Məhkəmə qərarları › İş №2(050)-54/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-54/2024

07.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-54/2024 07.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X46, İlk iddia üzrə İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh2 və onun nümayəndəsi vəkil Nümayəndə, maraqlı şəxs X8 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh2, üçüncü şəxs Masallı Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsinə və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh2, üçüncü şəxs Masallı Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağın müllkiyyətə verilməsinə dair JN-179A, kod: 80505039 saylı Şəhadətnamə ilə onunla mərhum anası X10 hər birinin 1/2 paylarının müəyyən edilməsi və 25 iyul 2006-cı ildə vəfat etmiş mərhum anası X9 miras qalmış Masallı rayonu Aşurlu kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin 1/2 hissədən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, KOD: ******* saylı Şəhadətnamə əsasında Masallı rayonu, Bədəlan kəndində yerləşən, xx.xx.2006-cı ildə vəfat etmiş nənəsi (atasının anası) X10 və cavabdeh İddiaçı birgə mülkiyyətində olan 0.20 ha torpaq sahəsində mərhum X1nın payından xx.xx.1998-ci ildə vəfat etmiş X6na çatan pay və həmin pay üzərində tərəfindən inşa etdirilmiş fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Şahmar Mikayılov 10 avqust 1983-cü il tarixdə, anası Gülnaz Mikayılova isə 25 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Ata anasının valideynləri daha öncədən vəfat etmiş, həmçinin bacı və qardaşları da vəfat etmişdir. Nəticədə valideynlərinin birinci növbəli vərəsəsi kimi yalnız o, qalmışdır. Vəfat edənədək mərhum anası ilə ona birgə mülkiyyətlərində Masallı rayonu Aşurlu kəndində 0.20 ha həyətyanı torpaq sahələri olmuşdur. Həmin torpaq Masallı rayon X68 31 avqust 1998-ci il tarixli 42 saylı qərarı ilə mülkiyyətinə verilməklə bu barədə adlarına Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, kod: 80505039 saylı Şəhadətnamə tərtib edilmişdir. Qeyd olunan mülkiyyət sənədində mərhumla birlikdə onun da adı qeyd edilmişdir. Yəni qeyd olunan həyətyanı torpaq sahələrinin 1/2-i mərhum anasından miras qalmışdır. Anasının hələ sağlığında cavabdeh köhnə evlərini sökmüş, həyətdə qismən köhnə evin materiallarından istifadə etməklə və əlavə materiallar da almaqla yeni ev tikmişdir. Cavabdeh özü Bakı şəhərində yaşadığından qeyd olunan evdə o, yaşamışdır. Hazırda da əmlakları həmin evdədir. Anasının ölümündən sonra da yalnız o, mərhum anası ilə birgə mülkiyyətlərində olmaqla ondan qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, mirası faktiki qəbul etmişdir. Lakin sonradan xəbəri olmadan cavabdeh məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2010-cu il tarixli 2(50)-701/2010 saylı qətnaməsi ilə mirasa bütünlüklə cavabdehin mülkiyyət hüquqları tanınmışdır. Halbuki o, anasının ölümündən sonra miras əmlakdan istifadə etməmişdir. Bu barədə məlumatı olduqdan sonra qətnaməni əldə edib ondan şikayət etmiş və Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(106)-138/2023 saylı qətnaməsi ilə yuxarıda göstərilən qətnamə ləğv edilmiş, cavabdehin mirasla bağlı ərizəsi baxılmamış saxlanılmışdır. Miras əmlakın sənədləşdirilməsi ilə bağlı cavabdehlə arasında razılıq əldə edilməmişdir. Bu səbəbdən də mərhum anasına aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Mərhum anasının valideynləri, həmçinin mərhum atası daha öncədən vəfat etdiklərindən eləcə də, bacı və qardaşları vəfat etdiklərindən mərhumun birinci növbəli vərəsəsi kimi yalnız o qalmışdır. Miras əmlakın tərkibinə gəlincə isə bu həyətyanı torpaq sahəsindən ibarətdir. Həmin torpa sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, kod:80505039 saylı Şəhadətnamə ilə mərhum anası ilə onun mülkiyyətində olmuşdur. Birinci növbəli vərəsələrdən hamısı vəfat etdiyindən, yalnız o, miras əmlakı faktiki qəbul etdiyindən miras ona çatmalıdır. Mərhum anasından miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etsə də, vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna vaxtında müraciət etməmişdir. Hazırda isə mirasın adına sənədləşdirilməsi məsələsində cavabdehlə aralarında narazılıqlar yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin icraatında İddiaçı ona qarşı “Mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi barədə” iddia tələbi üzrə 2(050)- 2449/2023 saylı mülki iş vardır. İddiaçı ona qarşı iddia tələbi rədd edilməli, onun qarşılıqlı iddia ərizəsi təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Masallı rayonu, Bədəlan kəndində yerləşən, sözügedən torpaq sahəsində onların ata-baba evləri olmuşdur. Həmin ev yaşayış üçün tam yararsız olduğunda, hələ 1995-1996-cı illərdə mərhum X6 və onun tərəfindən, onların öz şəxsi vəsaitləri hesabına tam sökülmüş və yerində hazırki, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Mərhum X110 anası X11 və öz anası X33, bacısı, hazırki iş üzrə cavabdeh İddiaçı ilə birlikdə həmin evdə yaşamışdır. X110 1998-ci ildə vəfat etmiş və Bədəlan kənd qəbirstanlığında dəfn edilmişdir ki, onun yas mərasimləri də həmin evdə keçirilmişdir. Sonradan, onun da nişan-toy mərasimləri həmin evdə təşkil edilmişdir. 1998-ci ildə X110 vəfat etdikdən sonra anası Zəhrəxanım Mikayılova, nənəsi Gülnaz Mikayılova və bibisi cavabdeh İddiaçı həmin evdə birlikdə yaşamışlar. Hələ nənəsi Gülnaz Mikayılovanın sağlığında həmin torpaq sahəsinin ətrafı tərəfindən daş hasara alınmış və içərisində müxtəlif meyvə ağacları əkilmişdir. 2006cı ildə X1 vəfat etdikdən sonra cavabdeh İddiaçı daimi yaşamaq üçün öz qardaşı (əmisi) X34 (qonşuluqda yerləşən) evinə köçüb əmisi ailəsi ilə birlikdə yaşamağa başlamış, daha sonra isə əmisinin uşaqları ilə birlikdə daimi yaşamaq üçün Rusiya Federasiyasının Sankt- Peterburq şəhərinə getmişdir. Bu zaman həmin evin və həyətyanı torpaq sahəsinin tam nəzarətsiz və baxımsız qaldığından o, vaxtaşırı həmin evə gedib qısa müddətli həmin evdə qalmışdır. Həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsi JN-179A, KOD: ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəadətnaməyə əsasən X1nın və cavabdeh İddiaçı birgə mülkiyyətində olduğundan o, mərhum nənəsi Gülnaz Mikayılovadan miras qalmış 0.10 ha-dan ibarət torpaq sahəsindən ona çatası payın və həmçinin həmin pay sahədə tərəfindən inşa edilmiş fərdi yaşayı evi üzərərində mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sonradan həmin iş üzrə cavabdeh İddiaçı hüquq və vəzifələrinə toxunan şəxs qismində həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Masallı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, onun ərizəsi isə tamamilə baxılmamış saxlanılmışdır. İddiaçı öz iddia ərizəsində Torpağın mülkiyyətə verilməsinə dair JN-179A , KOD: ******* saylı Şəhadətnamə ilə mərhum anası X10 hər birinin 1/2 payının müəyyən edilməsi və 25 iyul 2006-cı ildə vəfat etmiş mərhum anası X9 miras qalmış Masallı rayonu Aşurlu kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin 1/2-dən ibarət miras əmlakı qəbul etməyin faktiki müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı tələbi əsassız və qanunsuz olduğundan rədd edilməli və Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, KOD: ******* saylı Şəhadətnamə əsasında mərhum nənəsi (atasının anası) X10 payından mərhum X6na çatası pay və həmin pay üzərində tərəfindən tikilmiş fərdi yaşayış evi üzərində onun vərəsəlik hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, KOD: ******* saylı Şəhadətnamə əsasında Masallı rayonu, Bədəlan kəndində yerləşən 0.20 ha torpaq sahəsində mərhum nənəsi (atasının anası) X10 payından mərhum X6na çatası pay və həmin pay üzərində tərəfindən tikilmiş fərdi yaşayış evi üzərində onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Səringülün atası Şahmar Mikyaılov 10 avqust 1983-cü il tarixdə, anası Gülnaz Mikayılova isə 25 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Ata anasının valideynləri daha öncədən vəfat etmiş, həmçinin bacı və qardaşları da vəfat etmişdir. Nəticədə valideynlərinin birinci növbəli vərəsəsi kimi yalnız o, qalmışdır. Vəfat edənədək mərhum anası ilə ona birgə mülkiyyətlərində Masallı rayonu Aşurlu kəndində 0.20 ha həyətyanı torpaq sahələri olmuşdur. Həmin torpaq Masallı rayon X68 31 avqust 1998-ci il tarixli 42 saylı qərarı ilə mülkiyyətinə verilməklə bu barədə adlarına Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, kod: 80505039 saylı Şəhadətnamə tərtib edilmişdir. Qeyd olunan mülkiyyət sənədində mərhumla birlikdə onun da adı qeyd edilmişdir. Yəni qeyd olunan həyətyanı torpaq sahələrinin 1/2-i mərhum anasından miras qalmışdır. Anasının hələ sağlığında cavabdeh köhnə evlərini sökmüş, həyətdə qismən köhnə evin materiallarından istifadə etməklə və əlavə materiallar da almaqla yeni ev tikmişdir. Cavabdeh özü Bakı şəhərində yaşadığından qeyd olunan evdə o yaşamışdır. Hazırda da əmlakları həmin evdədir. Anasının ölümündən sonra da yalnız o, mərhum anası ilə birgə mülkiyyətlərində olmaqla ondan qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, mirası faktiki qəbul etmişdir. Lakin sonradan xəbəri olmadan cavabdeh məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə mirasa bütünlüklə cavabdehin mülkiyyət hüquqları tanınmışdır. Halbuki o, anasının ölümündən sonra miras əmlakdan istifadə etməmişdir. Bu barədə məlumatı olduqdan sonra qətnaməni əldə edib ondan şikayət etmiş və Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş, cavabdehin mirasla bağlı ərizəsi baxılmamış saxlanılmışdır. Miras əmlakın sənədləşdirilməsi ilə bağlı cavabdehlə arasında razılıq əldə edilməmişdir. Bu səbəbdən də mərhum anasına aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Mərhum anasının valideynləri, həmçinin mərhum atası daha öncədən vəfat etdiklərindən eləcə də, bacı və qardaşları vəfat etdiklərindən mərhumun birinci növbəli vərəsəsi kimi yalnız o qalmışdır. Miras əmlakın tərkibinə gəlincə isə bu həyətyanı torpaq sahəsindən ibarətdir. Həmin torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, kod:80505039 saylı Şəhadətnamə ilə mərhum anası ilə onun mülkiyyətində olmuşdur. Birinci növbəli vərəsələrdən hamısı vəfat etdiyindən, yalnız o, miras əmlakı faktiki qəbul etdiyindən miras ona çatmalıdır. Mərhum anasından miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etsə də, vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna vaxtında müraciət etməmişdir, ilk iddianın təmin edilməsini, qarşılılqı iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Masallı rayonu, Bədəlan kəndində yerləşən sözügedən torpaq sahəsində onların atababa evləri olmuşdur. Həmin ev yaşayış üçün tam yararsız olduğu, hələ 1995-1996-cı illərdə mərhum X6 və onun tərəfindən, onların öz şəxsi vəsaitləri hesabına tam sökülmüş və yerində hazırki 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Mərhum X110 anası X11 və öz anası X33, bacısı, hazırki iş üzrə cavabdeh İddiaçı ilə birlikdə həmin evdə yaşamışdır. X110 1998-ci ildə vəfat etmiş və Bədəlan kənd qəbirstanlığında dəfn edilmişdir ki, onun yas mərasimləri də həmin evdə keçirilmişdir. Sonradan, onun da nişan-toy mərasimləri həmin evdə təşkil edilmişdir. 1998-ci ildə X110 vəfat etdikdən sonra anası Zəhrəxanım Mikayılova, nənəsi Gülnaz Mikayılova və bibisi cavabdeh İddiaçı həmin evdə birlikdə yaşamışlar. Hələ nənəsi Gülnaz Mikayılovanın sağlığında həmin torpaq sahəsinin ətrafı tərəfindən daş hasara alınmış və içərisində müxtəlif meyvə ağacları əkilmişdir. 2006cı ildə X1 vəfat etdikdən sonra cavabdeh İddiaçı daimi yaşamaq üçün öz qardaşı (əmisi) X34 evinə köçüb əmisi ailəsi ilə birlikdə yaşamağa başlamış, daha sonra isə əmisinin uşaqları ilə birlikdə daimi yaşamaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmişdir. Bu zaman həmin evin və həyətyanı torpaq sahəsinin tam nəzarətsiz və baxımsız qaldığından o, vaxtaşırı həmin evə gedib qısa müddətli həmin evdə qalmışdır. Həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəadətnaməyə əsasən X1nın və cavabdeh İddiaçı birgə mülkiyyətində olduğundan o, mərhum nənəsi Gülnaz Mikayılovadan miras qalmış 0.10 ha-dan ibarət torpaq sahəsindən ona çatası payın və həmçinin həmin pay sahədə tərəfindən inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sonradan həmin iş üzrə cavabdeh İddiaçı hüquq və vəzifələrinə toxunan şəxs qismində həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Masallı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, onun ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı iddia ərizəsində Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, KOD: ******* saylı Şəhadətnamə ilə mərhum anası X10 hər birinin 1/2 payının müəyyən edilməsi və 25 iyul 2006-cı ildə vəfat etmiş mərhum anası X9 miras qalmış Masallı rayonu Aşurlu kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin 1/2 dən ibarət miras əmlakı qəbul etməyin faktiki müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi əsassız və qanunsuz olduğundan rədd edilməli və Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, KOD: ******* saylı Şəhadətnamə əsasında mərhum nənəsi (atasının anası) X10 payından mərhum X6na çatası pay və həmin pay üzərində tərəfindən tikilmiş fərdi yaşayış evi üzərində onun vərəsəlik hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-179A, KOD: ******* saylı Şəhadətnamə əsasında Masallı rayonu, Bədəlan kəndində yerləşən 0.20 ha torpaq sahəsində mərhum nənəsi atasının anası X10 payından mərhum X6na çatası pay və həmin pay üzərində tərəfindən tikilmiş fərdi yaşayış evi üzərində onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməli, qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddiaya qarşı yazılı etirazında İddiaçı Torpağın müllkiyyətə verilməsinə dair JN-179A, kod: 80505039 saylı Şəhadətnamə ilə Masallı rayonu Aşurlu kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin ½-dən ibarət, xx.xx.2006-cı ildə vəfat etmiş mərhum anası X9 miras qalmış əmlak üzərində bütünlüklə hüququnun müəyyən edilməsi hissədə rədd edilməsi və həmin miras əmlakda mərhum X6na çatası pay və həmin pay üzərində tərəfindən inşa edilmiş fərdi yaşayış evinə onun vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, maraqlı şəxslər X123, X106, X94, X23, X24, X58, X13, X59, X35, X48, X49, X14, X95, X133, X107, X36, X60, X61, X73, X50, X74 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X143 məhkəməyə məktub göndərərək iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasına gələ bilmədikləri üçün işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin və gəlməyən maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərib, işin faktiki və hüquqi hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, ilk iddia ərizəsi üzrə tədqiq edilmiş iş materiallarında olan; JN-179A Kod 80505039 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli, 42 saylı qərarı ilə X15 və İddiaçı Masallı rayonu, Aşurlu kəndində 0.20 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. doğum haqqında arayışdan görünür ki, X124 22 mart 1941-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X2, anası X16r. doğum haqqında arayışdan görünür ki, X75 25 sentyabr 1944-cü ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X2, anası X16r. doğum haqqında arayışdan görünür ki, İddiaçı 15 iyun 1952-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X2, anası X16r. doğum haqqında arayışdan görünür ki, X51 02 oktyabr 1946-cı ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X2, anası X16r. ölüm haqqında arayışdan görünür ki, X25 10 avqust 1983-cü il tarixdə ürəyin işemik xəstəliyi səbəbindən Masallı rayonu Bədəlan kəndində ölmüşdür. ölüm haqqında arayışdan görünür ki, X52 17 dekabr 2003-cü il tarixdə hipertenziya, diabet səbəbindən Masallı rayonu Bədəlan kəndində ölmüşdür. ölüm haqqında arayışdan görünür ki, X33 25 iyul 2006-cı il tarixdə beyinə qansızma səbəbindən Masallı rayonu Bədəlan kəndində ölmüşdür. ölüm haqqında arayışdan görünür ki, X75 30 yanvar 2014-cü il tarixdə beyinə qansızma səbəbindən Masallı rayonu Bədəlan kəndində ölmüşdür. ölüm haqqında arayışdan görünür ki, X124 05 may 2022-ci il tarixdə beyinə qansızma səbəbindən Masallı rayonu Bədəlan kəndində ölmüşdür. Masallı rayon İHB-nın Bədəlan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli, 162 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı vəfat edən ailə üzvləri-atası X25 xx.xx.1983-cü ildə, anası X33 xx.xx.2006-cı ildə, bacısı X51 xx.xx.2020-ci ildə, bacısı X52 xx.xx.2003-cü ildə, qardaşı X75 xx.xx.2014-cü ildə, qardaşı X124 xx.xx.2022-ci ildə vəfat etmişlər. Masallı rayon İHB-nın Bədəlan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 18 may 2023-cü il tarixli, 5-6-5/2-48/2023 nömrəli məktubda qeyd edilmişdir ki, X33 xx.xx.2006-cı ildə vəfat etdikdən sonra qızı X52 xx.xx.2003-cü ildə vəfat edib, oğlu X75 xx.xx.2014-cü ildə vəfat edib, qızı X51 xx.xx.2020-ci ildə vəfat edib, oğlu X124 xx.xx.2022-ci ildə vəfat edib, qızı İddiaçı vərəsələri olmuşdur. Qarşılıqlı iddia ərizəsi üzrə tədqiq edilmiş iş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx xxxxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. X6, anası X4r. ölüm haqqında arayışdan görünür ki, X47 06 yanvar 1998-ci il tarixdə böyrək çatışmamazlığı səbəbindən Bakı şəhəri Səbail rayonunda ölmüşdür. Masallı rayon İHB-nın Bədəlan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 283 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh2 X1na məxsus Masallı rayon Aşurlu kəndində yerləşən həyətyanı torpaq sahəsində 1995-1996-cı ildə 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. X7 1998-ci ildə vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2010-cu il tarixli, 2(50)-710/2010 saylı qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, Cavabdeh2 qanunu vərəsə kimi X1ndan Masallı rayonu Bədəlan kəndində miras qalmış 0.10 hektar həyətyanı torpaq sahəsinin qəbul edilməsi faktı müəyyən edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN- 179A kod 80505039 saylı şəhadətnamədə dəyişikliklər edilməsi, Cavabdeh2 0.10 hektar həyətyanı torpaq sahəsində 2 mərtəbəli 6 otaqlı yaşayış evinə mülkiyyət hüququ tanınmaqla bərabər bu hüquqlar qeydiyyata alınması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(106)-138/2023 saylı qərardadından görünür ki, hüquq və vəzifələrinə toxunulan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(50)-701/2010 saylı, 17 sentyabr 2010-cu il tarixli qətnaməsi tamamilə İəğv edilməsi, ərizəçi Cavabdeh2 mirasdan payın müəyyən edilməsi, qəbul edilməsi, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi və bu münasibətlərdən əmələ gələn hüquqların qeydə alınması barədə ərizəsi tamamilə baxılmamış saxlanılması qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********3-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Masallı rayonu Aşurlu kəndində mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 63.6 kv.m yaşayış, 83.1 kv.m yardımçı, ümumi 146.7 km.m sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 Masallı rayonu Aşurlu kəndində xüsusi mülkiyyətlərində 0.12 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(050)-325/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdehlər X76, X84 və İddiaçı Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu Aşurlu kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və 0,12 ha torpaq sahəsinə özbaşına daxil olmaq, orada tikinti işləri aparmaq və qəsdən məhv edilmiş əmlakın bərpasına maneəçilik törədilməsi qadağan edilməsi, hasarın sökülməsinə görə 830 manat, ağacların kəsilməsinə görə 1000 manat, cəmi 1830 manat (min səkkiz yüz otuz) manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat cavabdehlər X76, X85 və İddiaçı müştərək qaydada alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi, Masallı rayon məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri olaraq, cavabdehlərə iddiaçıya məxsus 0,10 və 0,12 ha torpaq sahəsinə daxil olmaq, tikinti işləri aparmaq, qəsdən məhv edilmiş əmlakın bərpasına maneəçilik törədilməsi qadağan edilməsi üçün görülmüş tədbirlər məhkəmə qətnaməsinin icrasına qədər öz qüvvəsində saxlanılması, cavabdeh X62, o cümlədən mənəvi ziyan tələbinə münasibətdə iddianın təmin edilməməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(050)-24/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X26 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair ərizəsi baxılmamış saxlanılması, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməsi, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə biləcəyi, Masallı Rayon Məhkəməsinin 2(050)-1468/2020 nömrəli, 22 oktyabr 2020-ci tarixli qərardadı ilə Cavabdeh2 və tikinti aparan şəxslərə Masallı rayon Bədəlan kəndində yerləşən mübahisə predmeti torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması qadağan edilməsi haqqında müvəqqəti təminat tədbiri ləğv edilməsi qərara alınmışdır. Tədqiq edilmiş iş materialları: doğum haqqında arayışdan görünür ki, X27 08 fevral 1975-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X3, anası X28r. doğum haqqında arayışdan görünür ki, X140 08 sentyabr 1966-cı ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X56, anası X63r. ölüm haqqında akt qeydindən görünür ki, X86 25 noyabr 2020-ci il tarixdə covid-19 səbəbindən Masallı rayonunda ölmüşdür. doğum haqqında arayışdan görünür ki, X123 15 oktyabr 1988-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. X45, anası X39r. doğum haqqında arayışdan görünür ki, X106 13 oktyabr 1975-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. X45, anası X39r. doğum haqqında arayışdan görünür ki, X94 10 yanvar 1979-cu ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. X45, anası X39r. doğum haqqında arayışdan görünür ki, X23 25 mart 1960-cı ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. Ata qrafasında qeyd edilməmişdir, anası X28r. doğum haqqında arayışdan görünür ki, X24 13 fevral 1973-cü ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X3, anası X28r. doğum haqqında arayışdan görünür ki, X58 02 mart 1970-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X3, anası X28r. doğum haqqında arayışdan görünür ki, X13 03 fevral 1964-cü ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X3, anası X28r. doğum haqqında arayışdan görünür ki, X59 15 sentyabr 1968-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X3, anası X28r. doğum haqqında arayışdan görünür ki, X35 10 noyabr 1956-cı ildə Masallı rayonu Çayqıraq kəndində anadan olmuşdur. Atası qeyd edilməmişdir, anası X28r. doğum haqqında arayışdan görünür ki, X48 01 may 1955-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. Atası qeyd edilməmişdir, anası X28r. doğum haqqında arayışdan görünür ki, X49 16 noyabr 1961-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X6, anası X40r. doğum haqqında arayışdan görünür ki, X14 17 mart 1960-cı ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X6, anası X40r. doğum haqqında arayışdan görünür ki, X95 07 dekabr 1969-cu ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X56, anası X63r. doğum haqqında arayışdan görünür ki, X133 25 may 1973-cü ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X56, anası X63r. doğum haqqında arayışdan görünür ki, X107 08 mart 1972-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X56, anası X63r. doğum haqqında arayışdan görünür ki, X36 03 fevral 1972-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X12, anası X87r. doğum haqqında arayışdan görünür ki, X60 02 iyun 1970-ci ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X12, anası X87r. doğum haqqında arayışdan görünür ki, X61 04 oktyabr 1974-cü ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X12, anası X87r. doğum haqqında arayışdan görünür ki, X73 25 may 1973-cü ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X12, anası X87r. doğum haqqında arayışdan görünür ki, X50 23 avqust 1978-ci ildə Masallı rayonu Bədəlan kəndində anadan olmuşdur. X12, anası X87r. doğum haqqında arayışdan görünür ki, X74 19 mart 1976-cı ildə Masallı rayonu Bədəlan kəndində anadan olmuşdur. X12, anası X87r. doğum haqqında arayışdan görünür ki, X47 XX.XX.1934-cü ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. Atası X81oğlu, anası X16r. doğum haqqında şəhadətnamədən görünür ki, X77 07 mart 1964-cü ildə Masallı rayonu Aşurlu kəndində anadan olmuşdur. X6, anası X40r. doğum haqqında şəhadətnamədən görünür ki, X64 22 iyun 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. X6, anası X40r. doğum haqqında şəhadətnamədən görünür ki, X65 23 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. X6, anası X40r. doğum haqqında şəhadətnamədən görünür ki, X54 06 dekabr 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. X6, anası X40r. nikah haqqında şəhadətnamədən görünür ki, X47 ilə X66 arasında 19 dekabr 1957-ci il tarixdə Masallı rayon VVAQ şöbəsi 13 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Mikayılova soyadı verilmişdir. nikah haqqında şəhadətnamədən görünür ki, X109 ilə X41 arasında 10 iyun 1989-cu il tarixdə Zaqs idarəsində 276 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir. nikah haqqında şəhadətnamədən görünür ki, X125 ilə X42 arasında 13 mart 1993-cü il tarixdə Bakı şəhəri xətai rayon VVAQ şöbəsində 245 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Əhədova soyadı verilmişdir. X5 xx.xx.2023-cü il tarixdə, **********235 nömrə ilə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. X1 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Nənəsinin ölümündən sonra atasına çatan miras payı qəbul etməmişdir və qəbul etmək niyyəti yoxdur. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində olmadığını qeyd etmişdir. X17 xx.xx.2023-cü il tarixdə, **********727 nömrə ilə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. X1 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Nənəsinin ölümündən sonra atasına çatan miras payı qəbul etməmişdir və qəbul etmək niyyəti yoxdur. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində olmadığını qeyd etmişdir. X29 xx.xx.2023-cü il tarixdə, **********237 nömrə ilə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. X1 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Nənəsinin ölümündən sonra atasına çatan miras payı qəbul etməmişdir və qəbul etmək niyyəti yoxdur. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində olmadığını qeyd etmişdir. X18 xx.xx.2023-cü il tarixdə, **********236 nömrə ilə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. X1 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Nənəsinin ölümündən sonra atasına çatan miras payı qəbul etməmişdir və qəbul etmək niyyəti yoxdur. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində olmadığını qeyd etmişdir. X30 xx.xx.2023-cü il tarixdə, **********423 nömrə ilə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X1 25 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişdir və etmir. Öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. AR.MM-nin 1268-ci maddəsinin məzmunu imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilməsinin mümkünsüzlüyü notarius tərəfindən ona izah edilmişdir. Ərizə onun sözləri ilə ifadəsinə uyğun yazılmış, mahiyyətini dərk etdiyini imza ilə təsdiq etmişdir. X43 xx.xx.2023-cü il tarixdə, **********270 nömrə ilə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. X1 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Nənəsinin ölümündən sonra atasına çatan miras payı qəbul etməmişdir və qəbul etmək niyyəti yoxdur. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində olmadığını qeyd etmişdir. Mübahisəli məsələnin həlli ilə bağlı aşagıdakı maddi hüquq normaları tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında təsbit edilmişdir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir. Eyni hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İş materialları ilə müəyyən edilmişdir ki, X33 xx.xx.2006-cı il tarixdə öldükdən sonra onun vərəsələri kimi xx.xx.2003-cü ildə vəfat etmiş X52, xx.xx.2014-cü ildə vəfat etmiş X75, xx.xx.2020-ci ildə vəfat etmiş X51, xx.xx.2022-ci ildə vəfat etmiş X124, 06 yanvar 1998-ci ildə vəfat etmiş X47 və hazırda sağ olan İddiaçı qalmışdır. Odur ki, miras əmlak onların arasında bərabər şəkildə bölünməlidir. Həmçinin xx.xx.2003-cü ildə vəfat etmiş X52 və 06 yanvar 1998-ci ildə vəfat etmiş X47 miras açıldığı zaman öldükləri üçün Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən uşaqları nənələri X10 qanun üzrə vərəsələri sayılırlar və onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatan paydan bərabər miras alırlar. İş materiallarına əsasən Cavabdeh2 bacı və qardaşları X14, X49, X67, X55, X65, X43 iş materillarında olan notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, nənələri X10 ölümündən sonra atalarına çatan miras payı qəbul etmədən imtina etmişlər və qəbul etmək niyyətləri yoxdur, müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində olmadıqlarını qeyd etmişlər, mirasdan imtina etdikləri üçün X9 miras qalan ataları X19 payına düşən miras payı Cavabdeh2 tam şəkildə aid edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə vərəsəlik hüququnun müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdə ölmüş X10 mülkiyyətində fərdi yaşayış evinin olması ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. X10 mülkiyyətində fərdi yaşayış evinin olmasını təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə ilk iddia və qarşılıqlı iddia tələbləri üzrə tədqiq edilmiş faktiki və hüquqi hallara, tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən nəticəyə gəlir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilərək Masallı rayonu Aşurlu kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 saylı qərarına əsasən JN-179A Kod 80505039 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.20 hektar torpaq sahəsindən 26 iyul 2006-cı ildə vəfat etmiş X15 düşən 72/144 hissəsi vərəsələri İddiaçı, X124, X75, X51, Cavabdeh2, X27, X48, X35, X59, X13, X58, X24, X23, X20, X31, X32 və X21 arasında paylara mütənasib şəkildə bölünməli, JN-179A Kod 80505039 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə paylar aşağıdakı qaydada müəyyən edilməlidir; İddiaçı 84/144, X124 12/144, X75 12/144, X51 12/144, Cavabdeh2 12/144, X27 1/144, X48 1/144, X35 1/144, X59 1/144, X13 1/144, X58 1/144, X24 1/144, X23 1/144, X20 1/144, X31 1/144, X32 1/144 və X21 1/144 payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia və qarşılıqlı iddia qismən təmin edilsin. Masallı rayonu Aşurlu kəndində yerləşən, Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 saylı qərarına əsasən JN-179A Kod 80505039 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.20 hektar torpaq sahəsinin 26 iyul 2006-cı ildə vəfat etmiş X15 düşən 72/144 hissəsi vərəsələr İddiaçı, X124, X75, X51, Cavabdeh2, X27, X48, X35, X59, X13, X58, X24, X23, X20, X44, X32 və X21 arasında paylara mütənasib şəkildə bölünsün. JN-179A Kod 80505039 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə paylar aşağıdakı qaydada müəyyən edilsin; İddiaçı 84/144, X124 12/144, X75 12/144, X51 12/144, Cavabdeh2 12/144, X27 1/144, X48 1/144, X35 1/144, X59 1/144, X13 1/144, X58 1/144, X24 1/144, X23 1/144, X20 1/144, X44 1/144, X32 1/144 və X21 1/144 pay. İlk iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar