Məhkəmə qərarları › İş №2(050)-343/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-343/2023

15.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-343/2023 15.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə ona təhvil verilməsi və tikililərin sökülməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı mülkiyyətində olan Masallı rayonun Xırmandalı kəndində yerləşən 0.22 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınmaqla, sərhədlərinin müəyyən edilməsi və 1 mərtəbəli yaşayış evi, hamam, ayaqyolu, təndirxana, su çəni və dəmir darvaza sökülməklə maneələrin aradan qaldırılması tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Masallı rayonu, Xırmandalı kəndində 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış və torpaq sahəsinin plan və ölçülərini almışdır. Uzun müddətdir ki, həmin torpağın onun olmasına baxmayaraq cavabdeh onun torpağını zəbt edərək onun olduğunu deyir və onun yerini zəbt edir. Dəfələrlə cavabdehlə söhbətlər etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Həmin torpaq sahəsindən onun istifadə etməsinə maneələr yaradır. Hesab edir ki, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən alınmaqla cavabdehlə onun torpaq sahələrinin sərhədləri müəyyən edilərsə aralarında heç mübahisə almayacaqdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh qardaşı oğludur. Mübahisəli torpaq sahəsində Cavabdeh özbaşına ev, təndirxana, hamam, ayaqyolu inşa etmiş, dəmir darvaza qoymuşdur. Məhkəmə tikinti ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, həmin tikililər onun müəlkiyyətində olan torpaq sahəsində yerləşir. O, mübahisəni sülh yolu ilə həll etmək isətmiş, lakin Zamiq onu ölümlə hədələmiş, danışıqlarının nəticəsi olmamışdır. İddia ərizəsində qeyd emişdir ki, torpaq sahəsinə olan maneələr aradan qaldırılsın. Bununla məqsədi odur ki, qeyd etdiyi ev, təndirxana, ayaqyolu və darvaza sökülsün və torpaqdan istifadə etmək üçün həmin maneələr aradan qaldırlsın. Odur ki, torpaq sahəsinin geri alınması, tikililərin və darvazanın sökülməsi, sərhədlərinin müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, maneələrin aradan qaldırılması dedikdə Cavabdeh onun torpağında inşa etdiyi tikililəri nəzərdə tutduğunu, həmin tikililərin bir mərtəbəli yaşayış evindən, hamam, ayaqyolu, təndirxana, dəmir hasar, darvaza və su çənindən ibarət olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: JN-0022 kod 80524018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 nömrəli qərarı əsasında X5 ailə üzvləri ilə birlikdə 1.33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin X1, X2, X3 və Cavabdeh adları qeyd olunmuşdur. Seriya RX ******* nömrəli, **********54 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Masallı rayonu Xırmandalı kəndində yerləşən 0.22 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********) İddiaçı tam mülkiyyətinə verilmişdir. Hüquq 17 noyabr 2016-cı il ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 01 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 28 iyul 2023-cü il tarixli, 10/5187 saylı rəyindən məlum olur ki; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2789/2023 saylı mütəxəssis rəyinə və məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5187 nömrəli ekspertiza rəyinə əsasən, Masallı rayonu Xırmandalı kəndi ərazisində İddiaçı mülkiyyətinə verilmiş 0,22 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddiaçı mülkiyyətinə verilmiş 0,22 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2084 hektaradək hissəsinin Cavabdeh tikilialtı və tikili ətrafı faktiki istifadə kimi plana alınmış 0,24 hektaradək ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2789/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş mtəxəssis rəyindən görünür ki, Cavabdeh həmin ərazidə fərdi yaşayış evi, hamam, ayaqyolu, təndirxana inşa etdirmiş, su çəni və darvaza quraşdırmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 152.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1.-222.3.-cü maddələrinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, mübahisəli ərazi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmənin sübut kimi tədqiq etdiyi məhkəmə tikinti ekspertizasının və eyni zamanda Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2789/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş plandan görünür ki, cavabdehin faktiki istifadəsində olan 0,24 ha torpaq sahəsinin 0.2084 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir və həmin ərazidə Cavabdeh özbaşına olaraq fərdi yaşayış evi, hamam, ayaqyolu, təndirxana inşa etdirmiş, su çəni və darvaza quraşdırmışdır. Cavabdeh İddiaçı torpaq sahəsinə buraxmamaqla mülkiyyətçi kimi onun torpaq sahəsindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olur. Onun hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. Belə olan halda iddiaçının tələbləri haqlı hesab olunaraq, pozulmuş mülkiyyət hüququ bərpa olunmalıdır. Cavabdeh tərəfindən qanunsuz tutulmuş torpaq sahəsi 0,2084 ha müəyyən olunduğu üçün, iddia həmin torpaq sahəsinə münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan 0,2084 ha kənd torpaq sahəsindən Cavabdeh sahibliyindən geri alınsın, həmin ərazidə inşa edilmiş tikililər-fərdi yaşayış evi, hamam, ayaqyolu, təndirxana, su çəni və darvaza Cavabdeh hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətə gətirlisin və maneələr aradan qaldırılsın, torpaq sahəsinin sərhədləri müəyyən edilsin. Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair mütəxəssis xərci 95 manat alınaraq İddiaçı verilsin. Məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar