Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3414/2023 18.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh3 iştirakları ilə. İddiaçı X5 Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 Əsmər Siyasət qızına, Cavabdeh1, Cavabdeh2 qarşı mərhum X14 ümumi birgə mülkiyyətində olmuş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində 1/5 hissə, 1,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 1/7 hissə payının müəyyən olunması, həmin hissədə torpaq sahəsi üzərində miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və bütünlüklə miras əmlaka hüququnun müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhrum X22 iddiaçı Sadiq Miriyevin mərhum atası X6 bibisidir. Tiğra Yarıyeva ailə qurmamış, sunay olmuş və vəfat edənə qədər atası ilə birlikdə yaşamışdır. Atasının Sabir və Vilayət adlı qardaşları olmuş, Sabir 1965-ci ildə, Vilayət 1968-ci ildə vəfat etmişdir. Tuğra Yarıyeva 01 mart 2005-ci ildə, X35 01 dekabr 2016-cı ildə vəfat etmişdir. Onun Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 adlı bacıları vardır. Masallı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarı ilə özünün, mərhum X14, atası X3, bacısı X8, və X17 ümumi birgə mülkiyyətlərinə 0,12 ha həyətyanı, həmçinin özünün, X14, atası X3, bacısı X8, Cavabdeh3, Cavabdeh1 Siyasıt qızının və X15 ümumi birgə mülkiyyətlərinə 1,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X25 vəfatından sonra ondan miras qalmış torpaq sahəsini mərhum atası qəbul etmiş və idarə etmişdir. Atasının vəfatından sonra isə ondan qalmış təsərrüfatı özü idarə etmiş, mirası tamamilə qəbul etmişdir. Odur ki, mərhum X14 ümumi birgə mülkiyyətində olmuş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində 1/5 hissə, 1,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 1/7 hissə payının müəyyən olunması, həmin hissədə torpaq sahəsi üzərində miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və bütünlüklə miras əmlaka hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X13 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə baxışı iclasında iddianı qəbul etdiyini bildirərək qeyd etdi, mərhum atasından miras qalmış əmlakı qardaşı İddiaçı qəbul etmişdir. X35 mərhum Tuğra Yarıyevanın vəfatından sonra ondan miras qalmış əmlakı faktiki qəbul etmiş və onun təsərrüfatını idarə etmişddir Tuğra Yarıyeva subay olmuş, atası, əmisi və bibisindən başqa vərəsəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5.-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Masallı regional «ASAN xidmət» mərkəzində Notariat ofisinə məhkəmə məhkəmədən xahiş etmişdir. məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə məktub göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Şahidlər X18 və Şahid eyni məzmunda ifadə verərək bildirdilər ki, mərhum Tuğra Yarıyeva onların bibisi olmuşdur. O, subay olmuş və X12 himayəsində yaşamışdır. Onun sağlığında və vəfatından sonra ona aid olan torpaq sahəsi üzrə təsərrüfatı mərhum qardaşları Siyasət Miriyev idarə etmiş, onun mirasını qəbul etmişdir. X12 vəfatından sonra isə, ondan miras qalmış əmlakı oğlu İddiaçı qəbul etmiş, təsərrüfatı idarə etmişdir. Şahid X23 məhkəmə baxışı iclasında şahidlər X18 və Şahid ilə eyni məzmunda ifadə verərək bildirdi ki, İddiaçı onun oğludur. X36 vəfatından sonra, ondan miras qalmış əmlakı oğlu İddiaçı qəbul etmiş, təsərrüfatı idarə etmişdir. Doğum akt qeydi haqqında arayışlardan görünür ki, İddiaçı xx.xx.1992-ci ildə, Cavabdeh1 xx.xx.1977-ci ildə, X16 xx.xx.1979-cu ildə, Miriyeva (Seyfullayeva) Əsmər Siyasət qızı xx.xx.1981-ci ildə anadan olmuşlar, onların atası X7r. Ölüm akt qeydi barədə arayışlardan görünür ki, X19 xx.xx.1965-ci ildə,X9 xx.xx.1968ci ildə, X20 xx.xx.1996-cı ildə, X27 xx.xx.2005-ci ildə,X10 xx.xx.2016-cı ildə vəfat etmişlər. Masallı rayon Sərçuvar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X3 qanun üzrə vərəsləri X13, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X21r. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar ataları X2 miras qalmış paylarını qəbul etməmişlər. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarı ilə İddiaçı, mərhum X14, mərhum X3, X8 və X17 ümumi birgə mülkiyyətlərinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********099 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı, X14, X3, X8, Cavabdeh3, Cavabdeh1 Siyasıt qızının və X15 ümumi birgə mülkiyyətlərinə 1,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Masallı Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı müraciətinə cavab məktubundan görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş X11 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən faktiki qəbul barədə heç bir sənəd olmaması əsası ilə müraciətdən imtina edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Həmin Məcəllənin 213.1., 213.1. və 213.5.-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1., 220.2. və 220.3.-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.2., 223.3. və 223.4.-cü maddələrinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Məhkəmə göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflərin birinci növbə qanun üzrə vərəsələr olması, iddiaçı Sadiq Miriyevin mirası faktiki olaraq qəbul etməsi, eləcə də miras qoyan mərhum Tuğra Yarıyevanın miras açılan vaxt ümumi birgə mülkiyyətində 0,12 ha həyətyanı, torpaq sahələrinin olması mübahisəli deyil. Məhkəmənin tədqiq etdiyi sübutlardan, həmçinin iddiaçı və cavabdehin izahatlarından məlum olur ki, Tuğra Yarıyevanın vəfat etməsindən sonra ümumi birgə mülkiyyətdə olan 0,12 ha həyətyanı, 1,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mərhum Siyasət Miriyev idarə etmişdir, bu hal da Siyasət Miriyevin mirası nümayişkəranə olaraq faktiki qəbul etməsi kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. Bundan başqa İddiaçı atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi də iş materialları ilə tam təsdiq olunur. Lakin miras əmlak üzərində pay müəyyən olunması üçün, qeyd edilən torpaq sahələri üzərində ümumi birgə mülkiyyətçilərin hər birinin payı əvvəlcədən müəyyən olunmalıdır. Belə olan halda 0,12 ha torpaq sahəsi üzərində İddiaçı, mərhum X14, mərhum X3, X8 və X17 hər birinin 1/5 hissə, 1,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X14, X3, X8, Cavabdeh3, Cavabdeh1 Siyasıt qızının və X15 hər birinin 1/7 hissə payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarı ilə İddiaçı, mərhum X14, mərhum X3, X8 və X17 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində onların hər birinin 1/5 hissə, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********099 reyestr nömrəli Çıxarış üzrə 1,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X14, X3, X8, Cavabdeh3, Cavabdeh1 Siyasıt qızının və X15 hər birinin 1/7 hissə mülkiyyət payları müəyyən edilsin. 0,12 ha həyətyanı torpaq sahəsindən X14 payına düşən 1/5 hissə, 1,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X14 payına düşən 1/7 hissə miras əmlaka İddiaçı faktiki olaraq qəbul etməsi müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3414/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3414/2023
18.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver