Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-552/2023 22.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh3 nümayəndəsi və cavabdeh Nümayəndə, Cavabdeh1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Nümayəndə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2 Ramiz qızına, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh5, Nümayəndə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2 Ramiz qızına, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək məhrum əri X4 miras qalmış Masallı rayon Bədəlan kəndində yerləşən və Masallı rayonu Aqrar İslahat komissiyasının 31 avqust 1998-ci il tarixli 42 saylı qərarı ilə verilmiş JN 512A, kod 80505018 saylı şəhadətnamədə qeyd olunan 0.24 hekatr torpaq sahəsindən məhrum ərinin payına düşən 0,04 hektar torpaq sahəsinə qanun üzrə vərəsə kimi onun yəni İddiaçı tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1939-cu ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. X12 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və məhumun kəndinə yəni Masallı rayon Bədəlan kəndinə gəlin köçmüşdür. Birgə nikahlarından 8 nəfər uşaqları olmuşdur. Bədəlan kəndində onlara ailəvi olaraq həyətyanı 0,24 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə Masallı rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 42 saylı qərarı ilə JN 512A, kod 80505018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində məhrum həyat yoldaşı Surət Kərimovla ev tikmişlər və mərhum rəhmətə gedənə kimi də həmin evdə birlikdə yaşamışlar. Övladlarının hamısını evləndirmişlər, oğlu Cavabdeh3 20 ildən çoxdur Azərbaycana gəlməyərək Rusiya Federasiyasında yaşayır və oranın vətəndaşıdır. Qızı Cavabdeh4 Türkiyə Respublikasında ailəsi ilə birlikdə uzun müddətdir yaşayır. Digər qızı Kəimova məlahət Surət qızı isə Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Oğlu Cavabdeh1 isə onunla birlikdə Bədəlan kəndində yaşayır. Surət Kərimov sağ olarkən onunla birlikdə bütün övaldalarının toyunu etmişlər və onlara faktiki olaraq miras əmlakı o, qəbul etmişdir və həmin evdə də o, yaşayır, torpaq sahəsini əkib-becərir və torpaq sahəsindən o, istifadə edir. Evin və həyətyani torpaq sahəsinə çıxarış almasından ötrü sənədləşmə işlərini aparakən “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir və notarius ona vərəsəliyin qəbulu ilə bağlı müddət ötdüyündən imtina vermişdir. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı X3 nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh3 nümayəndəsi və cavabdeh Nümayəndə iddianı qəbul etməyərək, hər birinin miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh1 iddianı qəbul edərək, atasından miras qalmış torpaq sahəsini faktiki olaraq anası İddiaçı qəbul etməsini bildirmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh8, üçüncü şəxs Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı müraciətinə cavab məktubundan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən faktiki qəbul barədə heç bir sənəd olmadığından, mirası qəbul müddətinin keçməsi və vərəsələr arasında mübahisə olması əsası ilə müraciətdən imtina edilmişdir. JN-512A nömrəli kod 80505018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli, 42 saylı qərarı əsasında X11, İddiaçı, X8, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 0,24 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 18 iyun 2021 ci ildə ölmüşdür Nikah akt qeydi barədə arayışdan görünür ki, X12 və İddiaçı arasında nikah 17 oktyabr 1960-cu ildə bağlamışlar. Masallı rayon Bədəlan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2023-cü il 108 saylı arayışdan görünür ki, İddiaçı məhrum əri X12 18 iyun 2021-ci ildə vəfat etmişdir. Məhrumun daimi yaşayış yeri Masallı rayonun Bədəlan kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə oğlu Cavabdeh1 ilə birlikdə yaşayırlar. Həmçinin X2 övladları Cavabdeh5, Nümayəndə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2 Ramiz qızı, Cavabdeh3 və Cavabdeh4 ailə tərkibindən qeydiyyatdan çıxmışlar. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 213.1., 213.1. və 213.5.-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflər arasında mirasın bölüşdürüməsi barədə mübahisə olduğuna görə, mirasın bölüşdürülməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Tərəflərin birinci növbə qanun üzrə vərəsələr olması, eləcə də miras qoyan mərhum Surət Kərimov miras açılan vaxt mülkiyyətində həyətyanı torpaq sahələrinin olması mübahisəli deyil. Məhkəmənin tədqiq etdiyi sübutlardan məlum olur ki, 0,24 ha torpaq sahəsi X9, İddiaçı, X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyətindədir. Belə olan halda həmin torpaq sahəsi üzərində onların hər birinin 1/6 hissə payları müəyyən olunmalıdır. Bu halda miras mübahisəsi mərhum Surət Kərimovun payına düşən 1/6 hissə torpaq sahəsinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, nə qədər ki, digər qanun üzrə vərəslər miras paylarını qəbul etməkdən imtina etmələri barədə rəsmi olaraq notariusa müraciət etməmişlər, onların hər birinin payı müəyyən olunmalıdır. Belə olan halda 9 nəfər qanun üzrə vərəsənin hər birinin 1/6:9=1/54 hissə bərabər miras payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 saylı qərarı əsasında X11, İddiaçı, X8, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş 0,24 ha torpaq sahəsi üzərində onların hər birinin 1/6 hissə payları müəyyən edilsin. X1 miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində İddiaçı, Cavabdeh1, Cavabdeh5, Nümayəndə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2 Ramiz qızının, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/54 hissə miras payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-552/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-552/2023
22.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver