Məhkəmə qərarları › İş №2(050)-3951/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3951/2025

15.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3951/2025 15.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh İddiaçı iştirakları ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:

1. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı məxsus cehiz əşyalarının onun sahibi olduğu Masallı rayonu, Çaxırlı kəndində yerləşən evdən çıxarılması, mediasiya xidmət haqqı olaraq ödədiyi 60 manat, dövlət rüsumu olaraq ödədiyi 50,40 manat və hüquqi xidmətlərin göstərilməsi üçün ödədiyi 320 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan mülki iş 10 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(050)-3569/2025 nömrə ilə qeydə alınmışdır.

2. Həmçinin, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “evə köçürülmə və yaşayış hüququnun təmin olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Masallı rayonunun Çaxırlı kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və X1 məxsus Masallı rayonunun Çaxırlı kəndində yerləşən 0,15 ha torpaq sahəsində tikilmiş tək mərtəbəli, 4 otaqlı və 1 zalı evin günçıxan istiqamətində yerləşən, gəlin köçdüyü evə köçürülməsinin və yaşayış hüququnun təmin olunmasının, həmçinin məhkəməyə rüsumu kimi ödədiyi 110 (bir yüz on) manat məbləğin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan mülki iş 19 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(050)-3951/2025 nömrə ilə qeydə alınmışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə İddiaçı iddiasına dair 2(050)-3951/2025 saylı mülki iş və Cavabdeh2 iddiasına dair 2(050)-3569/2025 saylı mülki işin bir icraatda birləşdirilməsi məsələsi ilə bağlı tərəflərin fikirlərini soruşmuşdur.

4. Məhkəmə hazırlıq iclasında iddiaçı Cavabdeh2, onun nümayəndəsi, vəkili Nümayəndə və cavabdeh İddiaçı 2(050)-3951/2025 saylı mülki işin məhkəmənin icraatında olan e-2(050)-3569/2025 saylı mülki işə birləşdirilməsinə etiraz etməmişlər.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.

Məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfləri dinləyib, hər iki mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, qeyd edilən mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir.

Nəticə:

7. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “evə köçürülmə və yaşayış hüququnun təmin olunması” tələbinə dair 2(050)-3951/2025 saylı mülki iş icraatımda olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair e-2(050)-3569/2025 saylı mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(050)-3569/2025 nömrəsi saxlanılmaqla 2(050)-3951/2025 saylı mülki işin icraatına xitam verilməlidir.

8. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43- 45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “evə köçürülmə və yaşayış hüququnun təmin olunması” tələbinə dair 2(050)-3951/2025 saylı mülki iş icraatda olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair e-2(050)-3569/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(050)-3569/2025 nömrəsi saxlanılmaqla 2(050)-3951/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar