Məhkəmə qərarları › İş №2(050)-3500/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3500/2024

18.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3500/2024 18.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı cavabdeh Masallı Regional “ASAN Xədmət” X1rşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1996-cı ildə dünyasın dəyilşmiş həyat yoldaşı X2 istifadəsində ƏMDK-yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən 23/3206 saylı 02.09.209-cu il tarixində verilən arayışa əsasən məhrum həyat yoldaşı X2 adına olan daşınmaz əmlakların vərəsəlik qaydasında adına keçirilməsi üçün qanunda nəzərdə tutulan qaydada ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmununa nəzər yetirdikdə müəyyən edilir ki, iddiaçı ərindən miras əmlakın qəbul edilməsi üçün əvvəlcə notariat orqanına 2020-ci il tarixdə müraciət etmiş, daha sonra notariat orqanı iddiaçıya məktub ünvanlayaraq, vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. Bundan sonra iddiaçı notariat orqanını cavabdeh qoymaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, notarius ərizəçinin miras əmlakın qəbulu ilə bağlı müraciətinə dair yoxlama aparmalı və yekundə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmək qərarına gəldikdə, bu barədə əsaslandırılmış qərar qəbul etməli idi. Lakin Masallı “ASAN” Xidmətin notariusu tərəfindən formal cümlələlər yazılmaqla vərəsəlik şəhadətnaməsindən verilməsindən imtina edilmişdir. İddiaçı ərizəsində cavabdeh qismində notariat ofisini qoyduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı miras əmlakı lazımi qaydada qəbul etdiyini iddia edir və məhkəməyə miras əmlakın faktiki qəbul edilmiş kimi deyil, notariusun qərarının ləğv edilməsini arzulayaraq müraciət etmişdir. (Baxmayaraq ki, iddia ərizəsinin “xahiş etdim” hissəsində ona vərəslik şəhadətnməsinin verilməsini xahiş edir).İddiaçı ərizəsində də tələbi düzgün qoymamış, notariusun qərarının ləğv edilməsini tələb etmək əvəzinə, ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı əvvəlcə notariat ofisinə müraciət edərək ona vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etməli, notarius tərəfindən qərar qəbul edilərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edildiyi halda, bundan sonra iddia seçiminə görə (miras əmlakın qəbul edilmiş sayılması, ya da notarisun hərəkətindən) məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci maddəyə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263,264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı cavabdeh Masallı Regional “ASAN Xədmət” X1rşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar