Məhkəmə qərarları › İş №2(050)-38/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-38/2025

15.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-38/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və əvvəlki vəziyyətinə gətirilməsi» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş onun mülkiyyətində olan Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.40 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, habelə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun mülkiyyətinə Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında Masallı rayonu, Qəzvinoba kəndində 0.40 ha torpaq sahəsi verilmişdir. 2020-ci ilədək onların torpaq sahəsi başqa ərazidə olmuş və onlar torpaqlarını əkib-becərmişlər. Lakin 2020-ci ildə torpaq sahələri sənədlərə uyğun olaraq yenidən bölünmüş və məlum olmuşdur ki, onların sənəd əsasında torpaqları Cavabdeh istifadəsində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə aldırmışdır və bununla bağlı çıxarış verilmişdir. Buna baxmayaraq cavabdeh hazırkı vaxtadək onların torpaq sahəsindən çıxmaq istəmir. Dəfələrlə cavabdehə torpaq sahəsinin zəbtdən azad etməsi barədə müraciət etsə də nəticəsi olmamışdır. Cavabdeh torpağı zəbtdən azad etmək istəmir. Nəticədə onun mülkiyyət hüququ məhdudlaşdırılmışdır. O, torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmir, cavabdeh torpağını zəbt etdiyi üçün torpağını əkib becərə bilmir və əlavə gəlirdəndə məhrum olur. Odur ki, pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Mübahisəli torpaq sahəsini 27 ildir ki, istifadə edir. Mübahisəli torpaq sahəsində ağaclar əkmişdir. İddia edilən torpaq sahəsi ona məxsusdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********57 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 232 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-0037 kod 80522039 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 nömrəli qərarı ilə Masallı rayonu Qəzvinoba kəndində Cavabdeh, X3, X2, X4 və X5 1.03 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 09 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı (JN-40) **********57 reyestr nömrəli Çıxarışla mülkiyyətə verilmiş 0.40 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.3530 hektaradək hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində şimal-şərq istiqamətində naturada yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 07 noyabr 2024-cü il tarixli, 10/7748 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4430/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı (JN-40) **********57 reyestr nömrəli Çıxarışla mülkiyyətə verilmiş 0.40 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.3530 hektaradək hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində şimal-şərq istiqamətində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə iddianın “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 07 noyabr 2024-cü il tarixli, 10/7748 saylı ekspert rəyi, həmçinin həmin ekspert rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə qeyd edilən hissədə iddianın qismən əsaslı olması qənaətinə gəlinir. Həmin rəylərdən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0,40 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi cavabdeh tərəfindən 0.3530 hektaradək hissəsi istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Eyni zamanda məhkəmə iddianın “torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları ilə, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində ağaclar mövcuddur. İddiaçı torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini iddia etsə də, mübahisəli torpaq sahəsinin əvvəl hansı vəziyyətdə olması ilə bağlı, həmçinin cavabdeh mübahisəli torpaq sahəsində ağaclar əkməsini bildirsə də məhkəməyə heç bir subut təqdim etməmişlər. Bu səbəbdən də iddia torpaq sahəsinin əvvəkli vəziyyətə gətirilməsi hissəsində əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 95 (doxsan beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı 100 manat məbləğində pul vəsaiti ödəmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********57 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Masallı rayonu, Qəzvinoba kəndində yerləşən İddiaçı məxusus 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.3530 hektaradək hissəsindən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, iddiaçı Atif Vəliməmməd oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar