Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3953/2025 12.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh və Cavabdeh7 nümayəndəsi Cavabdeh8 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 (üçüncü şəxs: X15) qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 (üçüncü şəxs: X15) qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 fevral 2003-cü il tarixdə ölmüş mərhum X1ndan miras qalmış Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 46 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün verilmiş Masallı rayonu, Qızılavar kəndində yerləşən 0.13 ha torpaq sahəsindən ibarət əmlakla qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması və həmin miras əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X13 xx.xx.1962-ci ildə, anası X4 xx.xx.1996-cı ildə, qardaşları X8 xx.xx.2003-cü ildə, X9 xx.xx.2021-ci ildə və X7 xx.xx.2022-ci ildə ölmüşdür. X1 xəstə olmuşdur. Valideynləri sağlığında ona baxıb qayğısını çəkmişlər. Valideynləri rəhmətə getdikdən sonra isə qardaşına özü baxıb onun qayğısını çəkmişdir. Onun əmlakının idarə olunmasında ona köməklik etmiş, X1 rəhmətə getdikdən sonra o, tez-tez ona məxsus evə və həyətyanı torpaq sahəsinə getmişdir (Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 0 13 ha torpaq sahəsi), həmin həyətyanı torpaq sahəsində təsərrüfat işləri aparmış, məhsul əldə etmiş, həmin əmlakı istifadə edib idarə etmişdir. Bu minvallada həmin miras əmlakı faktiki olaraq qəbul etmiş və miras əmlaka sahiblik etmişdir. Bunu doğma bacıları və vəfat etmiş qardaşlarının övladlarıda təsdiq edə bilərlər. Eləcədə ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdada onun həmin əmlakı idarə etdiyini, sahiblik etdiyini təsdiq edir. Miras əmlakın qəbulu ilə bağlı Notariat Kontoruna müraciət etsə də, faktiki qəbul olmadığı əsas gətirilərək notariat kontoru tərəfindən imtina verilmişdir. Bu səbəbdən miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər vərəsələr rəsmi qaydada gəlib mirasın qəbulundan imtina edəcəklər, yaxudda məhkəməyə gəlib öz fikirlərini bildirəcəklər. Məhkəmə iclasında İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh və Cavabdeh7 nümayəndəsi Cavabdeh8 iddianı qəbul edərək bildirdi ki, iddianın təmin edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9 və üçüncü şəxs X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: JN-001A kod 80504018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 nömrəli qərarı əsasında fərdi yaşayış evinin tikilməsi üçün X6 Masallı rayonu Qızılavar kəndində 0.13 hektar torpaq sahəsi verilmişdir. Masallı regional “ASAN xidmət“ mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları“ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2003-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və onun öldüyü xx.xx.2003-cü il tarixədək nikah haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında arayış və şəhadətnamələrdən görünür ki, X13 21 noyabr 1962-ci ildə, X4 26 fevral 1996-cı ildə, X8 13 fevral 2003-cü ildə, X10 03 may 2021-ci ildə, X7 08 mart 2022-ci ildə vəfat etmişlər. Masallı RİHB-nın Qızılavr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 noyabr 2025-ci il tarixli, 354 saylı arayışından görünür ki, İddiaçı X1ndan miras qalmış torpağı faktiki qəbul edərək, ona sahib olub və ondan istifadə etmişdir. X15 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, “xx.xx.2003-cü il tarixdə qardaşım – X8 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” Masallı Rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən iddiaçıya ünvanlanmış 22 avqust 2025-ci il tarixli, 1146 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 miras qamış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilmişdir. Faktiki qəbul olmadığı üçün vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etmək xahiş olunmuşdur. Nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X17 arasında Masallı rayon Qızılavar kənd sovetində 18 oktyabr 1978-ci il tarixdə nikah bağlanmış, bu barədə 18 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Məmmədov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X17 13 avqust 1955-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində doğulmuşdur, onun atası X13, anası X2r. Doğum haqqında şəhadətnamədən görünür ki, X8 22 avqust 1960-cı il tarixdə Masallı rayonu Qızılavar kəndində doğulmuşdur, onun atası X13, anası X2r. Masallı RİHB-nın Qızılavr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 noyabr 2025-ci il tarixli, 355 saylı arayışından görünür ki, X8 13 fevral 2003-cü il tarixdə vəfat etmişdir. Onun daimi yaşayış yeri Masallı rayonu, Qızılavar kəndi olmuşdur. Ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri X7 (vəfat edib), İddiaçı olmuşdur. Onun ailə tərkibindən qeydiyyatdan çıxıb gedən ailə üzvləri X9 (vəfat edib), Cavabdeh2 Məşri qızı, Cavabdeh3, Cavabdeh4 Məşriq qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X15 və Cavabdeh1dır. Yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı mərhum X6 münasibətdə ikinci növbədə vərəsədir. Məhkəmə araşdırılması zamanı mərhum X5 birinci növbə vərəsələri müəyyən edilmədi. İddiaçı miras əmlak olan JN-001A kod 80504018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mərhum Ziyafət Fətullayevə verilmiş 0.13 ha torpaq sahəsindən ibarət əmlakı faktiki qəbul etmiş və onu idarə etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərlə bu fakt öz təsdiqini tapmışdır. Həmçinin ölmüş şəxsin digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişdir. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə 13 fevral 2003-cü ildə vəfat etmiş mərhum X6 aid olan JN-001A kod 80504018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mərhum Ziyafət Fətullayevə verilmiş 0.13 ha torpaq sahəsindən ibarət miras əmlak İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməli, o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13 fevral 2003-cü ildə vəfat etmiş mərhum X6 aid olan JN-001A kod 80504018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ona verilmiş 0.13 ha torpaq sahəsindən ibarət miras əmlak İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilsin və o, həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3953/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3953/2025
12.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver