Məhkəmə qərarları › İş №2(050)-3782/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3782/2023

24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3782/2023 24.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi iştirakları ilə. Ərizəçi mirasın qəbulu faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi mərhum anası X1 miras qalmış Masallı rayonu, Yeyənkənd kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 18 avqust 2003-cü il tarixli 08 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-243A kod 80509049 saylı şəhadətnamə ilə mülkiyyətində olmuş 0.05 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası zamanı Ərizəçi şəxsiyyəti müəyyən olunarkən məlum olmuşdur ki, Ərizəçi Bakı şəhəri, Səbail rayonu, ev 102 ünvanında qeydiyyatdadır, hal-hazırda Bakı şəhərində yaşayır. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermişdir. Maraqlı şəxs Masallı Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xüsusi notariusu X3 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci madddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1.-45.3.-cü maddələrinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Ərizəçi ərazi aidiyyəti qaydalarını pozmaqla Masallı rayon məhkəməsinə müraicət etmişdir, onun faktiki yaşayış və qeydiyyat ünvanı ünvan 3ərkən əarzi aidiyyəti qaydaları pozulmuşdur, Masallı rayon məhkəməsi səlahiyyətli məhkəmə deyil, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37, 40.1., 45, 263-264, 266-268, 355-23.2 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi mirasın qəbulu faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə üzrə mülki iş baxılması üçün ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar