Məhkəmə qərarları › İş №2(050)-3498/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3498/2024

19.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3498/2024 19.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X2, X5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Mərhum əri X13 ilə nikahlarını 08 iyul 1983-cü ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan Cavabdeh, X7 və X9 adlı uşaqları olmuşdur. X18 26 aprel 2012-ci tarixdə vəfat etmişdir. Vəfat edənədək mərhum ərinin Masallı rayonu Lürən kəndində 0,08 ha həyətyanı torpaq sahəsi, onun üzərində fərdi yaşayış evi olmuşdur. Qeyd olunan torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 42 saylı qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-198B kod 80516028 saylı Şəhadətnamə ilə mərhum Sakit Rzayevin mülkiyyətində olmuşdur. Bütün övladları ailə həyatı qurub, təsərrüfatdan ayrılmışdır. Yalnız mərhum ərindən qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, kommunal xərcləri ödəyib mirası faktiki qəbul etmişdir. Lakin mirası sənədləşdirmək istəyərkən 3-cü şəxslər buna etiraz etməsələr də, cavabdeh notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən də mərhum ərinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: 26 aprel 2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Masallı rayonu Lürən kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci i tarixli 42 saylı qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-198B kod 80516021 saylı Şəhadətnamədə qeyd olunan 0,08 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum əri X6 miras qalmış Masallı rayonu Lürən kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi, onun üzərində olan fərdi yaşayış evini vərəsə kimi o qəbul etmişdir. Hazırda həmin miras əmlak onun istifadəsindədir. Digər vərəsələrin mirasın onun tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Cavabdehlər Cavabdeh, X2, X5 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlərdən Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək iş yükünün ağırlığı ilə əlaqədar işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: Nikah haqqında şəhadətnamədən görünür ki, X13 oğlu ilə X3 ilə nikahlarını 08 iyul 1983-cü il tarixdə rəsmiləşdirmişlər və 130 saylı qeydiyyat aparılmışdır. JN-198B KOD 80516028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair aktın surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci i tarixli 42 saylı qərarı əsasında X10 0,08 hektar fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə, X7 xx.xx.1986-cı ildə və X9 xx.xx.1988-ci ildə doğulmuşlar. Anaları İddiaçı, ataları isə X11r. İşdə olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X9, X7 vərəsəlik işi əlaqədar bildirmişdir ki, mərhum ataları X6 miras qalmış əmlakın açılması haqqında onlara məlumdur. Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1157-ci və 1158-ci maddələrinin məzmunu notarius tərəfindən onlara izah edilib və aydındır. Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1157-ci, 1158-ci maddələrin mirasdan dəyişdirilə və ya geri götürülə bilməyəcəyi, qeyd-şərtlərlə və ya şərtlər altında imtina edilməsinə yol verilməməsi, mirasın bir hissəsindən imtina edilməsinə yol verilməməsi barədə müddəalar notarius tərəfindən onlara izah edilib və aydındır. Mirasın qəbulu üçün buraxdıqları müddətin bərpası məqsədilə məhkəməyə müraciət etmək niyyətləri yoxdur. İddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına etiraz etmirlər. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 516 saylı məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş əri X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi, eyni zamanda mərhumun Rusiya Federasiyası vətəndaşı olduğu müəyyən edilmişdir, Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır və 1149-cu maddəsinə əsasən xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır. Qeyd olunanları nəzərə alaraq vərəsəlik işini notarial qaydada rəsmilşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməyi xahiş olunmuşdur. Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, İddiaçı mərhum əri X13 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayon Lürən kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayır. X1 digər vərəsələri Cavabdeh, X9, X4r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». İşə baxan məhkəmənin mövqeyi. Məhkəmənin tədqiq etdiyi sübutlardan, iddiaçı tərəfin izahatından məlum olur ki, İddiaçı mərhum əri X6 qalmış mirası faktiki qəbul etməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı, iddiaçı tərəfin izahatı ilə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər ilə bu fakt öz təsdiqini tapmışdır. İddiaçı mərhum Sakit Rzayevin vəfatından sonra torpaq sahəsində yerləşən evdə yaşamaqla, təsərrüfatı idarə etmişdir. Bu əsas verir ki, İddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Belə olan halda onun nümayişkəranə sahibliyi faktiki qəbul kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. Bununla yanaşı digər vərəsələr, X9, X7 miras əmlakı faktiki qəbul etmədiklərini notarial qaydada təsdiqlənmiş ərizələri ilə etiraf etmişlər. Digər cavabdeh olan vərəsə Cavabdeh iddia tələbini qəbul etməsinə dair məhkəməyə teleqram ünvanlamışdır. Belə olan halda yeganə qanun üzrə vərəsə İddiaçı mirası faktiki qəbul etməsi nəzərə alınmalı və iddia təmin olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 26 aprel 2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Masallı rayonu Lürən kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 42 saylı qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-198B kod 80516028 saylı Şəhadətnamədə qeyd olunan 0,08 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın X1 birinci növbədən vərəsəsi İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar