Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3612/2023 05.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, Ərizəçi maraqlı şəxs X1 qarşı Masallı rayon Məhkəməsinin 19 yanvar 1992-ci il tarixli qərarı əsasında 1993-cü ilin yanvar ayından 2009-cu ilin yanvar ayınadək olan 16 il müddət ərzində ödənilməli olan aliment məbləğinin indeksasiyası tələbinə dair ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: Ərizəçi Masallı rayon Məhkəməsinin 19 yanvar 1992-ci il tarixli qərarı ilə xx xxxx 1966-cı il tarixdə anadan olmuş Maraqlı şəxs hər ay bütöv növ qazancının ¼ hissəsi 18 yanvar 1993-cü il tarixdən başlayaraq 2009-cu ilin yanvar ayınadək olan 16 il müddət ərzində ödənilməli olan ¼ hissədə aliment məbləği inflyasiya dərəcəsinə uyğun indeksasiya edilərək borclu Maraqlı şəxs 21717.12 manat məbləğində pul, Cənub Qiymətləndirici MMC-yə ödədiyi 200 manat məbləğində pul və vəkilə ödədiyi 200 manat məbləğində pulun alınaraq ona verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Mülki işin mümkünlüyü məsələsinə baxılarkən mübahisənin mahiyyətini təhlil edərək məhkəmə qeyd edir ki, Ərizəçi xahişi, məhkəmə qətnaməsinin icrası qaydasında müraciət növlərinə aiddir. Belə olan halda, tutulmalı pul məbləğinin indeksasiyası ilə bağlı müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə tələbi baxımından mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və MPM-in 153, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs X1 qarşı Masallı rayon Məhkəməsinin 19 yanvar 1992-ci il tarixli qərarı əsasında 1993-cü ilin yanvar ayından 2009-cu ilin yanvar ayınadək olan 16 il müddət ərzində ödənilməli olan aliment məbləğinin indeksasiyası tələbinə dair ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3612/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3612/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver