Məhkəmə qərarları › İş №2(050)-3514/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3514/2025

27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3514/2025 27.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” mərkəzi notariat kontoruna qarşı miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Mərhum qardaşı X15 xx.xx.2016-cı ildə vəfat etmişdir. X16 doğma qardaşıdır. Mərhum qardaşı X12 Masallı rayon Qızılavar kəndində Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 0.17 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Miras qoyan X15 vəfət edənə qədər subay olmuş və övladı olmamışdır. Onun ölümündən sonra yeganə 2-ci növbəli vərəsəsi olaraq o qalmışdır və ondan qalmış Masallı rayon Qızılavar kəndində yerləşən 0.17 ha torpaq sahəsini faktiki olaraq miras əmlak kimi o qəbul və idarə etmişdir. Həmin həyətdə olan miras əmlakı qardaşının vəfatından sonra o qəbul edib, istifadə və sahibliyindədir. Mərhum qardaşının 2-ci növbəli ondan başqa vərəsələri olmuş və onlar hamısı vəfat etmişlər. Masallı RİHB-nın Qızılavar ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, mərhumun 2-ci növbəli vərəsəsidir. Qanun üzrə vərəsəlk şəhadətnaməsinin verilməsi üçün Masallı rayon “Asan Xidmət” Regional mərkəsinin Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 1401 saylı imtina məktubu verilmişdir. Buna görə də hazırda məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin tələbi: Mərhum qardaşı X6 miras qalmış Masallı rayonun Qızılavar kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Masallı rayon Qızılavar kəndində yerləşən 0.17 ha torpaq sahəsi Ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Torpaq sahəsi ərizəçinin mərhum qardaşından ona miras qalmışdır. Miras əmlakın başqa vərəsələri yoxdur. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək iş yükünün ağırlığı ilə əlaqədar işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Şahid1 ifadəsində bildirmişdir ki, mərhum Yusif Babayev onun həmkəndlisi olmuşdur. Ailədə dörd bacı, üç qardaş olmuşlar. Ərizəçi başqa bütün bacı və qardaşlar vəfat etmişlər. X2 məxsus torpaq sahəsi onun vəfatından sonra qardaşı Ərizəçi tərəfindən faktiki olaraq istifadə edilmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X3 subay olmuşdur. Mərhumun Ərizəçi başqa sağ olan bacı-qardaşı yoxdur. Torpaq sahəsi Ərizəçi tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş sənədlər: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Masallı RİHB-nın Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 319 №-li arayışından görünür ki, mərhum X14 1936-cı ildə vəfat etmiş və Qızılavar kənd qəbiristanlığında dəfn edilmişdir. Qəbrin üzərində yeç bir nişanəsi yoxdur. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1939-cu ildə Masallı rayonu, Bədəlan kəndində anadan olmuşdur. Ölüm haqqında arayışın surətindən görünür ki, X19 xx.xx.1972-ci il tarixdə Masallı rayon, Dəlləkoba kəndində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə Masallı rayon, Qızılavar kəndində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Masallı rayon, Lürən kəndində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə Masallı rayon, Qızılavar kəndində ölmüşdür. Ölüm haqqında arayışın surətindən görünür ki, X9 xx.xx.1981-ci il tarixdə Masallı rayon, Bambaşı kəndində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə Masallı rayon, Dəlləkoba kəndində ölmüşdür. xx.xx.2025-ci il tarixli Masallı Regional “ASAN Xidmət” X5 arayışından görünür ki, X15 haqqında xx.xx.2025-ci ilədək Masallı rayon Qeydiyyat Şöbəsi və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlanılmış, X11 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli Masallı Regional “ASAN Xidmət” X5 arayışından görünür ki, X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlanılmış, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. JN-141A KOD 80514029 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci i tarixli 01 saylı qərarı əsasında X12 0.17 hektar torpaq sahəsi verilmişdir. Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1401 №-li məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən vərəsəliyin müddəti keçdiyindən və mirasın faktiki qəbulu ilə bağlı heç bir sənəd olmadığından sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Masallı RİHB-nın Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 257 №-li arayışından görünür ki, X3 xx.xx.2016-cı ildə vəfat etmiş və Qızılavar kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhumun vəfatından sonra 1-ci növbəli vərəsələri olmamışdır. Lakin mərhumun vəfatından sonra yeganə olaraq 2-ci növbəli vərəsəsi sayılan Ərizəçi qalmışdır. X1 Masallı rayonunun Qızılavar kəndində 0,17 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qalmış 0,17 hektar torpaq sahəsi və qeydiyyata alınmamış yaşayış evini faktiki olaraq onun yeganə 2-ci növbəli vərəsəsi olan Ərizəçi qəbul etmişdir. Hal-hazıra kimi o, miras əmlak üzərində sahiblik və istifadə hüquqlarını ilk gündən həyata keçirir. xx.xx.2025-ci il tarixli Masallı Regional “ASAN Xidmət” X5 sorğuya cavab məktubundan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama zamanı xx.xx.1930-cu il təvəllüdlü X11 ata qismində qeyd edildiyi hər hansı bir akt qeydi aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». İşə baxan məhkəmənin mövqeyi. Məhkəmənin tədqiq etdiyi sübutlardan, ərizəçi tərəfin izahatından məlum olur ki, Ərizəçi mərhum qardaşı X6 miras qalmış 0,17 hektar torpaq sahəsini faktiki qəbul etməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı, ərizəçi tərəfin izahatı, şahid ifadələri ilə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər ilə bu fakt öz təsdiqini tapmışdır. Ərizəçi mərhum Yusif Babayevin vəfatından sonra ona məxsus torpaq sahəsini idarə etmişdir. Bu əsas verir ki, Ərizəçi mirası faktiki olaraq qəbul etmişdir. Belə olan halda onun nümayişkəranə sahibliyi faktiki qəbul kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. Bununla yanaşı mərhumun ərizəçidən başqa vərəsələri yoxdu. Belə olan halda yeganə qanun üzrə vərəsə Ərizəçi mirası faktiki qəbul etməsi nəzərə alınmalı və ərizə təmin olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 miras qalmış Masallı rayonu Qızılavar kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-141A kod 80514029 saylı Şəhadətnamədə qeyd olunan 0.17 ha torpaq sahəsindən ibarət miras əmlakın X1 ikinci növbədən vərəsəsi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar