Məhkəmə qərarları › İş №2(050)-40/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-40/2025

18.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-40/2025 18.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon Güllütəpə bələdiyyəsi) qarşı qanunsuz tutulmuş yolun açılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon Güllütəpə bələdiyyəsi) qarşı qanunsuz tutulmuş yolun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ona məxsus ünvan 1ində 0.06 hektar torpaq sahəsində yerləşən evinə gedən gediş-gəliş yolunun cavabdehlərin öz vəsaitləri hesabına açılaraq yolun əvvəlki vəziyyətinə qaytarılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 1 orta məktəbində müəllim işləyir. Masallı rayon X3 10 oktyabr 2003-cü il tarixli qərarı ilə ona torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində özünə yaşayış evi inşa etmişdir. Evində o, ailə üzvləri ilə birlikdə yaşayırlar. Əvvəl yaşadığı yer sürüşmə zonası olduğundan o və onun kimi yüzlərlə ailəyə güzəştli torpaq sahələri ev tikmək üçün verilmişdir. Evinə gedən yolu cavabdehlər qanunsuz dəmir torla çəpərə salmışlar və həmçinin yolun üzərinə mişar daşları tökərək yolu bağlamışlar. Dəfələrlə yolun açılması barədə cavabdehlərə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. Bu barədə rayon icra hakimiyyətinə və digər dövlət qurumlarına yazılı və şifahi müraciətlər etmişdir, İcra Hakimiyyəti Başçısının qəbulunda olmuşdur. Lakin cavabdehlər özlərinə qoyulmurlar və heç bir qanunada tabe olmaq istəmirlər. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, qanun əsasında yol alımışdır və həmin yolun bərpa edilib ona verilməsini xahiş edir. Bələdiyyəyə tapşırılsın ki, həmin yolu alıb, bərpa edib ona versin. Sənədi vardır və həmin sənəddə möhürdə vardır. Torpaq sahəsini 26000 manata almışdır. Torpaq sənədində onun yolu qərb tərəfdən göstərilib. Onun evinin qabağında yol olmalıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, neçə ildir ki, iddia edilən yer onlarındır və orda yol yoxdur. Bütün təşkilatlar gəlib mübahisəli yerə baxmışlar və bildirmişlər ki, qeyd olunan ərazidə iddiaçıya məxsus torpaq sahəsinə gedən yol nəzərdə tutulmamışdır və olmamışdır. İddiaçı ona yaxın adamdır. Əgər orda yol olsaydı və yaxud iddiaçının gediş-gəliş yolu olmasaydı ona yol verilərdi. Onların kəndində bir çox torpaq sahələrinin sənədi yoxdur. İddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə işə gəlməyən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan: 09 oktyabr 2003-cü il tarixli seçim aktından görünür ki, İddiaçı ayrılmış torpaq sahəsi şimaldan bələdiyyə, cənubdan Məzahir İbayevin istifadə etdiyi bələdiyyə, şərqdən bələdiyyə və qərbdən bələdiyyə mülkiyyəti ilə həmsərhəddir. Torpaq sahəsinin ölçüsü 0.06 hektardır. Masallı rayonu X3 10 oktyabr 2003-cü il tarixli qərarından görünür ki, Masallı rayonu X3 mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən Yeni Zuvand kənd sakini İddiaçı ev tikmək üçün 0.06 hektar həyətyanı torpaq sahəsi satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı X9 tərəfindən 0.06 hektar torpaq sahəsi satılmışdır. Masallı Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 10 oktyabr 2003-cü il tarixli, 122 saylı rəyindən görünür ki, Masallı rayonu Yeni Zuvand kənd sakini İddiaçı ev tikmək üçün satılacaq həyətyanı torpaq sahəsi kəndin şimal-qərb tərəfində yerləşir və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Satılacaq torpağın ümumi sahəsi 0.06 ha olmaqla şimaldan, qərbdən və şərqdən bələdiyyə mülkiyyəti ilə, cənubdan Məzahir İbayevin istifadə etdiyi bələdiyyə mülkiyyəti torpağı ilə həmsərhəddir. Həyətə yol qərb tərəfdəndir. Torpaq səhəsi İddiaçı bələdiyyə tərəfindən alqı-satqı qaydasında satıla bilər. Masallı rayonu İHB-nın Güllütəpə kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 10 yanvar 2024-cü il tarixli 07 saylı təsərrüfat başına kitabından Çıxarışdan görünür ki, Masallı rayon İHB-nın Güllütəpə ərazi nümayəndəliyinin 21 saylı kitabının 74-cü səhifəsində X4 0,06 ha torpaq sahəsində 2003-cü ildə tikilmiş fərdi yaşayış evi vardır. Masallı rayonu X9 ərazisində İddiaçı satılacaq həyətyanı torpaq sahəsinin yerquruluşu Planından görünür ki, satılmış 0,06 ha həyətin yoluda planda qeyd edilmişdir. Məhkəmə yerli baxış zamanı iddiaçının yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və yolun və ümumi yolun planda olduğu kimi əks olunmasını müəyyən etmişdir və belə olan halda müəyyən olunur ki, iddiaçının 2003-cü ildən tikib yaşadığı evin yolu olmuş və hazırda da mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin 14 fevral 2024-cü il tarixli, 3-21-3-44/2-781/2024 saylı məktubundan görünür ki, 10 yanvar 2024-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Əhmədov X8 regional “ASAN Xidmət” Mərkəzinə müraciət edərək Masallı rayonu, Yeni Zuvand kəndində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport sənədini almaq üçün xahiş etmişdir. Kadastr ekspertizası zamanı məlum olmuşdur ki, müayinə olunmuş torpaq sahəsi kompleks yerquruluşu xəritəsində və “X2 X5”ndə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi işlənilmişdir. 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış zaman məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə gedən yol üzərində qonşu ilə mübahisə mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Göstərilən çatışmamazlıqlara görə "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək təqdim edilmiş sənədlər qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən təqdim edilmiş 29 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 10 oktyabr 2003-cü il tarixli qərarla X6 torpaq ayrılması barədə 8 saylı Cəlilabad Ərazi idarəsinin arxiv və elektron bazasında məlumat aşkar edilmədi. X4 yol kimi iddia etdiyi ərazi X2 X5ndə yol kimi nəzərdə tutulmamışdır. X4 yol kimi iddia etdiyi ərazi yerində verilən məlumata əsasən (iddiaçı, cavabdeh və bələdiyyə) Cavabdeh1 istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aiddir. 10 oktyabr 2003-cü il tarixli qərarla X7 torpaq ayrılması barədə 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxiv və elektron bazasında məlumat aşkar edilmədi. X4 yol kimi iddia etdiyi torpaq sahəsi Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə olunur və məftil torla əhatələnmişdir. Mübahisə predmeti olan ərazidə X2 X5ndə yol nəzərdə tutulmamışdır. Mübahisə predmeti olan torpaq sahəsində yerə 3 metr uzunluğunda 0.4 m enində beton bünövrə vurulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 11 aprel 2025-ci il tarixli, 10/10143 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7212/2024 saylı mütəxəssis rəyinə əsasən, 10 oktyabr 2003-cü il tarixli qərarla X6 torpaq ayrılması barədə 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxiv və elektron bazasında məlumat aşkar edilmədi. X4 yol kimi iddia etdiyi ərazi X2 X5ndə yol kimi nəzərdə tutulmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7212/2024 saylı mütəxəssis rəyinə əsasən, X4 yol kimi iddia etdiyi ərazidə yerində verilən məlumata əsasən (iddiaçı, cavabdeh və bələdiyyə) Cavabdeh1 istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aiddir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7212/2024 saylı mütəxəssis rəyinə əsasən, 10 oktyabr 2003-cü il tarixli qərarla X6 torpaq ayrılması barədə 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxiv və elektron bazasında məlumat aşkar edilmədi. X4 yol kimi iddia etdiyi torpaq sahəsi Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə olunur və məftil torla əhatələnmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7212/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan ərazidə X2 X5ndə yol nəzərdə tutulmamışdır. Mübahisə predmeti olan torpaq sahəsində yerə 3 metr uzunluğunda 0.4 metr enində beton bünövrə vurulmuşdur. 18 iyun 2025-ci il tarixdə tərəflərin iştirakı ilə Masallı rayonu Yeni Zuvand kəndində yerli baxış zamanı CD diskdə olan videogörüntü və yerli baxışla müəyyən edilir ki, iddiaçının faktiki istifadə etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə iddiaçının iddia etdiyi ərazinin təxminən 20-30 metrliyində həm piyada, həmdə avtomobil nəqliyyatı üçün gediş-gəliş yolu mövcüddur. İddiaçının istifadə etdiyi və hasara aldığı torpaq sahəsi kənd yolu ilə həmsərhəddir və ümumi yola birbaşa çıxışı olmaqla iddiaçı tərəfindən qapı qoyulmuş və həmin qapıdan da iddiaçının həyətinə maneəsiz olaraq gediş-gəliş yolu vardır, həmin yoldan iddiaçının həyətinə keçərək baxış keçirilmişdir, həyətin digər hissələrindəndə ümumi yola maneəsiz çıxış mümkündür və cavabdehlər tərəfindən iddiaçının ümumi kənd yoluna çıxışına və həyətinə girişinə heç bir maneə yoxdur, cavabdehlər tərəfindən iddiaçının həyətinə giriş-çıxış yolu tutulmamışdır, cavabdehlərin istifadələrində olan həyətyanı torpaq sahəsində mişar daşları çəpərin bir hissəsinə yaşayış evinin ətrafına yığılmışdır və həmin mişar daşlarının iddiaçının iddia etdiyi yola heç bir təsiri yoxdur. Ona görə də məhkəmə iş materilları və tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerli baxış zamanı iddiaçının yaşadığı evin həyətinə yol olduğu və yolun bağlandığı müəyyən edilmədiyi üçün iddianı əsassız hesab edərək rədd edilməsi qanuna uyğun hesab edilir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Səlimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş mötəbər sübutlar (mütəxəssis və ekspert rəyləri) ilə müəyyən edilmişdir ki, iddiaçıya Masallı rayonu, Yeni Zuvand kəndində 0.06 ha torpaq sahəsi X3 10 oktyabr 2003-cü il tarixi qərarı və digər hüquqmüəyyənedici sənədlə ayrılmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun cavabdehlər tərəfindən tutulduğunu (zəbt olunduğunu) iddia edir. Lakin iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya satılmış torpaq sahəsinə gediş-gəliş üçün yolun ümumiyyətlə nəzərdə tutulmadığı və 10 oktyabr 2003-cü il tarixli qərarla X6 torpaq ayrılması barədə 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxiv və elektron bazasında məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Həmçinin mübahisəli əraziyə yerində baxış zamanı bir daha müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi ərazinin təxminən 20-30 metrliyində gediş-gəliş yolu mövcüddur. İddiaçının istifadə etdiyi və hasara aldığı torpaq sahəsi kənd yolu ilə həmsərhəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 67-ci maddəsinin

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Beləliklə, iddia tələbinin əsasını təşkil edən yolun cavadehlərin qanunsuz sahibliyində olması və yolun üzərində maneələrin olması öz təsdiqini tapmamış, tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlarla təkzib olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 tərəfindən İddiaçı qanunla müəyyən olunmuş hər hansı hüquq və mənafeyi pozulmamış və müəyyən edilməmiş, həmçinin iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat xidmət haqqı İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon Güllütəpə bələdiyyəsi) qarşı qanunsuz tutulmuş yolun açılması tələbinə iddiası rədd edilsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar