Məhkəmə qərarları › İş №2(050)-531/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-531/2024

19.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-531/2024 19.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə və Maraqlı şəxs1ndə Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü sayılması, bərpa edilməsi, mirasda payların müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi və mülkiyyət hüququna dair çıxarış verilməsi» tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə və Maraqlı şəxs1ndə Nitariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü sayılması, bərpa edilməsi, mirasda payların müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi və mülkiyyət hüququna dair çıxarış verilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, iddiaya dair zəruri sübutların toplanması və təqdim edilməsi məqsədi ilə hazırki iddia tələbinin baxılmamış saxlanılmasını, iddianın geri qaytarılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında ərizəçinin ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini qeyd etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, Ərizəçi tərəfindən Kapital banka ("xxxx" ASC Baş ofis) ödənilmiş (13 dekabr 2023-cü il tarixli, GPP qəbz nömrəsi **********, əməliyyat İD 346436857, büdcə səviyyə kodu 142213) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə və Maraqlı şəxs1ndə Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü sayılması, bərpa edilməsi, mirasda payların müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi və mülkiyyət hüququna dair çıxarış verilməsi» tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən Kapital banka ("xxxx" ASC Baş ofis) ödənilmiş (13 dekabr 2023cü il tarixli, GPP qəbz nömrəsi **********, əməliyyat İD 346436857, büdcə səviyyə kodu 142213) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar