Məhkəmə qərarları › İş №2(050)-580/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-580/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-580/2025 25.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi 70 yaşına çatmış qocaya qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2016-cı ildən 70 yaşına çatmış olan qoca babası X1 qulluq etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prossesual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 25 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı iddiaçı Ərizəçi məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə iddianın baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı maraqlı şəxsin nümayəndəsi Nümayəndə işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək işin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi 70 yaşına çatmış qocaya qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul büdcədən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar