Məhkəmə qərarları › İş №2(050)-373/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-373/2024

01.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-373/2024 01.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işlə bağlı inzibati məhkəməyə müraciət etmək məqsədi ilə hazırki işin baxılmamış saxlanılmasını və sənədlərin qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında başqa işlə bağlı inzibati məhkəməyə müraciət etmək məqsədi ilə hazırki işin baxılmamış saxlanılmasını və sənədlərin qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı tərəfindən Kapital banka ("xxxx" ASC Masallı branch) ödənilmiş (06 dekabr 2023-cü il tarixli, terminal nömrəsi K0161013, əməliyyat İD 340503211, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Kapital banka ("xxxx" ASC Masallı branch) ödənilmiş (06 dekabr 2023-cü il tarixli, terminal nömrəsi K0161013, əməliyyat İD 340503211, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar