Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3359/2023 30.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X8 (sədrlik edən), məhkəmə iclasının katibi X5, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən sənədsiz fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları olan X13, X14 və X11 ilə birlikdə onun xüsusi mülkiyyətində olan və Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən sənədsiz fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1973-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur. Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0,16 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi ona valideynlərindən miras qalmışdır. Belə ki, digər vərəsələr miras əmlakdan onun xeyrinə imtina etdikləri üçün həmin torpaq sahəsi tam olaraq onun mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə yararsız halda olduğu üçün ev onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır. Lakin buna baxmayaraq həmin fərdi yaşayış evi onun mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşir. İş üzrə Cavabdeh onun qardaşı Nümayəndə ilə ailə quraraq evlənmişlər və onların birgə nikahından xx.xx.2005-ci il tarixdə Aytən, xx.xx.2006-cı il tarixdə Aytac və xx.xx.2007-ci il tarixdə isə Saleh adlı 3 uşaqları anadan olmuşdur. Cavabdeh və qardaşı Musa həmin evdə yaşasalar da sonradan ayrılmışlar və onun qardaşı Nümayəndə həmin evi tərk edərək çıxıb getmişdir. İş üzrə Cavabdeh da demək olar ki, həmin evdə yaşamır, lakin uşaqlarını orada saxlayaraq həmin fərdi yaşayış evinə gəlir-gedir və ona imkan vermir ki, o, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etsin, həmin torpaq sahəsində yerləşən sənədsiz və yararsız evi söküb, orada özü üçün yeni bir ev inşa etsin. Cavabdeh və uşaqları həmin həyəti və evi demək olar ki, bərbad vəziyyətə salmışlar. Cavabdeh və uşaqları həmin həyətdə və evdə olan valideynlərindən ona miras qalan qədim əşyaların hamısını satmışlar, cavabdehə və uşaqlarına dəfələrlə demişdir ki, ona məxsus həyətyanı torpaq sahəsini və evi tərk etsinlər. Lakin cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları ona məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən sənədsiz evdən çıxmaq istəmirlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Cavabdeh ilə 2004-cü ilin iyun ayının 1-də Masallı rayonun Sərçuvar kəndində qeyri-rəsmi ailə həyatı qurmuşdur, cavabdeh onun valideyinlərinə məxsus mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir faktiki ər-arvad kimi həmin evdə yaşamaqla 13 mart 2009-cu ildə Masallı RİHB-nin Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar. 2020ci ilin oktyabr ayının 1-nə kimi həmin evdə ər-arvad kimi yaşayıb təsərrüfatı birgə idarə etmişlər, yaşadıqları müddət ərzində Aytən, Aytac və Xeyrulla adlı üç nəfər uşaqları olmuşdur, Cavabdeh demək olar ki, gəlin köçdüyü valideyinlərindən qalmış evdə yaşamır, lakin uşaqlarını orada saxlayaraq yaşayış evinə gəlir-gedir və iddiaçıya imkan vermir ki, evdən və torpaq sahəsindən istifadə etsin, ona görə də iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Masallı rayonu, Sərçuvar kəndində xüsusi mülkiyyətində 0.16 hektar yaşayış məntəqələrinin tikilisi üçün torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, 06.10. 2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Doğum haqqında arayışdan görünür ki, Nümayəndə xx xxxx 1980-cı ildə Masallı rayonu Sərçuvar kəndində anadan olmuşdur. X1, anası X2r. Doğum haqqında arayışdan görünür ki, Məmmədova (Fərəcova) Sevinc Xeyrulla qızı xx xxxxxx 1973-cü ildə Masallı rayonu Sərçuvar kəndində anadan olmuşdur. X1, anası X2r. Masallı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(050)-265/2021 saylı qətnaməsindən görünür ki, Nümayəndə ilə X7 arasında 13 mart 2009-cu il tarixdə Masallı rayon İHB-nin Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikahın pozulması, 13 avqust 2005-ci il təvəllüdlü X13, 16 iyul 2006-cı il təvəllüdlü X14 və 03 avqust 2007-ci il təvəllüdlü X11 anası X3 yanında saxlanılması, Nümayəndə 13 avqust 2005-ci il təvəllüdlü X9, 16 iyul 2006-cı il təvəllüdlü X10 və 03 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulması, alimentin tutulması 27 oktyabr 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə araşdırmaları, iş materilları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı qardaşı Nümayəndə 2004-cü ilin iyun ayının 1-də Masallı rayonun Sərçuvar kəndində qeyrirəsmi ailə həyatı qurmuşlar, cavabdeh iddiaçının valideyinlərinə məxsus hazırda iddiaçının çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinə gəlin gəlmişdir və həmin evdə iddiaçının ailə üzvləri, valideyinləri ilə bir yerdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər, həmçinin Nümayəndə ilə ər-arvad kimi həmin evdə yaşamaqla 13 mart 2009-cu ildə Masallı RİHB-nin Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar, 2020ci ilin oktyabr ayının 1-nə kimi ər-arvad kimi yaşayıb təsərrüfatı birgə idarə etmişlər, yaşadıqları müddət ərzində Aytən, Aytac və Xeyrulla adlı üç nəfər uşaqları olmuşdur, iddiaçı cavabdehin mübahisəli evdən uşaqları ilə birgə çıxarılmasını tələb etməsinə baxmayaraq cavabdehin mübahisəli evdə yaşayış və istifadə hüququ yaranmışdır, ona görə də hazırki iddia ərizəsi təmin edilə bilməz. Həmçinin mübahisəli yaşayış evi iddiaçının mülkiyyətində deyil, bu hal iddiaçının ərizəsindən, iş materiallarından və nümayəndəsinin izahatından müəyyən edilmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh 2004-cü ilin iyun ayının 1-də iddiaçının qardaşı ilə Masallı rayonun Sərçuvar kəndində qeyri-rəsmi ailə həyatı qurmuşdur, cavabdeh iddiaçının valideyinlərinə məxsus mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir və iddiaçının qardaşı ilə faktiki ər-arvad kimi həmin evdə yaşamaqla 13 mart 2009-cu ildə rəsmi nikaha daxil olmuşlar, nikahdan 3 nəfər uşaqları anadan olmuşdur, 0.16 ha həyətyanı torpaq sahəsinin iddiaçıya bağışlanma müqaviləsi ilə məxsus olması və mülkiyyətçinin dəyişməsi cavabdehin və uşaqlarının torpaq sahəsindən və mübahisəli fərdi yaşayış evindən çıxarılması üçün əsas ola bilməz. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin uşaqlarından 13 avqust 2005-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatmışdır, 16 iyul 2006-cı il təvəllüdlü X14 və 03 avqust 2007-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin dördüncü hissəsinə görə bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin üçüncü hissəsinə görə isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı bağqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində qeyd olunmuşdur ki; İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Göründüyü kimi qanunvericilik hər kəsin yaşadığı mənzildən qanunsuz məhrum etiməsinin qarşısını alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür. Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir. Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən sənədsiz fərdi yaşayış evindən çıxarılma tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3359/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3359/2023
30.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver