Məhkəmə qərarları › İş №2(050)-40/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-40/2024

19.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-40/2024 19.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, maneənin aradan qaldırılması və torpaq sahəsinin təhvil verilməsi (üçüncü şəxslər - X4, X1, X7, X5, X8, X2, X6 və X9) tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi iə məhkəməyə müraciət edərək, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınmaqla, maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs X8 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etirazlarının olmamasını bildirdilər. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (170.1). Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından İddiaçı tərəfindən Masallı rayonu Kapital Banka ("xxxx" ASC Masallı Branch) ödənilmiş (xx.xx.2023-cü il tarixli, terminal nömrəsi K016013, əməliyyat İD 200801195, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından cavabdehin vəsatəti ilə təyin edilmiş ekspertiza ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, maneənin aradan qaldırılması və torpaq sahəsinin təhvil verilməsi (üçüncü şəxslər - X4, X1, X7, X5, X8, X2, X6 və X9) tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Masallı rayonu Kapital Banka ("xxxx" ASC Masallı Branch) ödənilmiş (xx.xx.2023-cü il tarixli, terminal nömrəsi K016013, əməliyyat İD 200801195, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatına görə 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar