Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3896/2024 23.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Mən Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə rəsmi nikah dövründə aldıqları ünvan 1 ünvanında olan 12 may 2017-ci il tarixli **********27-05101- 093029 reyestr nömrəli çıxarışın verilməsinə, Masallı şəhəri, Qarabağ küçəsi ev 9, mənzil 3-də olan 30 sentyabr 2019-cu il tarixli **********09-05101-093043 reyestr nömrəli çıxarışın verilməsinə və Masallı şəhəri, Ü.Hacıyev küçəsi ev 1 A-da olan 07 oktyabr 2021-ci il tarixli **********-10301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında olan 12 may 2017ci il tarixli **********27-05101-093029 reyestr nömrəli çıxarışın verilməsinə, Masallı şəhəri, Qarabağ küçəsi ev 9, mənzil 3-də olan 30 sentyabr 2019-cu il tarixli **********09-05101- 093043 reyestr nömrəli çıxarışın verilməsinə və Masallı şəhəri, Ü.Hacıyev küçəsi ev 1 Ada olan 07 oktyabr 2021-ci il tarixli **********-10301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar, yəni alğı-satqı müqavilələri ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materiallarından görünür ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir (Asan ödəniş portalı, qəbz nömrəsi **********25, Tarix: xx.xx.2024, saat 11:00:11, FİN: xxxxxxx). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (Asan ödəniş portalı, qəbz nömrəsi **********25, Tarix: xx.xx.2024, saat 11:00:11, FİN: xxxxxxx) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-3896/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3896/2024
23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver