Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3391/2025 17.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 miras qalmış, 1985-ci il buraxılışlı, ** BC *** dövlət nömrə nişanlı VAZ-21061 markalı nəqliyyat vasitəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X4 04 mart 2023-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra mülkiyyətində olan ** BC *** dövlət nömrə nişanlı VAZ- 21061 markalı 1985-ci il buraxılışlı nəqliyyat vasitəsi miras qalmışdır. Atasının vəfatından sonra qeyd edilən nəqliyyat vasitəsi onun sahibliyində və istifadəsindədir. Ailədə sonbeşik uşaq olduğundan sözügedən nəqliyyat vasitəsinə sahiblik edib ondan istifadə etməyinə cavabdehlər etiraz etməmişlər. Lakin vərəsəlik qaydasında nəqliyyat vasitəsini qəbul etməyini rəsmiləşdirmək üçün notariat kontoruna gedib razılıq ərizəsi yazmaqdan yayınmışlar. Odur ki, Masallı Regional "Asan Xidmət" Mərkəzinin Notariat ofisi sözügedən nəqliyyat vasitəsinə dair ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Yaranmış vəziyyət mərhum atasından miras qalmış nəqliyyat vasitəsinin vərəsəlik qaydasında qəbulunun məhkəmə qaydasında həyata keçirilməsini zəruri etmişdir. Masallı RİHB-nın Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən atasının vərəsələri sırasına 8 nəfər daxildir. Qeyd edilən siyahıda yer alan qardaşı X6 və bacısı X5 vəfat etmişlər. Odur ki, qanunvericiliyə əsasən onların uşaqlarını cavabdeh qismində iddia ərizəsində göstərmişdir. Mərhum atası M.Payızovdan miras qalmış 1985-ci il buraxılışlı ** BC *** dövlət nömrə nişanlı VAZ-21061 markalı nəqliyyat vasitəsinə faktiki sahiblik və ondan faktiki istifadə etdiyini, cavabdehlərin buna etiraz etmədiklərini nəzərə alaraq məhkəmə, miras əmlakın tərəfindən qanun üzrə vərəsəlik qaydasında faktiki qəbul etməyi kimi qəbul etməli və bu barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: AA№034904 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1985-ci il buraxılışlı, ** BC *** dövlət nömrə nişanlı VAZ-21061 markalı nəqliyyat vasitəsinin sahibi Masallı rayonu, Qızılavar kənd sakini X2r. Masallı Rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən iddiaçıya ünvanlanmış 02 sentyabr 2025-ci il tarixli, 1222 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X1 miras qamış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilmişdir. Sənədlər tam olmadığı və vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etmək xahiş olunmuşdur. ölüm haqqında şəhadətnamədən görünür ki, X4 04 mart 2023-cü ildə vəfat etmişdir. ölüm haqqında arayışdan görünür ki, X7 30 yanvar 2011-ci ildə vəfat etmişdir. ölüm haqqında şəhadətnamədən görünür ki, X8 22 mart 2018-ci ildə vəfat etmişdir. ölüm haqqında şəhadətnamədən görünür ki, X5 02 sentyabr 2025-ci ildə vəfat etmişdir. Masallı RİHB-nın Qızılavr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2025-ci il tarixli, 307 saylı arayışından görünür ki, X4 04 mart 2023-cü il tarixdə vəfat etmişdir. Onun daimi yaşayış yeri Masallı rayonu, Qızılavar kəndi olmuşdur. Ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri X9 olmuşdur. Onun ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları Cavabdeh1, Cavabdeh2 Murtzua qızı, X8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X5 və Cavabdeh10dur. Yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. Masallı RİHB-nın Qızılavr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2025-ci il tarixli, 308 saylı arayışından görünür ki, Masallı rayon Qızılavar kənd qeydiyyatında olan İddiaçı mərhum atası X4 xx.xx.2023-cü il tarixdə vəfat edənə qədər onunla bir evdə yaşamış, onun minik avtomobilini qəbul etmiş və hal hazırda istifadə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı mərhum atası X3 münasibətdə birinci növbədə vərəsədir. İddiaçı miras əmlak olan 1985-ci il buraxılışlı, ** BC *** dövlət nömrə nişanlı VAZ-21061 markalı nəqliyyat vasitəsindən ibarət əmlakı faktiki qəbul etmiş və onu idarə etmişdir. Həmçinin ölmüş şəxsin digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişdir. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə 04 mart 2023-cü ildə vəfat etmiş mərhum X3 aid olan 1985-ci il buraxılışlı, ** BC *** dövlət nömrə nişanlı VAZ-21061 markalı nəqliyyat vasitəsindən ibarət miras əmlak İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməli, o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 04 mart 2023-cü ildə vəfat etmiş mərhum X3 aid olan 1985-ci il buraxılışlı, ** BC *** dövlət nömrə nişanlı VAZ-21061 markalı nəqliyyat vasitəsinindən ibarət miras əmlak İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilsin və o, həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3391/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3391/2025
17.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver