Məhkəmə qərarları › İş №2(050)-3695/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3695/2023

13.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3695/2023 13.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Masallı Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “müddətin bərpa olunması, vərəsə kimi tanınması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Masallı Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “müddətin bərpa olunması, vərəsə kimi tanınması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilk olaraq “müddətin bərpa olunması, vərəsə kimi tanınması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” üçün notariat orqanına müraciət edilməsi barədə cavabdehə müraciət etməli olduğu halda bunu etməmiş və cavabdeh tərəfin bu məsələ ilə bağlı imtinasını almadan və ya etmiş olduğu müraciətdə müəyyən olunmuş müddətdə cavab almadan birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə izah edir ki, iddiaçı mübahisə predmeti ilə bağlı cavabdehə etdiyi müraciətə müsbət nəticə əldə etmədiyi təqdirdə və bu barədə mübahisə yarandıqda işə məhkəmə icraatı qaydasında baxılması mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci, 263-264-cü maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdeh Masallı Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “müddətin bərpa olunması, vərəsə kimi tanınması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) işə baxan Masallı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar