Məhkəmə qərarları › İş №2(050)-3552/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3552/2023

20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3552/2023 20.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X49 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin (bərpası) uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X13 maraqlı şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin (bərpası) uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan və mərhum anası X24 miras qalmış JN-203A, Kod 80500028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamədə nəzərdə tutulmuş 0,20 ha torpaq sahəsi ilə bağlı mirasın qəbulu üçün müəyyənləşdirilimiş müddət keçdiyi üçün həmin müddətin bərpası (uzadılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır və Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 42, mənzil 13-də qeydiyyatdadır. X2 xx.xx.2006-cı il tarixdə, anası X38 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra, 2013-cü ildə o, qanuni vərəsə kimi Masallı rayon Məhkəməsinə müraciət edərək onlardan qalan miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(050)-1738/2013 saylı qətnaməsinə əsasən JN-352, Kod 80500028 nömrəli torpağa mülıkiyyət hüququna dair dövlət aktında nəzərə tutulmuş torpaq paylarının tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməklə, həmin şəhadətnamədə nəzərdə tutulmuş 1,17 ha torpaq sahəsinə (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) mülkiyyət hüququ tanınmışdır. Lakin valideynlərindən qalma JN- 203A, Kod 80500028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamədə nəzərdə tutulmuş 0,20 ha torpaq sahəsinin (həyətyanı torpaq sahəsi) tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmamışdır. O, həmin torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbulu barədə Masallı Regional "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Müraciəti ilə bağlı Masallı Regional "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisində ərizəsinin təminindən imtina edildi və ona mirasın qəbulu üçün müəyyənləşdirilimiş müddət keçdiyi üçün həmin müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də o, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası (uzadılması) barədə məhkəməyə müraciət ermək qərarına gəlmişdir. Ərizəçi X13 məhkəmə iclasında ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə məktub göndərərək 20 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə materiallarında olan Masallı RİHB-nin Gəyəçöl kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 578 nömrəli arayışından görünür ki, X6 anası X38 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Gəyəçöl kəndi olmuş, ölənədək X13 ilə birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvü oğlu X8r. X4 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları-qızı X17, qızı X18, qızı X28, X19r. X5 vəfat etmiş ailə üzvləri-əri X14, qızı X15r. X5 qeyd olunun vərəsələrindən başqa digər vərəsələri yoxdur. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov tərəfindən tərtib edilmiş 16 avqust 2023-cü il tarixli, 897 nömrəli məktubdan görünür ki, 12 fevral 2007-ci il tarixdə vəfat etmiş X27 ünvan 1 ünvanda yerləşən miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi natariusu Əlövsət İbrahimov tərəfindən tərtib edilmiş 16 avqust 2023-cü il tarixli, 896 nömrəli məktubdan görünür ki, 29 iyun 2006-cı il tarixdə vəfat etmiş X7 ünvan 1 ünvanda yerləşən miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X38 12 fevral 2007-ci il tarixdə Masallı rayon Gəyəçöl kəndində, beyinə qansızma səbəbindən ölmüşdür, xx.xx.2007-ci il tarixdə Masallı rayon Gəyəçöl ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 29 iyun 2006-cı il tarixdə Masallı rayon Gəyəçöl kəndində, miokart infakt səbəbindən ölmüşdür, xx.xx.2006-cı il tarixdə Masallı rayon Gəyəçöl ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-203A Kod 80500028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə Masallı rayonu Gəyəçöl kənd sakini X9 və X29 0.20 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 16 sentyabr 2013-cü il tarixli, 2(050)-1738/2013 nömrəli qətnamədən görünür ki, mərhum X7, X30, X27 Masallı rayonunun Gəyəçöl kəndində yerləşən JN-352, kod 80500028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş torpaq payları ərizəçi X13 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi, həmçinin həmin şəadətnamədə nəzərdə tutulmuş X20, X10, X16 və X21 torpaq paylarına yəni ümumilikdə həmin şəhadətnamədə nəzərdə tutulmuş 1,17 hektar torpaq sahəsinə ərizəçi X6 mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarında olan JN-352 Kod 80500028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə Masallı rayonu Gəyəçöl kənd sakini X11, X25, X29, X26, X22, X12, X23 1.17 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X13 02 dekabr 1963-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur. X2, anası X31r. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X38 arasında 05 fevral 1962-ci il tarixdə Azərbaycan SSR Masallı rayon Musaküçə kənd sovetliyində 9 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Şükürova soyadı verilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi X13 mərhum X2nun və mərhum anası X27 birinci növbə vərəsəsidir. Odur ki, ərizə təmin edilməli və X1 və mərhum X24 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 və mərhum X24 miras qalmış Masallı rayonu Gəyəçöl kəndində yerləşən 0.20 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar