Məhkəmə qərarları › İş №2(050)-3582/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3582/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3582/2024 28.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı Rayon Məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: Mərhum həyat yoldaşı X12 xx.xx.1949-cu ildə Masallı rayonu Qızılağac kəndində anadan olmuşdur. O, X12 ilə 1974-cü ildə toy edib el adəti ilə evlənmişdir. Rəsmi nikahlarını xx.xx.1974-cü ildə qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.1975-ci il tarixdə iki əkiz övladı Şahid2 və X9 dünyaya gəlmişlər. Qeyd edir ki, o, X12 ilə təxminən 40-45 il əvvəl iki ilə yaxın müddətdə Türkmənistan Respublikasında yaşamışdır. Daha sonra o, qeyri-rəsmi olaraq başqa bir qadınla yaşamağa başlamış və Türkmənistan Respublikasından çıxıb Ukrayna Respublikasına getmişdir. Bələ bir vəziyyətdə o, 1975-ci ildə iki uşağını da götürüb Azərbaycan Respublikasına doğulduğu Masallı rayonu Qızılağac kəndinə qayıtmışdır. Həmin kənddə yaşamaqla uşaqlarını tək başına böyüdüb boya-başa çatdırmışdır. Həmin vaxtdan hal-hazıradək o, X8 görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. X12 ilə aralarında olan nikah formal olaraq qalmışdır. Sonradan eşitmişdir ki, həyat yoldaşı olmuş X12 8-10 il əvvəl Ukrayna Respublikasının Xarkov şəhərində ölmüşdür. Lakin onun dəqiq ölüm yerini və tarixini bilmir. X2 ölümü ilə bağlı sənədləri əldə edə bilmir. Ukrayna Respublikası ilə Rusiya Federasiyası arasında gedən müharibə Ukrayna Respublikasının Xarkov şəhərindən də yan keçməmişdir. Hazırda da həmin müharibə bitməmiş davam etməkdədir. Hətta bitmiş olsa belə X1 (mediyadan) alınmış məlumatlara (televiziyada göstərilənlərə) əsasən Xarkov şəhəri baş vermiş müharibə nəticəsində ciddi ziyan çəkmişdir. Bir çox binalar, eləcə də dövlət əhəmiyyətli binalar dağıdılmış, mərmi düşməsi nəticəsində yanaraq məhv olmuşdur. Bu səbəbdən də onun ölümü ilə bağlı məlumatları əldə etmək mümkün deyildir. Bütün bunlar isə onun bir çox hüquqlarını eləcə də mülkiyyət hüququnu pozmuş olur. O, öz mülkiyyəti barədə sərəncam verə bilmir. Bu səbəbdən də X7 məhkəmə qaydasında ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin gedişində doğum haqqında sənəd tələb edildiyindən bununla bağlı qeydiyyat orqanına müraciət etmiş, Qeydiyyat orqanında X7 doğum akt qeydi aşkarlanmamışdır. X7 doğum akt qeydinin olmaması ona bir çox sənədləşmə işlərində, eləcə də onun ölümünün təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etdiyi zaman çətinliklər yaradır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, əri X7 xx.xx.1949-cu il tarixdə doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə uyğun sayır. Şahid ifadələri: Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, X12 ilə sinif yoldaşı olmuşdur. X12 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. Qızılağac kəndində yaşamışlar. 17 yaşına qədər Qadir Abıyevlə daimi münasibətləri olmuşdur. Ali məhkəbə qəbul olunduqdan sonra yaşayış yerinin dəyişməsi ilə əlaqədar daimi münasibətləri kəsilmişdir. Yalnız tətillərdə onu görmüşdür. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, X12 onun qardaşıdır. xx.xx.1949-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi qızı, X12 isə onun həyat yoldaşıdır. xx.xx.1949-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur. Eyni kənddə doğulmuş və eyni kənddə yaşamışlar. Digər qardaşları ilə də tanışlığı vardır. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun anası, X12 isə atasıdır. X5 xx.xx.1949-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X12 və Ərizəçi arasında xx.xx.1974-cü il tarixdə Masallı rayon Qızılağac kənd sovetində 13 saylı nikah bağlanmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-44/2-1859/2024 nömrəli məktubundan görünür ki, Xidmətin Masallı rayon şöbəsində mövcud olan arxiv-uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, X7 doğulduğu tarix (gün, ay və il) yalnız 1949cu il kimi qeydiyyatdan keçmişdir. Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 15 №-li məktubundan görünür ki, 1949-cu il təvəllüdlü X13 1967/1968-ci tədris ilində Qızılağac tam orta məktəbinin 10-cu sinfini bitirmiş və tam orta təhsil haqqında sənəd almışdır. Masallı Rayon “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 23 may 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2049-cu il təvəllüdlü X7 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyət aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, Şahid3 xx.xx.1969-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuşdur. X4, anası X3r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müyyən olunmuşdur ki, X12 xx.xx.1949-cu il tarixdə Qızılağac kəndində anadan olmuşdur. X7 doğumuna dair Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində məlumat aşkar edilmədiyindən doğum faktının təsdiqi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. X7 xx.xx.1949cu il tarixdə doğulmasına dair şahid ifadələri alınmış, həmçinin iş materiallarına sübutlar əlavə edilmişdir. Beləliklə məhkəmə ərizəçinin doğum akt qeydinin aparılması ilə əlaqədar sənədləri doğum faktının məhkəmədə müəyyən olunmadan ala bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 xx.xx.1949-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulması faktı müəyyən edilsin. X7 doğum akt qeydində doğulduğu yer Masallı rayonu, Qızılağac kəndi, doğum tarixi xx.xx.1949-cu il, adı Qadir, soyadı Abıyev, ata qrafasında ata adı X10, ana qrafasında ana adı X6 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) tərəflər Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar