Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-480/2023 28.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər X15, X18, X19 və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) miras əmlakın qəbul edilməsi tələbi üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər X15, X18, X19 və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış Masallı rayonu, Yeyənkənd kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 nömrəli qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN 314, Kod 80509018 saylı Dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********68 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan 0,2249 ha torpaq sahəsindən mərhum X2na düşən payın müəyyən edilməsi, həmin paya qanun üzrə vərəsə kimi onun tanınması və daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini “həmin paya qanun üzrə vərəsə kimi onun tanınması” hissədə azaltmış və iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 29 sentyabr 2017-ci ildə Masallı rayonu, Yeyənkənd kəndində ölmüşdür. Valideynləri 17 sentyabr 1970-ci ildə Masallı rayon Yeyənkənd kənd sovetliyində rəsmi nikaha daxil olmuşlar. Onların nikahlarından o, qardaşı Cavabdeh2, bacıları X15, X18 və X19 doğulmuşdur. Masallı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 nömrəli qərarı ilə atasına, ona və anası Cavabdeh1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,23 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********68 reyestr nömrəli çıxarış verilmişdir. X2 vəfat etdikdən sonra ondan miras əmlak kimi torpaq sahəsi qalmışdır. Atasının birinci dərəcəli vərəsələri kimi anası, o, bacıları və qardaşı qalmışdır. Atasında miras qalmış əmlakı faktiki olaraq o, qəbul etmiş və həmin əmlakı istifadə edir. Həyətyanı torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir. Atasından miras qalmış əmlakı faktiki olaraq idarə etmişdir. Bacıları miras qalmış əmlakı faktiki olaraq qəbul etmədiklərindən bununla bağlı notarial qaydada mirasdan imtina barədə ərizə vermişlər. Miras əmlakın qəbulu ilə bağlı notariat kontoruna müraciət etsə də, qardaşı Cavabdeh2 notariat kontoruna gəlmədiyinə görə notariat kontoru tərəfindən imtina verilmişdir. Anasının mirasın onun tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Qardaşı Cavabdeh2 yaşayış evi var və onlardan ayrı yaşayır. Atasından qalmış miras əmlakı qəbul etməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, qardaşı Cavabdeh2 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Onunla əlaqələri yoxdur və konkret olaraq Rusiya Federasiyasında hansı ünvanda yaşadığını bilmir. Ata evində o, anası və ailəsi ilə birlikdə yaşayır. Sonda İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərdi ki, mərhum ərindən miras qalmış əmlakdan (torpaq sahəsindən) imtina edir. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. İş üzrə digər Cavabdeh2, üçüncü şəxslər X15, X18, X19 və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin Cavabdeh2 və üçüncü şəxslər X9, X12 və X13 çatdırılması üçün onların məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Həmin orqanın məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Digər üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Vüsal Sadıqov ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağa mülkiyyət hüququna dair” JN 314, Kod 80509018 saylı Dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 nömrəli qərarı ilə X6, X20 və İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,23 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********68 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Yeyənkənd kəndində yerləşən 0,2249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, Cavabdeh1 və X5 mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 161 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nikah haqqında arayışdan görünür ki, X7 ilə X24 arasında 17 sentyabr 1970-ci ildə Masallı rayon Yeyənkənd kənd ərazi nümayəndəliyində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, İddiaçı xx xxxx 1979-cü il tarixdə Masallı rayonu, Yeyənkənd kəndində doğulmuşdur, X2, anası X21r. Doğum haqqında arayışdan görünür ki, X22 20 sentyabr 1971-ci ildə Masallı rayonu, Yeyənkənd kəndində doğulmuşdur, X2, anası X21r. Doğum haqqında şəhadətnamədən surətindən görünür ki, X15 15 avqust 1970-ci ildə doğulmuşdur, X2, anası X21r. Doğum haqqında şəhadətnamədən görünür ki, X19 20 aprel 1977-ci ildə doğulmuşdur, X2, anası X21r. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X23 ilə X22 arasında xx.xx.1989-cu ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Qafarov (a) soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 29 sentyabr 2017-ci ildə Masallı rayonu, Yeyənkənd kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 17 saylı qeydiyyat aparılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 575 nömrəli arayışdan görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X5 daimi yaşayış yeri Masallı rayonu, Yeyənkənd kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzləri Cavabdeh1 və İddiaçı qalmışdır. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları X15 (xx.xx.1970), X18 (xx.xx.1971), Cavabdeh2 (xx.xx.1973) və X14r (xx.xx.1977). X1 yuxarıda qeyd edilən şəxslərdən başqa vərələri yoxdur. X8, X10 və X11 notarial qaydada təsdiq edilmiş ərizələrində göstərilir ki, “xx.xx.2017ci il tarixdə atası - X7 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1303 saylı məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakdan qardaşı Cavabdeh2 oğuna düşən paya qəbul və ya imtina ərizəsi olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, ərindən qalan miras payından (torpaq sahəsindən) imtina edir. Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh2 oğu xx.xx.2013-cü ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmiş, geri qayıtmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan göstərilir ki, Cavabdeh2 oğu hal-hazırda Rusiya Federasiyasındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilir ki, “...Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.” Həmin Qərarda daha sonra göstərilir ki, “...Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.” Məhkəmə qeyd edir ki, İddiaçı mərhum X2ndan miras qalmış torpaq sahəsini faktiki qəbul etmişdir. Bu məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə, həmçinin iş materialları ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, ilk öncə Masallı rayonu, Yeyənkənd kəndində yerləşən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********68 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə ümumi birgə mülkiyyətdə olan əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X5 1/3 payı vardır. Həmçinin, qeyd olunmalıdır ki, ümumi birgə mülkiyyətdə olan digər mülkiyyətçilərin də həmin ümumi mülkiyyətdə 1/3 payları vardır. Belə olan halda ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: X5 1/3, İddiaçı 1/3 və Cavabdeh1 1/3 payı vardır. Mərhum atadan qalmış miras əmlak olan torpaq sahəsi onun arvadı, qızları və oğlu Cavabdeh2 tərəfindən qəbul edilmədiyindən Masallı rayonu, Yeyənkənd kəndində yerləşən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********68 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 0,2249 hektar torpaq sahəsinə münasibətdə paylar aşağıdakı kimi müəyyən edilməlidir: İddiaçı - 2/3 və Cavabdeh1 - 1/3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu, Yeyənkənd kəndində yerləşən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********68 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş torpaq sahəsinin 29 sentyabr 2017-ci ildə ölmüş X6 məxsus 1/3 hissəsinin onun birinci növbədən vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Əmlakda paylar aşağıdakı qaydada müəyyən edilsin: İddiaçı - 2/3 və Cavabdeh1 - 1/3. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-480/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-480/2023
28.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver