Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3560/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun 20 avqust 1959-cu ildə doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 avqust 1959-cu ildə Masallı rayonu Zuvandlı kəndində doğulmuşdur. Valideynləri həmin kənd sakinləri Gülmirzəyev Vəkil Dadaş oğlu və X5 olmuşdur. Lakin valideynlərinin nikahı olmamış və o, ev şəraitində doğulmuş, doğuma dair tibbi akt olmamışdır. Bu səbəbdən də doğum akt qeydi aparılmamışdır. Maraqlı şəxs 06 sentyabr 2023-cü il tarixli məktubundan aydın olmuşdur ki, doğum akt qeydi kitabında ümumiyyətlə onun doğumu ilə bağlı qeyd aparılmamışdır. Valideynləri vəfat etmişdir. Ona görə də valdeyinlərinin birgə ərizə vermələri mümkün deyildir. Doğum akt qeydinin olmaması nəticəsində bir sıra hüquqlardan məhrum olur. Odur ki, doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, valideynləri onun ad gününü həmişə 20 avqust tarixində qeyd etmişlər. 1959-cu il təvəllüdlü uşaqlarla məktəbə getmiş, şəxsiyyət vəsiqəsində də doğum tarixi həmin il qeyd olunmuşdur. Lakin qeydiyyat şöbəsində onun doğumu barədə qeyd aparılmamışdır. Ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə uyğun sayır. Məhkəmə iclasında şahid Gülmirzəyeva Bəsirə Vəkil qızı ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Valideynləri həmişə Zərnişanın ad gününü ailədə 20 avqust tarixində qeyd etmişlər. Həmçinin onlardan Zərnişanın 1959-cu ildə anadan olmasını eşitmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, Ərizəçi ad günü barədə məlumatı yoxdur, lakin onun 1959-cu ildə anadan olmasını qonşu kimi bilir. Maraqlı şəxs 06 sentyabr 2023-cu il tarixli, 3-16-5/8-143 saylı məktubundan məlum olur ki, Ərizəçi doğum akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs arayışından görünür ki, X3 Maraqlı şəxs arxivində nikah haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs arayışından görünür ki, Gülmirzəyev Vəkil Dadaş oğlunun Maraqlı şəxs arxivində nikah haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs arayışından görünür ki, X5 31 dekabr 2022-ci ildə ölmüşdür. Maraqlı şəxs arayışından görünür ki, Gülmirzəyev Vəkil Dadaş oğlu 22 avqust 1962ci ildə ölmüşdür. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1959-cu ildə anadan olmuşdur. Masallı Rayon Dövlət Arxiv İdarəsi tərəfindən Ərizəçi göndərilmiş məktubdan görünür ki, ərizəçinin atası Gülmirzəyev Vəkil Dadaş oğlunun 1960-1975-ci illərdə təsərrüfatının tapılması üçün, Masallı rayon İcra hakimiyyəti başçısının Güllütəpə kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə (əvvəlki Güllütəpə ZDS İK) məxsus 1966-1976- cı illərə aid bütün təsərrüfatbaşına kitabları tərəfimizdən araşdırılmış (1966-cı ildən əvvələ aid təsərrüfatbaşma kitablar Masallı RDA-nə təhvil verilməyib). Lakin, Gülmirzəyev Vəkil Dadaş oğlunun təsərrüfatına rast gəlinməmişdir. Ərizəçinin böyük nənəsi Xanzadə Mirzəhüseyn qızının və anası X2 təsərrüfatlarının tapılması üçün, Masallı rayon İcra hakimiyyəti başçısının Güllütəpə kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə məxsus 1966-1982-ci illərə aid bütün təsərrüfatbaşına kitablar araşdırılmış, ərizəçinin nənəsinin və anasının təsərrüfatında ərizəçinin təvəllüdü və ya soyadı da təqdim edilən sənədlərə tam uyğun gəlməmişdir. Masallı Rayon İHB-nin Güllütəpə kənd İƏDÜN-ün arayışından görünür ki, Ərizəçi həqiqətən Masallı rayonunun, Yeni Zuvand kəndində daimi yaşayır. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müyyən olunmuşdur ki, Ərizəçi 20 avqust 1959-cu ildə anadan olmuş, doğum ev şəraitində olduğuna görə doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görə də onun doğum akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarına görə doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. (qayda2.2.) Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. (qayda 2.3.) Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; (qayda 2.8.2.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3.-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə ərizəçinin doğum akt qeydinin aparılması ilə əlaqədar sənədləri doğum faktının məhkəmədə müəyyən olunmadan ala bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 20 avqust 1959-cu il tarixdə Masallı rayonu, Zuvandlı kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum akt qeydində doğulduğu yer Masallı rayonu, Zuvandlı kəndi, doğum tarixi 20 avqust 1959-cu il, adı Zərnişan, soyadı Dadaşova, ata qrafasında ata adı Gülmirzəyev Vəkil Dadaş oğlu, ana qrafasında ana adı X5 qeyd edilsin. Qətnamə rəsmi qasydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) tərəflər Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3560/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3560/2023
29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver