaşı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 629 nömrəli arayışından görünür ki, İddiaçı mərhum bacısı X15 xx.xx.2001-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Böyük Xocavar kəndi olmuş, ölənədək onunla birlikdə yaşmış və hazırda həmin evdə yaşayan İddiaçıdır. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən vərəsəsi yoxdur. X2 qeyd olunan digər vərəsələrindən başqa vərəqəsi yoxdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı, X12 və X9 ünvan 1ində xüsusi mülkiyyətlərinə 0.1291 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi natariusu X24 tərəfindən tərtib edilmiş 02 sentyabr 2023-cü il tarixli, 1006 nömrəli məktubdan görünür ki, 22 iyul 2004-cü il tarixdə vəfat etmiş X5 ünvan 1 ünvanda yerləşən miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi notariusu X24 tərəfindən tərtib edilmiş 02 sentyabr 2023-cü il tarixli, 1006 nömrəli məktubdan görünür ki, 26 noyabr 2001-ci il tarixdə vəfat etmiş X10 ünvan 1 ünvanda yerləşən miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İşin tədqiq edilən faktiki və hüquqi hallarına, tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə nəticəyə gəlir ki, İddiaçı miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmənin səbəbinin üzürlü olması barədə sübut təqdim etmədiyi üçün miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3297/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3297/2023
31.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver