Məhkəmə qərarları › İş №2(050)-4414/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4414/2023

19.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4414/2023 19.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı Cavabdeh qarşı miras əmlakda payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X2 miras qalmış Masallı rayonu, Hişkədərə kəndində yerləşən ikimərtəbəli evin və onun altında yerləşən mağaza, “Mersedes Benz E 280” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı ovtomobil, Masallı rayonu, Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi, JN 102A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30.5 kv.m ev və 15 kv.m başqa tikililər, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi, JN 218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlə aktı ilə verilmiş 0.49 ha torpaq sahəsindən ona düşən payın vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında bölünməsi, fərdi yaşayış evlərinin və avtomobilin naturada bölünməsi mümkün olmadığı üçün avtomobilin, evlərin və torpaqların qiymətinin müəyyən edilib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; İddia ərizəsindən görünür ki, ərizə bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə tərtib edilərək, məhkəməyə verilmiş, bundan başqa, ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Tərəflər arasında mübahisə miras əmlak ilə bağlı olsada, tələblər bir-biri ilə bağlı deyil. İddia tələblərindən olan “miras əmlakların naturada bölünməsinin mümkünlüyü, qiymətlərinin müəyyən edilməsi” hər biri ayrı-ayrılqda ekspertiza tədqiqatı tələb edir, həmçinin həmin tələblər üzrə düzgün nəticəyə gəlinməsi birmənalı ilk olaraq miras əmlakda payların düzgün müəyyən edilməsindən asılıdır. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı miras əmlakda payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar