Məhkəmə qərarları › İş №2(050)-3385/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3385/2025

12.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3385/2025 12.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (X13) qarşı “miras əmlakın qəbul edilməsi” iddia tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (X13) qarşı “miras əmlakın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2016-cı ildə vəfat etmiş mərhum atasının dayısı Şirəliyev Babaş Qurban oğluna Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair Kod 80509039, JN-0052 saylı Dövlət Aktı ilə 0.13 hektar torpaq sahəsinin və Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli, 06 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsi nəzərdə tutulan torpağın mülkiyyətə verilməsinə dair Kod 80509039, JN-079A saylı Şəhadətnamə ilə 0.08 hektar həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Cavabdeh1 (X17) yazılı razılığı əsasında əsl İddiaçı ilə əvəz olunmuş, Cavabdeh1 (X17) isə cavabdeh olaraq tanınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atasının dayısı Babaş Şirəliyevin övladı olmadığı üçün birlikdə yaşamışlar. 24 iyun 1929-cu ildə Masallı rayonunun Əmirtürbə (hazırda Yeyənkənd ərazisi) kəndində anadan olmuş və 06 aprel 2016-cı ildə beyninə qan sızma nəticəsində vəfat etmiş Şirəliyev Babaş Qurban oğlundan Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.13 hektar torpaq sahəsi - torpağa mülkiyyət hüququna dair Kod 80509039, JN-0052 saylı Dövlət Aktı, həmçinin Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli, 06 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsi nəzərdə tutulan 0.08 hektar həyətyanı torpaq sahəsi - torpağın mülkiyyətə verilməsinə dair Kod 80509039, JN-079A saylı Şəhadətnamə mərhum Şirəliyev Babaş Qurban oğlundan ona miras qalmışdır. Şirəliyev Babaş Qurban oğlu ailədə bir bacı və iki qardaş olmuşdur. Bacısı - X10, qardaşı isə X16r. X5 21 fevral 1964-cü ildə vəfat etmişdir. O, X9 ilə faktiki ailə həyatı yaşamış və nikahlarını 18 oktyabr 1962-ci ildə rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx xxxxxx 1961-ci il təvəllüdlü Cavabdeh3 Aqaş qızı və 25 oktyabr 1962-ci il təvəllüdlü X24 adlı iki övladları olmuşdur. Aqaşın həyat yoldaşı X9 22 noyabr 2022-ci il tarixdə beyindaxili qansızma nəticəsində vəfat etmişdir. Onun oğlu X24 isə 13 avqust 1981-ci ildə vəfat etmişdir. X2 14 iyun 1913-cü ildə Masallı rayonunun Xəlfələr kəndində anadan olmuş və 29 oktybr 1987-ci ildə vəfat etmişdir. Mehbani Şiraliyevanın 03 yanvar 1949-cu il təvəllüdlü X18 və xx xxxxxxxx 1953-cü il təvəllüdlü X19 adlı iki övladı olmuşdur. 14 iyun 1974-cü ildə X10 qardaşı Şirəliyev Babaş Qurban oğlunun ehtiyaclarını nəzərə alaraq, Masallı rayonu Yeyənkənd kəndində yerləşən 0.19 hektar həyətyanı torpaq sahəsindən 0.09 hektarını kəsərək qardaşı Babaş Şirəliyevə vermişdir. Bu faktı təsdiq edən 19 iyun 1974-cü il tarixdə Masallı rayonunun Yeyənkənd kəndindəki “Odessa” sovxozunda tərtib edilmiş Akt və həmin sovxoz üzrə 19 iyul 1974-cü il tarixli, 75 nömrəli Əmr mövcuddur. Qeyd olunanlara əsasən, Şirəliyev Babaş Qurban oğlunun yeganə varislərindən biri də, odur. Beləliklə, Şirəliyev Babaş Qurban oğlu vəfat edənədək Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.13 hektar torpaq sahəsi (Kod 80509039, JN-0052 saylı Dövlət Aktı) və fərdi yaşayış evi tikilməsi nəzərdə tutulan 0.08 hektar həyətyanı torpaq sahəsi (Kod 80509039, JN-079A saylı Şəhadətnamə) onun adına rəsmiləşdirilmişdir. Həmin qeyd olunan mülklər mərhum Şirəliyev Babaş Qurban oğlundan ona miras qalmışdır. Hazırda sözügedən torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evində yaşayır. Torpaq sahəsi üzərində faktiki olaraq sahiblik, istifadə və sərəncamvermə hüquqlarını həyata keçirir. Torpaq sahəsinin miras əmlak kimi qəbulu ilə bağlı notariat orqanına müraciət etmiş, lakin notariat orqanı tərəfindən bu barədə ona imtina verilmişdir. Bununla əlaqədar olaraq, o, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları:

4. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, atasının dayısı Şirəliyev Babaşın övladı olmadığı üçün 2002-ci ilin avqust ayından dayısı ilə birlikdə ona məxsus 8 sot torpaqda tikilmiş evdə yaşamağa başlamışdır. 2016-cı ildə dayısı vəfat etdikdən sonra dayısına məxsus 2 otaqlı evi sökərək yerində yeni ev tikmişdir və hal-hazıradək həmin evdə yaşayır. Eyni zamanda 0.13 hektar torpaq sahəsini özü istifadə edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 (X17) iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı 8 sot torpaq sahəsində ev tikərək yaşayır, 13 sot torpaq sahəsini isə istifadə edir. Ona görə də, torpaq sahələrini Fərəcin adına sənədləşdirmək istəyir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Сavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (X13) məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək iddiaçıya və cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

10. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. İddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

12. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Şirəliyev Babaş Qurban oğlu 24 iyun 1929-cu il tarixdə Masallı rayonu, Əmirtübə kəndində anadan olmuşdur, bu barədə 21 aprel 1952-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 466 nömrəli doğum akt qeydi tərtib edilmişdir. Atası qrafasında X25, anası qrafasında X26 qeyd olunmuşdur.

13. JN – 0052 KOD 80509039 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.13 hektar torpaq sahəsi Masallı rayonu, Xəlfələr kənd sakini Şirəliyev Babaş Qurban oğlunun mülkiyyətinə verilmişdir. Bu şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi Şirəliyev Babaş Qurban oğluna verilmişdir.

14. JN – 079A KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağına aid 0.08 hektar torpaq sahəsi Masallı rayonu, Xəlfələr kənd sakini Şirəliyev Babaş Qurban oğlunun mülkiyyətinə verilmişdir. Bu şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi Şirəliyev Babaş Qurban oğluna verilmişdir.

15. AZ-İ seriyalı 797147 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şirəliyev Babaş Qurban oğlu 06 aprel 2016-cı il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 aprel 2016-cı il tarixdə 04 nömrə ilə qeyd edilmişdir.

16. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 avqust 2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Şirəliyev Babaş Qurban oğluna aid 06 aprel 2016-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Şirəliyev Babaş Qurban oğlu subaydır və onun nikah bağlamasına mane olan hallar mövcüd deyildir.

17. Masallı regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli nikah haqqında arayışdan görünür ki, X23 ilə X4 nikahı 18 oktyabr 1952-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Mirzəyeva” soyadını qəbul etmişdir.

18. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X23 21 fevral 1964-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 fevral 1964-cü il tarixdə 04 nömrə ilə qeyd edilmişdir.

19. AZ-İİ seriyalı 316370 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 noyabr 2022-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 dekabr 2022-ci il tarixdə 1070 nömrə ilə qeyd edilmişdir.

20. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı XX.XX.1941-ci il tarixdə Masallı rayonu, Xəlfələr kəndində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 21 fevral 1964-cü il tarixindən 22 noyabr 2022-ci il tarixədək olan dövrə aid «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar olunmamışdır.

21. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 25 oktyabr 1962-ci il tarixdə Masallı rayonu, Xəlfələr kəndində anadan olmuş X14 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 25 oktyabr 1980-ci ildən 13 avqust 1981-ci ilədək olan dövrə aid' «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X14 nikahı haqqında akt aşkar olunmamışdır.

22. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X24 13 avqust 1981-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 avqust 1981-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir.

23. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X11 14 iyun 1913-cü il tarixdə Masallı rayonu, Xəlfələr kəndində anadan olmuşdur, bu barədə 08 sentyabr 1952-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 1059 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X25, anası qrafasında X15 qeyd olunmuşdur.

24. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X11 29 oktyabr 1987-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 noyabr 1987-ci il tarixdə 11 nömrə ilə qeyd edilmişdir.

25. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 avqust 2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 aid 29 oktyabr 1987-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. X1 və onun nikah bağlamasına mane olan hallar mövcüd deyildir.

26. ИЖ seriyalı 020321 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxxxxxx 1953-cü il tarixdə Masallı rayonu, Miyankü kəndində anadan olmuşdur, bu barədə 14 oktyabr 1953-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 45 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında qeyd yoxdur, anası qrafasında X11 qeyd olunmuşdur.

27. Masallı regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X19 xx xxxxxxxx 1953cü il tarixdə Masallı rayonu, Xəlfələr kəndində anadan olmuşdur, bu barədə 14 oktyabr 1953-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 45 nömrəli doğum akt qeydi tərtib edilmişdir. Atası qrafasında qeyd yoxdur, anası qrafasında X11 qeyd olunmuşdur.

28. AЗ seriyalı 255080 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X20 nikahı 23 oktyabr 1975-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir.

29. Masallı regional “ASAN Xidmət” mərkəzində mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli arayışdan görünür ki, 03 yanvar 1949-cu ildə Masallı rayonu, Xəlfələr kəndində anadan olmuş X12 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 26 avqust 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

30. Vİİİ-ЖГ seriyalı 499583 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1982-ci il tarixdə Masallı rayonu, Yeyənkənd kəndində anadan olmuşdur, bu barədə 21 oktyabr 1982-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X21, anası qrafasında X31 qeyd olumuşdur.

31. AZ-İİ seriyalı 370757 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 21 dekabr 2023-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 yanvar 2024-cü il tarixdə 5 nömrə ilə qeyd edilmişdir.

32. Masallı rayon icra hakimiyyəti başçısının Yeyənkənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 253 nömrəli arayışdan görünür ki, İddiaçı nənəsinin qardaşı Şirəliyev Babaş Qurban oğluna məxsus kod 80509039, JN-079A nömrəli 0.08 ha torpaq sahəsində 2018-ci il tarixdə 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir və hal-hazırda həmin evdə yaşayır.

33. Masallı rayon icra hakimiyyəti başçısının Yeyənkənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 252 nömrəli arayışdan görünür ki, İddiaçı nənəsinin qardaşı Şirəliyev Babaş Qurban oğlu 06 aprel 2016-cı ildə vəfat etmişdir. Şirəliyev Babaş Qurban oğlu ölənədək İddiaçı onunla birlikdə yaşamışdır.

34. Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 13 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, 06 aprel 2016-cı il tarixdə vəfat etmiş Şirəliyev Babaş Qurban oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 13 sentyabr 2025-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçmişdir və faktiki qəbulu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən vərəsəlik işinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmadığından, təqdim edilmiş sənədlərlə məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur.

35. 19 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

36. Məhkəmə iclasında müəyyən olundu ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.13 hektar torpaq sahəsi və fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağına aid 0.08 hektar torpaq sahəsi Masallı rayonu, Xəlfələr kənd sakini Şirəliyev Babaş Qurban oğlunun mülkiyyətinə verilmişdir. Şirəliyev Babaş Qurban oğlu 06 aprel 2016-cı il tarixdə ölənədək nikahda olmamışdır. Şirəliyev Babaş Qurban oğlunun X5 ilə X4 birgə nikahından Cavabdeh3 və X24 doğulmuşdur. X23 21 fevral 1964-cü il tarixdə, X9 22 noyabr 2022-ci il tarixdə, X24 isə 13 avqust 1981-ci il tarixdə ölmüşdür. Şirəliyev Babaş Qurban oğlunun bacısı X7 faktiki nikahından Cavabdeh1 (X19) və X18 doğulmuşdur. X18 ilə X20 birgə nikahından İddiaçı doğulmuşdur. X11 29 oktyabr 1987-ci il tarixdə, İddiaçı isə 21 dekabr 2023-cü il tarixdə ölmüşdür. Şirəliyev Babaş Qurban oğlundan qeyd olunan torpaq sahələri miras qalmışdır. Babaş Şirəliyevin qanun üzrə birinci dərəcəli vərəsələri, o cümlədən ikinci dərəcəli vərəsələri olan bacısı və qardaşı ölmüşlər. İkinci dərəcəli vərəsələrdən bacısı X3 Sardar (X19) sağdır və o, Babaş Şirəliyevdən miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsiniə razıdır. Eyni zamanda üçüncü dərəcəli vərəsələr olan Babaş Şirəliyevin qardaşı nəvəsi Cavabdeh3 və bacısı X6 Şirəliyevin arvadı Cavabdeh2 miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsiniə razıdırlar. İddiaçı Babaş Şirəliyevin üçüncü dərəcəli vərəsəsi olmaqla bacısının nəvəsidir. Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin məktubuna əsasən ərizəçi tərəfindən miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür, miras üzrə vərəsəliyi sənədləşdirmək üçün mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edilməlidir. Ona görə də, iddiaçı miras əmlakın qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2. qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145. miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146 miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1 mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1 qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.2. qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. qanun üzrə vərəsəlik zamanı üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.

Məhkəmə baxışının hədləri:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Məhkəmənin mövqeyi:

41. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Şirəliyev Babaş Qurban oğlu vəfat etdikdən sonra ondan qalan miras əmlakları iddiaçı idarə etmişdir və bu işin mübahisəsiz halıdır. Digər vərəsələr isə məhkəmə iclasında iddiaçının mirası əmlakı qəbul etməsinə etiraz etməmişlər. Göründüyü kimi iddiaçı atasının dayısına məxsus əmlakı faktiki cəhətdən ələ keçirib və onlara sahib durmaqla mirasa faktiki sahiblik etmiş, əlavə olaraq miras əmlakdan istifadə etməklə, onun saxlanması və normal təsərrüfatın aparılması üçün zəruri hərəkətlər etməklə miras əmlakı faktiki idarə etmişdir.

Məhkəmə xərcləri:

42. Məhkəmə hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

43. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Şirəliyev Babaş Qurban oğlundan miras qalmış JN – 0052 KOD 80509039 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Masallı rayonu Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətə verilmiş 0.13 hektar torpaq sahəsinin və JN – 079A KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Masallı rayonu Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağına aid mülkiyyətə verilmiş 0.08 hektar torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməlidir.

44. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Şirəliyev Babaş Qurban oğlundan miras qalmış JN – 0052 KOD 80509039 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Masallı rayonu Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətə verilmiş 0.13 hektar torpaq sahəsinin və JN – 079A KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Masallı rayonu Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağına aid mülkiyyətə verilmiş 0.08 hektar torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar