Məhkəmə qərarları › İş №2(050)-518/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-518/2023

28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-518/2023 28.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeydə alınmış olması faktının müəyyən olunması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1995-ci il təvəllüdlü Ərizəçi doğumunun qeydə alınmış olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuşdur. Bununla bağlı doğum haqqında şəhadətnamə verilmişdir. X1 ona doğum haqqında şəhədatnamə alarkən ata qrafasında öz atasının adını qeyd etdirmişdir. 14 iyul 2020-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən ona şəxsiyyət vəsiqəsi verilmişdir. Doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir və yenidən doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etməsinə baxmayaraq, Maraqlı şəxs tərəfindən bildirilmişdir ki, doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən məsələ müsbət həllini tapmamış və məhkəməyə müraciət etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, doğum haqqında akt qeydinin olmaması bir sıra məsələlərin həllində vətəndaşa problem yaradır. Sonda Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, atasının kim olduğunu bilmir. Sonda Ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. 03 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısı X4 qızıdır. Hökümə xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuşdur. Bacısı - Hökümənin X1 Bakı şəhərində yaşayır. 03 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun ataayrı, anabir bacısıdır. Hökümə xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuşdur. X1 Bakı şəhərində yaşayır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuşdur, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2030-cu ilədəkdir. AA0410015 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxxxxx 1987-ci ildə Neftçala rayonunda doğulmuşdur. X2, anası X5r. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin 13 sentyabr 2022-ci il tarixli, 018- 2/266 saylı məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Ərizəçi ilk dəfə xx.xx.2013cü ildə Masallı RPŞ tərəfindən AZE13170827 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və həmin vəsiqəni xx.xx.2020-ci ildə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən vaxtı bitməsi səbəbi ilə AA******* nömrəli yeni şəxsiyyət vəsiqəsi ilə dəyişdirilmişdir. Ərizəçi ilk dəfə Masallı RPŞ tərəfindən verilmiş AZE 13170827 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, VVAD orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1945-ci ilə qədər təhvil verilmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 5/Q-869 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci ildə anadan olmuş X7 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində Maraqlı şəxs arxivi üzrə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. X3 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, xx.xx.1995-ci il təvəllüdlü X7 doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «X3 dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1995-ci il tarixdə doğumunun qeydə alınmış olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1995-ci il təvəllüdlü Ərizəçi doğumunun qeydə alınmış olması faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ana qrafasında X8 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar