Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-49/2024 08.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakda payların müəyyən edilməsi və ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakda payların müəyyən edilməsi və ləyaqətsiz vərəsə hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 mərhum X12 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi, Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********19-10301 reyestr nömrəli xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********21 reyestr nömrəli Çıxarışla mərhum X6 adına qeydə alınmış 0,0689 ha həyətyanı torpaq sahəsi, orada yerləşən ümumi sahəsi 176,3 kv.metr olan fərdi yaşayış evi və Hüquqların qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********21 reyestr nömrəli Çıxarışla mərhum X6 adına qeydə alınmış 0,1107 ha həyətyanı torpaq sahəsi üzərində mərhum Əli Şaliyevlə onun hər birinin 1/2 payının müəyyən edilməsi, 17 mart 2006-cı il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış yuxarıda qeyd olunan daşınmaz əmlakların 1/2-dən ibarət miras əmlaka, həmçinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Çıxarışa əsasən 1,1035 ha payıbəlli torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlaka paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X16 ilə ailə həyatı qurub, nikahını 05 avqust 1985ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlı üç oğlanları olmuşdur. X27 17 mart 2006-cı il tarixdə vəfat etmişdir. Ondan miras olaraq Bankda pul vəsaiti və Masallı rayonu Birinci Səmidxan kəndində fərdi yaşayış evi, həyətyanı və payıbəlli torpaq sahələri qalmışdır. Pul vəsaiti ilə bağlı onunla övladlarının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Fərdi yaşayış evi və torpaq sahələri ilə bağlı isə aralarında razılıq olmadığından Notariat Ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Qaynatası ilə qaynanası daha öncədən vəfat etdiklərindən, mərhum ərinin birinci növbəli vərəsələri kimi yalnız övladları ilə o, qalmışdır. Miras əmlakın tərkibinə gəlincə isə Bankda olan pul vəsaiti, fərdi yaşayış evi, həyətyanı və payıbəlli torpaq sahələrindən ibarətdir. Pul vəsaiti ilə bağlı vərəsəlik şəhadətnaməsi verilmiş, daşınmaz əmlaklarla bağlı isə verilməmişdir. Qanunvericiliyin tələbinə əsasən miras qalmış fərdi yaşayış evi və həyətyanı torpaq sahələri mərhum ərinin adına qeydiyata alınmış olsa da, həmin daşınmaz əmlaklar birgə nikah dövründə əldə edildiyindən həmin daşınmaz əmlaklarda onunla mərhum ərinin payı bərabər hesab edilməklə miras kütləsinə həyətyanı torpaq sahələri ilə evin 1/2-i daxildir. Həmin evlə həyətyanı torpaq sahələrinin 1/2-i isə özünə aid hesab edilməlidir. Payıbəlli torpaq sahəsində mərhumla yanaşı onun və uşaqlarının da adı qeyd edildiyindən hər birinin payı bərabər hesab edilməklə mərhumun 1/5 payı vardır ki, mirasa da həmin pay daxil edilməlidir. Qanunvericiliyin tələbinə əsasən mirasın bir hissəsi olan bankdakı pul vəsaiti ilə bağlı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən miras tərəfindən qəbul edilmişdir. Vərəsələrdən Cavabdeh3 miras əmlak olan torpaq sahəsinin hasarını, həyətdə olan su bakını söküb satmaqla mirası dağıtmağa başlamış, digər vərəsələrin mirasdan istifadəsinə maneçilik törətmiş, hətta onu evinə belə buraxmamışdır. Bunlara irad bildirdikdə isə onu vuraraq xəsarət yetirmişdir. Bu əməlinə görə o, məhkum edilmişdir. Bütün bunlar Cavabdeh3 yuxarıda göstərilən evə sahib olmaq təşəbbüsündə olması və bundan ötrü müvafıq addımlar atmaqla mərhum ərinin son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməklə, miras payının artırılmasına köməklik etməsini göstərir. Mərhum ərindən miras qalmış daşınmaz əmlaklarla bağlı vərəsəlik şəhadətnaməsi verilməsi üçün Notariat Ofisinə müraciət etsə də, mirasın bölüşdürülməsi məsələsində cavabdehlərlə arasında narazılıqlar yaranmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, X16 ilə ailə həyatı qurub, nikahını 05 avqust 1985-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlı üç oğlanları olmuşdur. X27 17 mart 2006-cı il tarixdə vəfat etmişdir. Ondan miras olaraq Bankda pul vəsaiti və Masallı rayonu Birinci Səmidxan kəndində fərdi yaşayış evi, həyətyanı və payıbəlli torpaq sahələri qalmışdır. Pul vəsaiti ilə bağlı onunla övladlarının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Fərdi yaşayış evi və torpaq sahələri ilə bağlı isə aralarında razılıq olmadığından Notariat Ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Qanunvericiliyə əsasən mirasın bir hissəsi olan bankdakı pul vəsaiti ilə bağlı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən miras tərəfindən qəbul edilmişdir, vərəsələrdən Cavabdeh3 miras əmlak olan torpaq sahəsinin hasarını, həyətdə olan su bakını söküb satmaqla mirası dağıtmağa başlamış, digər vərəsələrin mirasdan istifadəsinə maneçilik törətmiş, iddiaçını evinə buraxmamışdır, irad bildirdikdə isə iddiaçını vuraraq xəsarət yetirmişdir, buna görə o, məhkum edilmişdir . İddiaçı mərhum ərindən miras qalmış daşınmaz əmlaklarla bağlı vərəsəlik şəhadətnaməsi verilməsi üçün Notariat Ofisinə müraciət etmiş mirasın bölüşdürülməsi məsələsində cavabdehlərlə arasında narazılıqlar yaranmışdır, ona görə də, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan; nikah arayışından görünür ki, X16 ilə X7 arasında 05 avqust 1985-ci il tarixdə Masallı rayon Şərəfə ərazi nümayəndəliyində 23 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Şaliyeva soyadı verilmişdir. doğum haqqında arayışdan görünür ki, Cavabdeh1 28 avqust 1986-cı ildə Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. X3, anası İddiaçıdır. doğum haqqında arayışdan görünür ki, X17 xx xxxxxx 1987-ci ildə Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. X3, anası İddiaçıdır. doğum haqqında arayışdan görünür ki, X15 xx xxx 1991-ci ildə Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. X3, anası İddiaçıdır. ölüm haqqında şəhadətnamədən görünür ki, X16 17 mart 2006-cı il tarixdə koma əqli gerilik səbəbindən Bakı şəhərində ölmüşdür. qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 15 iyun 1998-ci ildə vəfat etmiş X6 vərəsəsi Bakı şəhəri Nərimanov rayonu Xətai pr ev 41 m 29 də qeydiyyatda olanlar həyat yoldaşı İddiaçı, oğlu Cavabdeh1, X17 və X8r və onlar bərabər hissələrlə miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak SSRİ əmanət Bankının Bakı şəhər əmanət kassasının 3455 saylı filalında 35619 saylı hesabda saxlanılan və miras qoyana məxsus olan əmanətdən və onun faizindən ibarətdir. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X12 Masallı rayonu, Birinci Səmidxan kəndində xüsusi mülkiyyətlərində 0.0689 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, 176.3 kv.metr fərdi yaşayış evi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X12 Masallı rayonu, Birinci Səmidxan kəndində xüsusi mülkiyyətlərində 0.1107 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı, Cavabdeh1, X12, X13 və X9 Masallı rayonu, Birinci Səmidxan kəndində xüsusi mülkiyyətlərində 1.1035 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 879 saylı məktubdan görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş X5 miras qalmış daşınmaz və daşınar əmlaklara dair sağ qalmış arvada onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2023-cü il tarixli müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, 21 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə X10 adına vərəsəlik işi açılmışdır. Həmin açılmış vərəsəlik işində mərhumun ölüm tarixi düzgün qeyd edilməmişdir və mərhumun arvadı İddiaçı sağ qalmış arvada onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi və ya İddiaçı sağ qalmış arvada onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən imtina etməsi haqqında heç bir məlumat, sənəd aşkar edilməmişdir. Bu səbəblərdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. 01 fevral 2020-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, X18 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 501,2 qram çəkidə olan külli miqdarda narkotik vasitə olan tiryəki əldə edərək özündə saxlamış və həmin narkotik vasitəni Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan rayonunun məcburi köçkünlər üçün inşa edilmiş yaşayış massivində gətirərək həmin massivdə yerləşən ev 5, mənzil 26-da 10 iyun 2016-cı il tarixdə saat 03:00-da “Mişa” adlı şərti alıcıya 1.600 manata satmışdır. 10 iyun 2016-cı il tarixdə X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 iyun 2016-cı il tarixdə ona eyni məcəllənin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə Zəngilan rayon məhkəməsində qəbul edilmiş qərarla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs X11 həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsi barədə Abşeron rayon məhkəməsi 10 oktyabr 2016-cı il tarixdə qərar qəbul etmişdir. Belə olan halda təqsirləndirilən şəxs Elnur Şalıyev barəsində başqa qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və icraata xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh3 əməli AR CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilməsi, Cavabdeh3 zərərçəkmiş şəxs İddiaçı ilə barışması səbəbi ilə Cavabdeh3 cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, ********* saylı cinayət işi üzrə icraata xitam verildiyindən Cavabdeh3 təqsirləndirilən şəxs vəziyyətindən çıxmış hesab olunması, Cavabdeh3 barəsində seçilmiş «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri ləğv edilməsi, İddiaçı zərərçəkmiş şəxs vəziyyətindən çıxmış hesab olunması, Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-83/2023 nömrəli hökmdən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh3 mərhum X12 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə araşdırılan zaman müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 21 saylı Dövlət notariat kontorunda tərtib olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə iddiaçı ilə cavabdehlərə mərhum X4 miras qalmış Bank əmanət kassasında saxlanılan əmanətə və onun faizlərindən ibarədə biras əmlaka dair bərabər pay hüququ verilmişdir. Eləcədə Cavabdeh3 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd olunduğu kimi miras qoyanın iradəsi ziddinə hər hansı maneə törətməsi və həmin maddədə qeyd olunan hər hansı pozuntunu törətməsi öz təsdiqini tapmamışdır. Yəni möhtəbər dəlillərlə sübut olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd edilmişdir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmçinin iş materilarına əlavə edilmiş Cavabdeh3 cinayət əməllərinə dair sənədlərə gəldikdə isə onun törətmiş olduğu əməllər onun ləyaqətsi vərəsə sayılması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd edilmiş hallarla uyğun gəlmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsində qeyd edilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 35-ci maddəsində qeyd edilmişdir ki, nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsində qeyd edilmişdir ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsində qeyd edilmişdir ki, mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsində qeyd edilmişdir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223-cü maddəsində qeyd edilmişdir ki, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsində qeyd edilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsində qeyd edilmişdir ki, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında təsbit edilmişdir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir. Eyni hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur. Beləliklə məhkəmə müəyyən etmişdir ki, İddiaçı mərhum X16 ilə xx.xx.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Əli Şaliyev öldüyü günədək (xx.xx.2006-cı il tarixədək) rəsmi bağlamış olduqları nikahları pozulmamışdır. Onların bu nikahından üç övladları olmuşdur. İddiaçı ilə mərhum Əli Şaliyev rəsmi nikaha daxil olduqları zaman Azərbaycan SSR-nin Mülki Məcəlləsi qüvvədə olmuş və Azərbaycan SSR-nin Mülki Məcəlləsinə uyğun olaraq mülkiyyət sosialist mülkiyyətinə yəni dövlət, kolxoz-kooperativ, həmkarlar ittifaqı və s və vətəndaşların əmək gəlirlərindən təşkil olunan şəxsi mülkiyyətə bölünmüş, həmin qanuna əsasən xüsusi mülkiyyət hüququ olmamışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə müəyyən olunmuşdur. İddia ərizəsi, əlavə edilmiş sənədlər və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 miras qalmış əmlaklar iddiaçı ilə mərhum Əli Şaliyevin nirgə nikahda olduqları zaman əldə olunmuşdur. Qanunvericiliyə əsasən ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaklar onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan payları isə qanunvericiliyə əsasən bərabərdir. Odur ki, məhkəmə hesab edir ki, hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********19-10301 reyestr nömrəli Çıxarışla mərhum X6 adına qeydə alınmış Masallı rayonu Birinci Səmidxan kəndində yerləşən 0,0689 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 176,3 kv.metr olan fərdi yaşayış evi və hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********21 reyestr nömrəli Çıxarışla mərhum X6 adına qeydə alınmış Masallı rayonu Birinci Səmidxan kəndində yerləşən 0,1107 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X16 ilə İddiaçı payları müəyyən edilməlidir. Nəzəri cəhətdən ər-arvadın ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X6 və İddiaçı hər birinin 1/2 payı vardır. Həmçinin buna 4/8 kimi də yanaşmaq olar. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında mərhum X6 1/2 (4/8) payı bölündüyü zaman, nəticədə qeyd olunan əmlaklardan İddiaçı 5/8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/8 paylarının olması müəyyən olunacaqdır. Bundan başqa Masallı rayonu Birinci Səmidxan kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Çıxarışa əsasən ümumi mülkiyyətdə olan 1,1035 hektar əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X6 və digər payçıların hər birinin 1/5 payı vardır. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında mərhum X6 1/5 payı bərabər şəkildə bölünərsə, nəticədə onların hər birinin (hər üç nəfərin) qeyd olunan torpaq sahəsində 1/4 paylarının olması müəyyən olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Masallı rayonu Birinci Səmidxan kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Çıxarışda nəzərdə tutulmuş 1,1035 hektar torpaq sahəsində İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/4 payı müəyyən edilsin. Masallı rayonu Birinci Səmidxan kəndində yerləşən, hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********19-10301 reyestr nömrəli Çıxarışda nəzərdə tutulmuş 0,0689 hektar həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 176,3 kv.metr olan fərdi yaşayış evində və hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********21 reyestr nömrəli Çıxarışda nəzərdə tutulmuş 0,1107 hektar torpaq sahəsində İddiaçı 5/8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/8 payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-49/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-49/2024
08.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver