Məhkəmə qərarları › İş №2(050)-4005/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4005/2025

26.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4005/2025 26.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Viləş (Kalinovka) kəndində Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 243.4 kv.m fərdi yaşayış evindən ibarət miras əmlaka xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum X2 tərəfindən xx.xx.1992-ci il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş miras qalmış əmlaka bütünlüklə vərəsə kimi onun, yəni Ərizəçi hüququnun tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum X2ndan miras qalmış Masallı rayonu, Viləş (Kalinovka) kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qəydə alınmış 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 243.4 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, valideyinləri uzun illər öncə vəfat etmişlər. X2 isə xx.xx.1994-cü il tarixdə Masallı rayonu, Viləş kəndində ölmüş, qardaşı sağlığında mülkiyyətində fərdi yaşayış evinin inşa üçün verilmiş torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi qalmışdır. Həmin miras əmlakı qardaşı öldükdən sonra faktiki olaraq o, qəbul etmiş, eləcədə qardaşı sağlığında vəsiyyətnamə qoyaraq Masallı rayonu, Kalinovka, hazırki Viləş kəndində olan evini və əmlakını ona vəsiyyət etmişdir. Həmçinin qardaşı ölən günədək ona o, baxmış, qardaşının sağlığında onun bütün xərclərini qarşılamışdır. Qardaşı öldüyü zaman onun dəfnində iştirak etmiş, onun bütün dəfn və yas mərasimi ilə bağlı xərclərini o, ödəmişdir. Qardaşının ölmündən sonrada o, həmin evdə yaşamışdır. Qardaşının digər vərəsələri arasında heç bir mübahisə yoxdur. Onlar qardaşından miras əmlakı qəbul etməkdən imtina etmişlər və bir daha bununla bağlı tələbləri olmayacaqdır. Lakin, bütün bunlara baxmayaraq miras əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etdiyi zaman notariat ofisi tərəfindən vəsiyyətnamənin arxivinin aşkar edilməməsi, vərəsəliyin qəbulu müddəti keçməsi və faktiki qəbul barədə heç bir sənəd olmadığı əsas gətirilərək miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin, notarius X34 məhkəməyə ünvanladığı məktubda məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədiyi üçün işə onların iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - Masallı regional “ASAN” xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 12 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. - Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən 243.4 kv.m-dən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. - X7 notariat qaydada təsdiq olunmuş 12 noyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, X2 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölmündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və etmir, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək və etmək niyyətindədə deyil. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. Eyni zamanda bəyan edir ki, mirasqoyan tərəfindən ona hər hansı əmlaka dair vəsiyyət vəsiyyətnamə qoyulması barədə məlumatı yoxdur. Gələcəkdə hər hansı vəsiyyətnamə aşkar olunarsa vəsiyyət üzrə payından da imtina edir. - Nümayəndə notariat qaydada təsdiq olunmuş 12 noyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, X2 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölmündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və etmir, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək və etmək niyyətindədə deyil. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. Eyni zamanda bəyan edir ki, mirasqoyan tərəfindən ona hər hansı əmlaka dair vəsiyyət vəsiyyətnamə qoyulması barədə məlumatı yoxdur. Gələcəkdə hər hansı vəsiyyətnamə aşkar olunarsa vəsiyyət üzrə payından da imtina edir. - X4 notariat qaydada təsdiq olunmuş 12 noyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, X2 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölmündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və etmir, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək və etmək niyyətindədə deyil. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. Eyni zamanda bəyan edir ki, mirasqoyan tərəfindən ona hər hansı əmlaka dair vəsiyyət vəsiyyətnamə qoyulması barədə məlumatı yoxdur. Gələcəkdə hər hansı vəsiyyətnamə aşkar olunarsa vəsiyyət üzrə payındanda imtina edir. - X16 notariat qaydada təsdiq olunmuş 17 noyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, X2 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölmündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və etmir, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək və etmək niyyətindədə deyil. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. Eyni zamanda bəyan edir ki, mirasqoyan tərəfindən ona hər hansı əmlaka dair vəsiyyət vəsiyyətnamə qoyulması barədə məlumatı yoxdur. Gələcəkdə hər hansı vəsiyyətnamə aşkar olunarsa vəsiyyət üzrə payındanda imtina edir. - X10 notariat qaydada təsdiq olunmuş 17 noyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, X2 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölmündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və etmir, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək və etmək niyyətindədə deyil. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. Eyni zamanda bəyan edir ki, mirasqoyan tərəfindən ona hər hansı əmlaka dair vəsiyyət vəsiyyətnamə qoyulması barədə məlumatı yoxdur. Gələcəkdə hər hansı vəsiyyətnamə aşkar olunarsa vəsiyyət üzrə payındanda imtina edir. - Masallı RİHB-nin Viləş kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 noyabr 2025-ci il tarixli, 284 nömrəli arayışdan görünür ki, X15 21 aprel 1994cü ildə vəfat etmişdir. X1 aşağıdakı yaxın qohum vərəsələri vardır. X5-vəfat edib, anası X12-vəfat edib, bacısı X13, bacısı X19, qardaşı Ərizəçi, bacısı X17, bacısı Nümayəndə və qardaşı X21. - Doğum haqqında arayışdan görünür ki, X18 05 fevral 1963-cü ildə doğulmuş, X5, anası X8r. - Doğum haqqında arayışdan görünür ki, X21 15 noyabr 1967-ci ildə doğulmuş, X5, anası X8r. - Doğum haqqında arayışdan görünür ki, Ərizəçi 13 mart 1959-cu ildə doğulmuş, X5, anası X8r. - Doğum haqqında arayışdan görünür ki, X15 01 iyun 1956-cı ildə doğulmuş, X5, anası X8r. - Ölüm haqqında arayışdan görünür ki, X20 18 iyul 1971-ci ildə miokrad infarktı səbəbindən Masallı rayonu, Viləş kəndində ölmüşdür. - Ölüm haqqında arayışdan görünür ki, X14 13 fevral 1987-ci ildə beyinə qansızma səbəbindən Masallı rayonu, Viləş kəndində ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 21 aprel 1994-cü il tarixdə beyin şişməsi səbəbindən Masallı rayonu, Viləş kəndində ölmüşdür. - Masallı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 21 aprel 1994-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X11 aid nikah haqqında akt qeydi aşkar olunmamışdır. Nikah bağlanmışdır: “Babaev” soyadını qəbul edərək X26 ilə xx.xx.1981-ci ildə Viləş icra nümayəndəliyində akt qeydi nömrə 24 (nikaha daxil olanadək soyadı Babayev). Nikah pozulmuşdur: xx.xx.1989-cu il tarixli qətnamə (nikahın pozulması dövlət qeydiyyatına alınmışdır: xx.xx.1989-cu ildə Masallı rayon Qeydiyyat şöbəsində, akt qeydi nömrə 48). - Masallı RİHB-nin Viləş kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli, 253 saylı arayışdan görünür ki, X9 mərhum X2 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Viləş (Kalinovka) kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri olmamışdır. X1 övladı olmamışdır. X1 vərəsəsi yoxdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi miras qoyan X1 doğma qardaşı olmaqla birinci növbə vərəsəsidir. Miras qoyan Məhərrəm Əliyev xx.xx.1994-cü ildə vəfat etmişdir. Miras əmlak ünvan 1 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən 243.4 kv.m-dən ibarət fərdi yaşayış evindən ibraətdir. Miras qoyanın ərizəçidən və digər bacı-qardaşından başqa birinci növbə olan vərəsəsi yoxdur. Qeyd olunan miras əmlak birinci növbə vərəsə kimi ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmiş və onun tərəfindən idarə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 21 aprel 1994-cü il tarixdə vəfat etmiş mərhum X3 miras qalmış Masallı rayonu, Viləş (Kalinovka) kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2025-ci il tarixdə, ********** nömrə ilə qəydə alınmış 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 243.4 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 21 aprel 1994-cü il tarixdə vəfat etmiş mərhum X3 miras qalmış Masallı rayonu, Viləş (Kalinovka) kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2025-ci il tarixdə, ********** nömrə ilə qəydə alınmış 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 243.4 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar