Məhkəmə qərarları › İş №2(050)-4109/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4109/2023

17.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4109/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinin mümkünlüyünə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd işə əlavə edilməmişdir. Belə ki, həmin növ ərizələr üçün “Dövlət rüsumu haqqında” Qanuna əsasən 100 manat dövlət rüsumunun köçürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 150.1. və 150.1.2.-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikasının MPM-nin 151.1.-ci maddəsinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 150.1.2-ci maddəsinin tələbinə əməl etməmişdir Azərbaycan Respublikasının MPM-nin 152.1. və 152.1.5.-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-152.4.-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar