Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-581/2025 10.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh7 iştirakları ilə İddiaçı Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh14 qarşı “miras əmlaka payların müəyyən edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və mirasa hüququn tanınması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli və 16 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışlarla ümumi birgə mülkiyyətçilərin hər birinin 1/20 payının müəyyən edilməsi və 12 aprel 2005-ci ildə vəfat etmiş mərhum X30, 26 aprel 2014-cü ildə vəfat etmiş X26 və 07 noyabr 2014-cü ildə vəfat etmiş X3 miras qalmış Masallı rayonu Mahmudavar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/20-dən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, mərhum babası X19 ilə nənəsi X26 nikahlarını 22 oktyabr 1957-ci ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından Aidə, Qeysarə, Şeyda adlı bibiləri, Amil, Famil, Veysəl, Qeysər adlı əmiləri və atası Valeh doğulmuşdur. X47 ilə anası Məhluqə Abdullayeva nikahlarını 15 iyul 1987-ci ildə qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların nikahından qardaşı Cavabdeh7 ilə yanaşı özü doğulmuşlar. Bibisi Aidə subay olmaqla 12 aprel 2005-ci ildə vəfat etmişdir. X37 26 aprel 2014-cü ildə, babası Xanağa Abdulov isə 13 aprel 2014-cü ildə vəfat etmişdir. Əmiləri və bibiləri ailə qurmaqla ayrı təsərrüfat olduqlarından babasına və nənəsinə məxsus həyətdə atası ilə birlikdə yaşamışlar. Atası 2024-ci ilin yanvar ayının 27-də vəfat etmişdir. Vəfat edənədək mərhum babasından, nənəsindən və bibisindən qalan miras əmlakları X47 idarə etmişdir. Atasının ölümündən sonra isə həmin həyətdə özü yaşayaraq təsərrüfatı idarə edir. Atasının ölümü ilə bağlı vərəsəlik işi açılmış və onunla yanaşı, anası və qardaşının da, adına vərəsəlik şəhadətnaməsi verilmişdir. Vəfat edənədək mərhum babası, nənəsı, bibisı, atası və bibiləri, əmiləri, həmçinin qardaşı, anası ilə birlikdə onun birgə mülkiyyətlərində Masallı rayonu Mahmudavar kəndində 1,82 ha və 0,8207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli və 16 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışlarla mülkiyyətdə olmaqla, qeyd olunan mülkiyyət sənədində mərhumlarla birlikdə 20 nəfər şəxsin adı qeyd edilmişdir, yəni sözügedən daşınmaz əmlakın 1/20-i mərhum atasından, 1/20-i mərhum babasından, 1/20-i mərhum nənəsindən və 1/20-i mərhum bibisindən miras qalmışdır. Əmiləri və bibiləri ailə həyatı qurub, təsərrüfatdan ayrılmışlar. Yalnız mərhum atası valideynlərindən qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, onun ölümündən sonra isə özü həmin evdə yaşayaraq kommunal xərcləri ödəyərək mirası faktiki qəbul etmişdir. Lakin o, mirası sənədləşdirmək istəyərkən 3-cü şəxslər buna etiraz etməsələr də, Cavabdeh1 notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən də, mərhum babasına, nənəsinə və bibisinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmənin baxış iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iki ildən bir Rusiyaya gedib-gəlir, 4 ay olar ki, ölkəyə gəlmişdir. 2003-cü ildən hazıradək 3-4 ay ərzində Rusiyada işləyib qayıdır, 3 ay və yaxud 1 il ölkədə qalır və təkrar qayıdır. Yaşadığı ev pay bəlli olan torpaqlarda yerləşmir, ev babasının adındadır, ancaq sənəd yoxdur. Kommunal xərcləri öz adına keçirtmişdir. Pay bəlli torpaqlarda atası əkinçiliklə məşğul olmuş, o rəhmətə gedəndən sonra həmin torpaqda heç kim təsərrüfat aparmamışdır. Bibisi Aidə onlarla birlikdə yaşamış, ölənə kimi ona özləri baxmışlar, subay olmuş və övladları yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin baxış iclasında iştirak etmiş İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmənin baxış iclasında iştirak etmiş Cavabdeh7 iddia tələbini qəbul etdiyini bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh8 iddia tələbini qəbul etdiyini bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh14 və iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə 15 mart 2025-ci il tarixli məktub ünvanlayaraq işə iştirakları olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışından görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 0.8207 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları - Cavabdeh7, Cavabdeh8, İddiaçı, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh3, X20, Cavabdeh4, Cavabdeh2, Cavabdeh14, Cavabdeh1, X30, X31, X19, X26, Cavabdeh15, Cavabdeh5, X14 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 22 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışdan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 1.82 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları – Cavabdeh7, Cavabdeh10, Cavabdeh11, Cavabdeh3, Cavabdeh8, İddiaçı, X15, Cavabdeh4, Cavabdeh2, Cavabdeh14, X20, Cavabdeh1, X30, X31, X19, X26, Cavabdeh15, Cavabdeh5, X14 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 29 avqust 2024-cü il tarixli arayışından görünür ki, X19 ilə X32 arasında nikah haqqında 22 oktyabr 1957-ci il tarixdə 16 nömrəli akt qeyd tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Abdulova” soyadı verilmişdir. Nikaha X.X.Abdulovun 07 noyabr 2014-cü ildə ölməsi (ölüm 13 noyabr 2014-cü ildə 33 №-li akt qeydi Masallı rayon Mahmudavar kənd ərazi nümayəndəliyi dövlət qeydiyyatına alınmış), Ç.İ.Abdulovanın isə 26 aprel 2014-cü ildə ölməsi (ölüm 01 may 2014-cü ildə 17 №-li akt qeydi Masallı rayon Mahmudavar kənd ərazi nümayəndəliyi dövlət qeydiyyatına alınmış) ilə bağlı xitam verilmişdir.
13. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 18 dekabr 2024-cü il tarixli ölüm haqqında arayışından görünür ki, X19 07 noyabr 2014-cü il tarixdə ölmüşdür. Ölüm haqqında 13 noyabr 2014-cü il tarixdə 33 nömrəli akt qeydi tərtib edilmişdir.
14. AZ-İİ seriyalı 455504 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 26 aprel 2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 may 2014-cü il tarixdə 17 nömrə ilə qeyd edilmişdir.
15. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 27 avqust 2024-cü il tarixli arayışından görünür ki, X31 ilə X21 arasında nikah haqqında 15 iyul 1987-ci il tarixdə 34 nömrəli akt qeyd tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Abdulova” soyadı verilmişdir. Nikaha Cavabdeh3 27 yanvar 2024-cü il tarixdə ölməsi ilə bağlı xitam verilmiş və ölüm 20 fevral 2024-cü ildə 189 №-li akt qeydi ilə Masallı rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır.
16. AZ-İİ seriyalı 398151 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 27 yanvar 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 fevral 2024-cü il tarixdə 189 nömrə ilə qeyd edilmişdir.
17. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 19 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, Cavabdeh4 xx xxxxxx 1975-ci il tarixdə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuşdur. X1, anası X22r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 dekabr 1975-ci il tarixdə 146 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
18. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 22 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, X27 05 dekabr 1971-ci il tarixdə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuşdur. X1, anası X22r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 dekabr 1971-ci il tarixdə 222 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
19. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 19 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, Cavabdeh5 18 may 1967-ci il tarixdə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuşdur. X1, anası X22r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19 may 1967-ci il tarixdə 152 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
20. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 22 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, Cavabdeh2 30 sentyabr 1968-ci il tarixdə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuşdur. X1, anası X22r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 30 sentyabr 1968-ci il tarixdə 231 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
21. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 18 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, Cavabdeh3 xx xxxxxx 1969-cu il tarixdə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuşdur. X1, anası X22r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1969-cu il tarixdə 333 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
22. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 22 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, Cavabdeh1 xx xxxx 1973-cü il tarixdə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuşdur. X1, anası X22r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19 mart 1973-cü il tarixdə 49 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
23. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 19 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, X30 03 oktyabr 1961-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. X1, anası X22r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 oktyabr 1961-ci il tarixdə 244 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
24. Masallı Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 30 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, “vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 12 aprel 2005-ci ilədək daxil edilmiş bütün vətəndaşlı vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında kt qeydi aşkar edilməmişdir. X30 öldüyü 12 aprel 2005-ci il tarixədək subay olmuşdur.
25. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, 30 sentyabr 1968-ci il təvəllüdlü Abdulov X28 rayonu, Mahmudavar kəndində qeydiyyatdadır.
26. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx xxxxxx 1969-cu il təvəllüdlü Abdulov X24 rayonu, Mahmudavar kəndində qeydiyyatdadır.
27. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx xxxx 1973-cü il təvəllüdlü Abdulov X25 rayonu, Mahmudavar kəndində qeydiyyatdadır.
28. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx xxxxxx 1975-ci il təvəllüdlü Cavabdeh4 Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatdadır.
29. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, 09 may 1967-ci il təvəllüdlü Abdulov X33 rayonunda anadan olmuş, lakin qeydiyyat məlumatı yoxdur.
30. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, 05 dekabr 1971-ci il təvəllüdlü Cavabdeh6 Masallı rayonunda anadan olmuş, lakin qeydiyyat məlumatı yoxdur.
31. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 19 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, İddiaçı xx xxxxxx 1991-ci il tarixdə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuşdur. X5, anası X9r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1991-ci il tarixdə 114 nömrə ilə qeyd edilmişdir.
32. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 19 dekabr 2024-cü il tarixli doğum haqqında arayışından görünür ki, Cavabdeh7 xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. X5, anası X9r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1990-cı il tarixdə 02 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir
33. Masallı rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, 926 nömrəli arayışdan görünür ki, məhrum X19 07 noyabr 2014-cü il tarixdə vəfat etmiş, onunla birlikdə İddiaçı yaşamış, İddiaçı Xanağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh4 adlı vərəslərdən başqa digər vərəsələri yoxdur.
34. Masallı rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, 925 nömrəli arayışdan görünür ki, məhrum X26 26 aprel 2014-cü il tarixdə vəfat etmiş, onunla birlikdə İddiaçı yaşamış, İddiaçı Xanağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh4 adlı vərəslərdən başqa digər vərəsələri yoxdur.
35. Masallı rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, 924 nömrəli arayışdan görünür ki, X30 12 aprel 2005-ci il tarixdə vəfat etmiş, onunla birlikdə İddiaçı yaşamış, X16 İddiaçı Xanağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh4 adlı vərəslərdən başqa digər vərəsələri yoxdur.
36. Masallı rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, 923 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Masallı rayonu, Mahmudavar kəndində yaşayır, babası X19 vəfat etdikdən sonra onun təsərrüfatında oğlu X31 yaşamış və istifadə etmişdir. Hal-hazırda həmin təsərrüfatda İddiaçı yaşayır və istifadə edir.
37. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında məlumatından görünür ki, abonent **********00024 nömrəli İddiaçıdur, ünvan Masallı, Mahmudavar kəndi, Ev(Bina):0710, Mənzil 0024 kimi qeyd olunmuşdur.
38. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli 4 nömrəli məktubdan görünür ki, 07 noyabr 2014-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakı notariat qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlə məhkəməyə müraciət olunması ilə əlaqdədar İddiaçı qaytarılmışdır.
39. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli 5 nömrəli məktubdan görünür ki, 26 aprel 2014-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı notariat qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlə məhkəməyə müraciət olunması ilə əlaqdədar İddiaçı qaytarılmışdır.
40. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli 6 nömrəli məktubdan görünür ki, 12 aprel 2005-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlakı notariat qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlə məhkəməyə müraciət olunması ilə əlaqdədar İddiaçı qaytarılmışdır.
41. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 11 dekabr 2024cü il tarixli şəhadətnaməsinin surətindən görünür ki, vəfat etmiş X2 qalmış arvadı Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan Cavabdeh8 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı “QAZ 33021” yük markalı **-DD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir.
42. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 11 dekabr 2024cü il tarixli şəhadətnamənin surətindən görünür ki, vəfat etmiş X17 vərəsələri: Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan Cavabdeh8, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan İddiaçı və Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan Cavabdeh7dur və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Miras əmlakın “QAZ 33021” yük markalı **-DD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.
43. Notariat ofisinə ünvanlanmış 11 dekabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh8 və Cavabdeh7 X11 miras qalan “QAZ 33021” yük markalı **-DD- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin İddiaçı adına verilməsinə etiraz etmədiklərini qeyd etmişlər.
44. 19 dekabr 2024-cü il mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
45. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mərhum babası X19 ilə nənəsi X23 nikahlarını 22 oktyabr 1957-ci ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından Aidə, Qeysarə, Şeyda, Amil, Famil, Veysəl, Qeysər və Valeh adlı övladları doğulmuşdur. Aidə Abdulova subay olmaqla 12 aprel 2005-ci ildə, Xanağa Abdulov 13 aprel 2014-cü ildə, Çimnaz Abdulova isə 26 aprel 2014-cü ildə vəfat etmişdir. İddiaçının valideynləri Valeh Abdulov ilə Məhluqə Abdullayeva nikahlarını 15 iyul 1987-ci ildə qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların nikahından Cavabdeh7 və İddiaçı doğulmuşdur. Çimnaz Abdulovanın və Xanağa Abdulovun digər övladları onlara məxsus həyətindən birlikdə yaşamışlar, lakin sonradan həmin həyətdən çıxmışlar, onlar vəfat etdikdən sonra Valeh Abdulov mərhum atasından, anasından və bacısından qalan miras əmlakları idarə etmişdir. Masallı rayonu, Mahmudavar kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 0.8207 ha və 1.82 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları ümumi birgə mülkiyyətdədir və vərəsələrin miras əmlakdan payları müəyyən edilməmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsindən vərəsələrin 1/20 hissəsində payların müəyyən olunmasını, mərhum X5nun idarə etdiyi babası Xankişi Abdulov, X37 və bibisi Aidə Abdulovadan miras qalmış torpaq sahəsinin 3/20-dən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsini və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
46. Azərbaycan Respublikasının Konstitusiyasının: 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014cü il tarixli qərarı: Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən «miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun».
Məhkəmənin mövqeyi:
49. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
50. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iş üzrə tərəflər bərabər pay hüquqlu vərəsələr sayılırlar, ona görə də, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli Masallı rayonu, Mahmudavar kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 1.82 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları və 16 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Masallı rayonu, Mahmudavar kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 0.8207 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları olan miras əmlak üzərində ümumi birgə mülkiyyətçilərin hər birinin 1/20 payı vardır. Məhkəmə iddia tələbinin “12 aprel 2005-ci ildə vəfat etmiş mərhum X30, 26 aprel 2014-cü ildə vəfat etmiş X26 və 07 noyabr 2014-cü ildə vəfat etmiş X3 miras qalmış Masallı rayonu Mahmudavar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/20-dən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, işin hallarından görünür ki, Aidə Abdulova, Çimnaz Abdulova və Xanağa Abdulov vəfat etdikdən sonra onlardan qalan miras əmlakları ölənədək, yəni 27 yanvar 2024-cü il tarixədək iddiaçının X47 idarə etmişdir və bu işin mübahisəsiz halıdır.Eyni zamanda Masallı rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı babası X12 məxsus təsərrüfatda yaşayır və istifadə edir. Həmçinin İddiaçı X47dan miras qalan əmlakı qəbul etmiş, digər vərəsələr, yəni iddiaçının anası Cavabdeh8 və qardaşı Cavabdeh7 miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Bundan başqa babası, nənəsi və bibisinin yaşadığı evdə kommunal xərclər iddiaçının adına rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı babası, nənəsi və bibisinə məxsus əmlakı faktiki cəhətdən ələ keçirib və ona sahib durmaqla mirasa faktiki sahiblik etmiş, əlavə olaraq miras əmlakdan istifadə etməklə, onun saxlanması və normal təsərrüfatın aparılması üçün zəruri hərəkətlər etməklə miras əmlakı faktiki idarə etmişdir.
Məhkəmə baxışının hədləri:
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
52. Məhkəmə xərcləri:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
53. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, miras əmlak olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.8207 ha və 1.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində İddiaçı, Cavabdeh7, Cavabdeh8, Tağıyeva (Abdulova) Tünzalə Veysəl qızının, Cavabdeh10, Cavabdeh11, Cavabdeh3, X7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh14, Cavabdeh1, X16, X17, X8, X13, Cavabdeh15, Cavabdeh5, X4 və Cavabdeh6 hər birinin 1/20 hissədə payları müəyyən edilməli, İddiaçı miras qalmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.8207 ha və 1.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan 12 aprel 2005-ci ildə vəfat etmiş mərhum X16 1/20 hissədə payını, 26 aprel 2014-cü ildə vəfat etmiş X13 1/20 hissədə payını və 07 noyabr 2014-cü ildə vəfat etmiş X8 1/20 hissədə payını, ümumilikdə 3/20 hissədən ibarət miras əmlakı qəbul etməyi faktı müəyyən edilməsi və həmin 3/20 hissədə miras əmlaka hüququnun olması müəyyən edilməlidir.
54. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Masallı rayonu, Mahmudavar kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan, sahəsi 1.82 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları və Masallı rayonu, Mahmudavar kəndində yerləşən dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan, sahəsi 0.8207 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları olan miras əmlak üzərində İddiaçı, Cavabdeh7, Cavabdeh8, Tağıyeva (Abdulova) Tünzalə Veysəl qızının, Cavabdeh10, Cavabdeh11, Cavabdeh3, X7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh14, Cavabdeh1, X16, X17, X8, X13, Cavabdeh15, Cavabdeh5, X4 və Cavabdeh6 hər birinin 1/20 hissədə payları müəyyən edilsin. İddiaçı Masallı rayonu, Mahmudavar kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan, sahəsi 1.82 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları və Masallı rayonu, Mahmudavar kəndində yerləşən dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan, sahəsi 0.8207 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları olan miras əmlak üzərində 12 aprel 2005-ci ildə vəfat etmiş mərhum X16 1/20 hissədə payını, 26 aprel 2014-cü ildə vəfat etmiş X13 1/20 hissədə payını və 07 noyabr 2014-cü ildə vəfat etmiş X8 1/20 hissədə payını, ümumilikdə 3/20 hissədən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin və həmin 3/20 hissədə miras əmlaka hüququnun olması müəyyən edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov