Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-44/2025 03.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və X15 qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, yolun açılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X15 qızına qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, yolun açılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Masallı rayonun Kolatan kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 40% hissəsinin cavabdehlər Cavabdeh1 və X11 qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsinə gedən yolun açılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, bu hərəkətlərin edilməsinin cavabdehlərin hesabına aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərnə Masallı Rayon Aqrar İslahat Komisiyyasının qərarı ilə yaşadıqları kənddə 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestr xidmətindən çıxarışda almışdır. Həmin torpaq sahsində təyinatı üzrə istifadə edərək ailəsinin dolanışığını oradan qarşılıyırmış, lakin cavabdehlər həmin torpaq sahəsinin 40% hissəsini zəbt edərək, torpağa gedən yoluda bağlamışlar. Cavabdehlər torpağa daş tökərək tikili inşa etmək istəyirlər. Halbu ki, paybəlli torpaq sahələri yalnız kənd təsərrüfatı əkinçilik işləri aparılmasından ötrü dövlət tərəfindən ayrılmış, həmin torpaq sahələrində tikinti işləri aparılması qanunvericiliklə qadağan edilmişdir. Lakin cavabdehlər qanunvericiliyə məhəl qoymur və onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozmaqda davam edirlər. Odur ki, ona məxsus Masallı rayonun Kolatan kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 40% hissəsinin cavabdehlər Cavabdeh1 və X11 qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsinə gedən yolun açılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, bu hərəkətlərin edilməsi cavabdehlərin hesabına aparılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********76 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Bala Kolatan kəndində yerləşən 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4, X3, X5, X16, İddiaçı, X2, X6, X7, X12, X13 və X8 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 143 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 22 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən cavabdehlər Cavabdeh1 və X11 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.23 ha hissəsinin İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Masallı rayonu Bala Kolatan kəndində yerləşən X9, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözügedən gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı X4, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən gediş-gəliş yolu üzərində heç bir tikili, qurğu çəpər və.s rast gəlinmədiyi, gediş-gəliş yolunun iddiaçının torpaq sahəsinə gedən hissəsinin cavabdehlər tərəfindən tutulmadığı, mübahisə predmeti olan yolda cavabdehlər tərəfindən hər hansı tikili, çəpər, hasar, dəmir darvaza və sairə işlərin aparılmadığı müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və X14 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.23 ha hissəsinin İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 21 aprel 2025-ci il tarixli, 3-16-16/2-10/1415/2025 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1132/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən cavabdehlər Cavabdeh1 və X14 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.23 ha hissəsinin İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publikhüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1132/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Masallı rayonu Bala Kolatan kəndində yerləşən X9, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1132/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözügedən gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aiddir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1132/2025 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı X4, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən gediş-gəliş yolu üzərində heç bir tikili, qurğu çəpər və.s rast gəlinmədiyi, gediş-gəliş yolunun iddiaçının torpaq sahəsinə gedən hissəsinin cavabdehlər tərəfindən tutulmadığı, mübahisə predmeti olan yolda cavabdehlər tərəfindən hər hansı tikili, çəpər, hasar, dəmir darvaza və sairə işlərin aparılmadığı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1132/2025 saylı mütəxəssis rəyinə əsasən cavabdehlər Cavabdeh1 və X14 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.23 ha hissəsinin İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 21 aprel 2025-ci il tarixli, 10/1415 saylı ekspert, həmçinin həmin ekspert rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə qeyd edilən hissədə iddianın qismən əsaslı olması qənaətinə gəlinir. Həmin rəylərdən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.2211 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən 0.23 ha hissəsi istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlərin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin yolun açılması hissəsinə münasibətdə bildirir ki, mütəxəssis və ekspert rəyi ilə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinə gedən gediş-gəliş yolunun zəbt etmədikləri müəyyən edilmişdir. Bu səbəbdən də iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 95 (doxsan beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X17 xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********76 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Masallı rayonu, Bala Kolatan kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.2211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.23 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 və X10 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh1 və X10 müştərək qaydada mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-44/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-44/2025
03.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver