Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-446/2025 30.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “meşə fondu torpağının əvvəlki vəziyyətə qaytarılaraq təhvil verilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu Təzəkənd kənd sakini Cavabdeh qanunsuz zəbt etdiyi 0.37 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizənin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 18 iyul 2024-cü il tarixli, 27/885/d saylı məktubuna əsasən Mərkəzin ərazisində heç bir müqaviləsi olmayan istirahət mərkəzləri ilə bağlı 31 oktyabr 2024-cü il tarixdə araşdırma aparılmışdır. Araşdırma zamanı Masallı rayonu Təzəkənd kənd sakini Cavabdeh tərəfindən Mərkəzin Masallı meşəbəyliyinin 25 saylı meşə dolayının, 26-cı kvartalının, 12-ci bölməsində 0,37 ha torpaq sahəsində 4x3,7 m ölçüdə 3 (üç) ədəd taxta dirəklərlə söhbətgah, 2,2x3,9 m, 4x2,8 m, 3x4 m, 3,2x5,9 m ölçüdə 4 (dörd) ədəd dəmir dirəklərlə söhbətgah, 3x8 m ölçüdə 1 (bir) ədəd dəmir dirəklərlə yeməkxana və 10x4 m ölçüdə 1 (bir) ədəd dəmir lövhələrlə anbar inşa edilərək zəbt olunması faktı aşkar olunmuşdur.
Tərəflərin izahatları:
3. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, məhkəmədən onun məlumatı olmayıb, yalnız zəng edildikdən sonra gəlmişdir. Həmin ərazidən özü istifadə edir və hər hansı müqaviləsi yoxdur. Xəstə olduğu üçün müqavilə bağlamaq imkanı olmamışdır. O, həmin yerdən istifadə etdiyi zaman müqavilə bağlamaq istəmiş, lakin səhhətinin pisləşməsi səbəbindən bunu həyata keçirə bilməmişdir. Bəli, tikililər onun tərəfindən qurulub və həmin sahədə yerləşir.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. 31 oktyabr 2024-cü il tarixli 002122 nömrəli aktdan görünür ki, 11 saylı X2 Mərkəzinin 25 saylı meşə dolayında Masallı meşəbəyliyinin aşağıdakılar aşkar edildi: MİXnin xx.xx.2024-cü il tarxili 27/885/d nömrəli məktubuna əsasən Mərkəzi Xidməti ərazisində olan heç bir müqaviləsi olmayan istirahət mərkəzlərinə baxış keçirmişlər. Keçirilən baxış zamanı Masallı meşəbəyiliyinin 25 saylı meşə dolayının 26-cı kvartalının 12-ci bölməsində 0,37 ha ərazinin zəbt olunaraq orada qanunsuz tikililər salındığı müəyyən edilmişdir. Araşdırma zamanı zaman məlum oldu ki, sözügedən ərazi Masallı rayon Təzəkənd kənd sakini Cavabdeh tərəfindən zəbt olunaraq aşağıdakı tikililər salınmışdır. 1) Besetka taxtadan dirək üstə 4x3,7 m 3 (üç) ədəd; 2) Besetka dəmir dirək üstə 2,2x3,9 m 1 (bir) ədəd; 3) Besetka dəmir dirək üstə 4x2,8 m 1 (bir) ədəd; 4) Besetka dirək üstə 3x4 m 1 (bir) ədəd; 5) Yeməkxana dirək üstə 3x8 m 1 (bir) ədəd; 6) Anbar dəmir lövhədən 10x4m 1 (bir) ədəd; 7) Besetka dəmir dirək üstə 3,2x5,9 m 1 (bir) ədəd. Araşdırmada vətəndaş Cavabdeh iştirakını təmin etdilər. O, onlar tərəfindən aparılmış araşdırmada iştirak etdi. Vətəndaş Cavabdeh ərazini boşaldaraq əvvəlki vəziyyətinə gətirilməsi xahiş və tələb olunmuşdur.
9. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış 15 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, 11 saylı X2 Mərkəzinin Masallı meşəbəyliyinin 25-ci dolayının, 26-cı kvartalının, 13-cü bölməsində 0,37 ha sahədə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Cavabdeh tərəfindən meşə fonduna aid torpaq sahəsinin özbaşına zəbt edilməsi, ərazidə tikinti və ya quraşdırma işlərinin aparılması faktı müəyyən edilmişdir. Buna əsasən xəbərdarlıq məktubu ünvanına daxil olduğu və ya məktub alındığı andan etibarən 10 (on) gün müddətində ərazidə olan tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək 11 saylı X2 Mərkəzinə təhvil verilməsi tələb olunmuşdur. Göstərilən müddət bitdikdən sonra ərazi Mərkəzə təhvil verilmədiyi təqdirdə, Cavabdeh barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 09 iyul 2025-ci il tarixli, 3-21-3-44/2-4858/2025 saylı mütəxəssis rəyindən görünür ki, 1. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarında Cavabdeh istifadə etdiyi istirahət mərkəzi X3 torpaqları kimi göstərilmiş cizginin daxilində yerləşir. 2.3. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi Dövlət mülkiyyətində olan Meşə Fondu torpaqlarının hüdüdları daxilində yerləşdiyi müəyyən edildi. 4. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi naturadan plana alınmış 0,3104 ha torpaq sahəsi Meşə Fondu torpaqları kateqoriyasına aid meşə zolağının hüdudları daxilində yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 29 iyul 2025-ci il tarixli, 10/5023 saylı rəyindən görünür ki, 29 iyul 2025-ci il tarixli, 10/5023 saylı rəyindən görünür ki, qərardadın birinci, ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 09 iyul 2025-ci il tarixli, 3-21-3-44/2-4858/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarında Cavabdeh faktiki istifadə etdiyi istirahət mərkəzi X3 torpaqları kimi göstərilmiş cizginin daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 09 iyul 2025-ci il tarixli, 3-21-3-44/2-4858/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi Dövlət mülkiyyətində olan Meşə Fondu torpaqlarının hüdüdları daxilində yerləşdiyi müəyyən edildi. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 09 iyul 2025-ci il tarixli, 3-21-3-44/2-4858/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi naturadan plana alınmış 0,3104 ha torpaq sahəsi Meşə Fondu torpaqları kateqoriyasına aid meşə zolağının hüdudları daxilində yerləşdiyi müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
12. Ödəniş tapşırığından görünür ki, Meşələrin İnkişafı Xidməti tərəfindən 95 manat məbləğində pul ödənilmişdir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edildi ki, Masallı rayonu Təzəkənd kənd sakini Cavabdeh tərəfindən Meşə Fondu torpaqları kateqoriyasına aid meşə zolağının hüdudları daxilində yerləşən, faktiki istifadəsi kimi naturadan plana alınmış 0,3104 ha torpaq sahəsi zəbt olunaraq orada qanunsuz olaraq 4x3,7 m ölçüdə, 3 (üç) ədəd taxta dirəklərlə söhbətgah, 2,2x3,9 m, 4x2,8 m, 3x4 m, 3,2x5,9 m ölçüdə 4 (dörd) ədəd dəmir dirəklərlə söhbətgah, 3x8 m ölçüdə 1 (bir) ədəd dəmir dirəklərlə yeməkxana və 10x4 m ölçüdə 1 (bir) ədəd dəmir lövhələrlə anbar inşa edilmişdir. Ona görə də, iddiaçı Masallı rayonu Təzəkənd kənd sakini Cavabdeh qanunsuz zəbt etdiyi 0.37 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X2 Mərkəzinə təhvil verilməsi xahiş edir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: 4-cü maddəsinə əsasən meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 31-ci maddəsinin 6-cı bəndinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 46-cı maddəsinin 1-ci bəndinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətində olan torpaqlara daxildir. 4-cü bəndə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, iş materialları, təqdim olunmuş sübutlar, mütəxəssis və ekspert rəyləri, eyni zamanda tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan Meşə Fondu torpaqları kateqoriyasına aid meşə zolağının hüdudları daxilində yerləşir. Cavabdeh həmin torpaq sahəsini özbaşına tutaraq orada heç bir icazə almadan tikililər inşa etmişdir. Lakin rəylər əsasında müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadə etdiyi toraq sahəsi 0.37 ha deyil, 0,3104 ha təşkil edir. Cavabdeh torpaq sahəsini özbaşına tutduğundan qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən cavabdeh tərəfindən torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək orada olan tikililər və qurğular sökülməklə iddiaçıya təhvil verilməlidir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
22. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (keçiriləcək hesab: büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı, X1, Kodu - 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab- AZ34CTRE********************) hesabına köçürülməlidir.
23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
14. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin Masallı meşəbəyliyinin 25 saylı meşə dolayının, 26-cı kvartalının, 12-ci bölməsində yerləşən, Cavabdeh isitfadəsində olan 0,3104 ha meşə fondu torpağı əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X2 Mərkəzinə təhvil verilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir.
15. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin Masallı meşəbəyliyinin 25 saylı meşə dolayının, 26-cı kvartalının, 12-ci bölməsində yerləşən, Cavabdeh isitfadəsində olan 0,3104 ha meşə fondu torpağı əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X2 Mərkəzinə təhvil verislin. İddia tələbi digər hissədə təmin edilməsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (keçiriləcək hesab: büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı, X1, Kodu - 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab- AZ34CTRE********************) hesabına köçürülsün. Cavabdeh 95 (doxsan beş) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov