Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3516/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:
1. Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış, Masallı rayonu, Ləngan kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN 0059 saylı Dövlət Aktında qeyd edilmiş 1/3 hissənin, yəni 0.357 ha paybəlli torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu, Ləngan kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda, mərhum X3na məxsus paybəlli torpaq sahəsində 1995-ci ildə inşa olunmuş, ümumi sahəsi 144 kv.m olan yaşayış evində yaşayır. X3 20 noyabr 1936-cı ildə Masallı rayonunun Ləngan kəndində anadan olmuş və 01 sentyabr 2015-ci il tarixdə vəfat etmişdir. Mərhum X3 ilə atası mərhum X42 20 fevral 1956-cı ildə ailə həyatı qurmuşlar və birgə nikahlarından onunla yanaşı X11, qardaşı X37 və X6 anadan olmuşlar. X6 21 sentyabr 2023-cü ildə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış əmlakı faktiki olaraq idarə etmişdir. Mərhum X3na məxsus paybəlli torpaq sahəsində 1995-ci ildə inşa olunmuş, ümumi sahəsi 144 kv.m olan yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamağa davam etmişdir. Mərhum X3na Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli 09 saylı qərarı ilə ailə üzvləri X29 və X25 ilə birlikdə Masallı rayonu, Ləngan kəndində JN-0059 kod 80520038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 1.07 ha paybəlli torpaq sahəsi verilmişdir. Anasının vəfatından sonra həmin ev və paybəlli torpaq sahəsini faktiki olaraq miras əmlak kimi qəbul etmiş və istifadə etmişdir. Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli 09 saylı qərarı ilə verilmiş həmin torpaq sahəsinə dair Masallı rayonunun Ləngan kəndində yaşayan X38 tərəfindən Masallı regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Masallı Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Masallı Rayon Məhkəməsinin iş № 2(050)-677/2018 saylı, 29 mart 2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və X29 və X12 miras qalmış, JN-0059 saylı Dövlət Aktında nəzərdə tutulan 1.07 ha torpaq sahəsinin 2/3 hissəsinin – 0.714 ha paybəlli torpaq sahəsinin X38 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Qətnamə icra olunmuş, X26 daşınmaz əmlakın dövlət reyestrindən 30 sentyabr 2022-ci il tarixdə ********** reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda mərhum X3nın 1/3 hissədə payı müəyyən olunmuşdur. X11 və qardaşı X37 anaları X5 miras qalmış onlara çatası paydan, həmçinin mərhum X6na aid paydan onun xeyrinə imtina etmiş, bu barədə notariat qaydasında təsdiq olunmuş ərizələr təqdim etmişlər. Mərhum X6nın vərəsələri - qızı X30 və qardaşı X50 da, öz paylarından onun xeyrinə imtina etmişlər. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Masallı regional “ASAN xidmət” Mərkəzinin Notariat ofisinə müraciət etsə də, Notariat ofisi 02 iyul 2025-ci il tarixli məktubu ilə ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, mərhum X3ndan miras qalmış, Masallı rayonu, Ləngan kəndində yerləşən və JN-0059 saylı Dövlət Aktında qeyd edilmiş 1/3 hissənin — yəni 0.357 ha paybəlli torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov məhkəməyə 19 noyabr 2025-ci il tarixli məktub ünvanlayaraq iş yükünün ağırlığı ilə əlaqədar iştirak edə bilmədiyini və iclasa onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
5. JN – 0059 KOD 80520038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu, Ləngan kənd sakini X20, ailə üzvləri: X25 və X9 Masallı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində Kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.07 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. Bu şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi X20 verilmişdir.
6. Masallı Rayon Məhkəməsinin 2(050)-677/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X39 və X10 miras qalmış Masallı rayonu Ləngan kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0059 Dövlət Aktında qeyd edilmiş 1.07 ha torpaq sahəsinin 2/3 hissəsinin, yəni 0,714 ha payıbəlli torpaq sahəsinin X43 tərəfindən miras əmlak qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2808/2018 nömrəli, 29 avqust 2018-ci il tarixli qərardadının surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(050)-677/2018 saylı qərardadından verilmiş şikayət təmin edilməmişdir. Masallı Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(050)-677/2018 saylı qərardadı dəyişdirilməmiş qalmışdır.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli, **********26 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Ləngan kəndində yerləşən sahəsi 0.5674 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları 2/3 hissədə X27 paylı mülkiyyətindədir, X7 1/3 hissədə payı qeydə alınmamışdır.
9. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 sentyabr 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X21 20 noyabr 1936-cı il tarixdə Masallı rayonu, Ləngan kəndində anadan olmuşdur, bu barədə 25 oktyabr 1954cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 828 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X8, anası qrafasında X44 qeyd edilmişdir.
10. İ-ИЕ seriyalı 045165 nömrəli, 20 fevral 1956-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X42 ilə X13 nikahı 20 fevral 1956-cı il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Feyziyeva” soyadını qəbul etmişdir.
11. Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli 448 nömrəli arayışdan görünür ki, X15 01 sentyabr 2015ci il tarixdə vəfat etmişdir. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları: oğlu – X37, qızı – X36 və qızı – X24 qeyd edilmişdir. Ərizəçi X15 ilə birlikdə qalmışdır.
12. AZ-İİ seriyalı 509948 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 01 sentyabr 2015-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 sentyabr 2015-ci il tarixdə 20 nömrə ilə qeyd edilmişdir.
13. X37 tərəfindən Notariat ofisinə ünvanlanmış və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusu Xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-15923 nömrə ilə qeyd edilmiş 28 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, o, 01 sentyabr 2015-ci il tarixdə vəfat etmiş anası - X7 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə nə notariat orqanına müraciət etməklə, nə də faktiki yiyələnmə yolu ilə qəbul etməmişdir və həmin mirası qəbul etmək niyyətində deyildir.
14. İ-ЖГ seriyalı 397843 nömrəli 05 fevral 1977-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X31 ilə X22 nikahı 05 fevral 1977-ci il tarixdə 112 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Məmmədova” soyadını qəbul etmişdir.
15. X36 tərəfindən Notariat ofisinə ünvanlanmış və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusu Xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-14260 nömrə ilə qeyd edilmiş 02 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, o, 01 sentyabr 2015-ci il tarixdə vəfat etmiş anası - X7 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə nə notariat orqanına müraciət etməklə, nə də faktiki yiyələnmə yolu ilə qəbul etməmişdir və həmin mirası qəbul etmək niyyətində deyildir.
16. AZ-İ seriyalı 387971 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X31 17 iyul 2009-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 dekabr 2009-cu il tarixdə 1617 nömrə ilə qeyd edilmişdir.
17. İV-ЖГ seriyalı 412953 nömrəli 13 yanvar 1988-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X65 ilə X17 nikahı 13 yanvar 1988ci il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Soltanova” soyadını qəbul etmişdir.
18. Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli 449 nömrəli arayışdan görünür ki, X24 21 sentyabr 2023cü il tarixdə vəfat etmişdir. X2 övladları: qızı – X30, oğlu – X32 və oğlu – X40 qeyd edilmiş və X24 ilə birlikdə qalmışdır.
19. AZ-İİ seriyalı 487956 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X41 08 mart 2025-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 mart 2025-ci il tarixdə 59 nömrə ilə qeyd edilmişdir.
20. AZ-İİ seriyalı 378584 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X24 21 sentyabr 2023-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 sentyabr 2023-cü il tarixdə 597 nömrə ilə qeyd edilmişdir.
21. X50 tərəfindən Notariat ofisinə ünvanlanmış və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusu Xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-15827 nömrə ilə qeyd edilmiş 27 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, o, 01 sentyabr 2015-ci il tarixdə vəfat etmiş nənəsi - X7 vəfatından sonra ondan miras qalmış əmlaklar qanunvericilikdə müəyyən edilmiş müddətdə nə notariat orqanına müraciət etməklə, nə də faktiki yiyələnmə yolu ilə qəbul edilməmişdir və həmin mirası qəbul etmək niyyətində deyildir (ərizəni etibarnamə əsasında X30 imza etmişdir).
22. X32 tərəfindən Notariat ofisinə ünvanlanmış və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusu Xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-18990 nömrə ilə qeyd edilmiş 07 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, o, 01 sentyabr 2015-ci il tarixdə vəfat etmiş nənəsi - X7 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə nə notariat orqanına müraciət etməklə, nə də faktiki yiyələnmə yolu ilə qəbul etməmişdir və həmin mirası qəbul etmək niyyətində deyildir (ərizəni etibarnamə əsasında X30 imza etmişdir).
23. X30 tərəfindən Notariat ofisinə ünvanlanmış və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusu Xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-18988 nömrə ilə qeyd edilmiş 07 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, o, 01 sentyabr 2015-ci il tarixdə vəfat etmiş nənəsi – X7 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə nə notariat orqanına müraciət etməklə, nə də faktiki yiyələnmə yolu ilə qəbul etməmişdir və həmin mirası qəbul etmək niyyətində deyildir.
24. Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Masallı rayonu, Ləngan kəndində qeydiyyatda olmaqla yaşayır və mərhum X3na məxsus paybəlli torpaq sahəsində 1995-ci ildə, ümumi sahəsi 144 kv.m olan yaşayış evi tikmişdir.
25. Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 02 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 01 sentyabr 2015-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 03 iyun 2025-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, qohumluğu təsdiq edən sənədlərdə uyğunsuzluq, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmadığı səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
26. 03 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi üçün ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
27. Məhkəmə iclasında müəyyən olundu ki, 01 sentyabr 2015-ci il tarixdə ölmüş X5 Masallı rayonu, Ləngan kəndində yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsi miras qalmışdır. Mərhumun qanun üzrə vərəsələri hazırki Ərizəçi, X37, Məmmədova (əvvəl Feyziyeva) Lalə Mirzə qızı və Soltanova (əvvəl Feyziyeva) Yeganə Mirzə qızı olmuşdur. X4 21 sentyabr 2023-cü il tarixdə, onun yoldaşı X41 08 mart 2025-ci il tarixdə həmçinin vəfat etmişdir. X2 övladları: X30, X40 və X23r. X37, Məmmədova (əvvəl Feyziyeva) Lalə Mirzə qızı, X30, X40 və X32 Notariat ofisinə ərizə ilə müraciət edərək mərhum X5 miras əmlakı qəbul etmədiklərini və miras əmlaka dair istənilən əsaslarla onlara çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədikərini bildirmişlər. Ərizəçi 02 iyul 2025-ci il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, mərhum anasına məxsus miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş və miras üzrə vərəsəliyi sənədləşdirmək üçün mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, ərizəçi miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2. qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145. miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146. miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1. mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1. qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246. vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.
Məhkəmə baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Məhkəmənin mövqeyi:
32. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X15 vəfat etdikdən sonra ondan qalan miras əmlakı ərizəçi idarə etmiş və bu işin mübahisəsiz halıdır. Digər vərəsələr isə miras əmlakı qəbul etmək hüququnu notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişlər. Göründüyü kimi ərizəçi anasına məxsus əmlakı faktiki cəhətdən ələ keçirib və onlara sahib durmaqla mirasa faktiki sahiblik etmiş, əlavə olaraq miras əmlakdan istifadə etməklə, onun saxlanması və normal təsərrüfatın aparılması üçün zəruri hərəkətlər etməklə miras əmlakı faktiki idarə etmişdir.
Məhkəmə xərcləri:
33. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
34. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 miras qalmış JN – 0059 KOD 80520038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə Kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Masallı rayonu, Ləngan kəndində yerləşən 1.07 hektar torpaq sahəsinin 1/3 hissənin, yəni 0.3566 ha hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi müəyyən edilməlidir.
35. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. X5 miras qalmış JN – 0059 KOD 80520038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 2005ci il tarixli, 09 saylı qərarı ilə Kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Masallı rayonu, Ləngan kəndində yerləşən 1.07 hektar torpaq sahəsinin 1/3 hissənin, yəni 0.3566 ha hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov