Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-585/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X10 (sədrlik edən), məhkəmə iclasının katibi X8, İddiaçı, cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma, evinə çıxarış alınmasından ötrü yaradılmış maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Masallı rayon Xıl kəndində yerləşən 0.1421 hektar zəbt etdikləri torpaq sahəsindən və üzərində yerləşən evindən və digər tikililərindən çıxarılmaları, evinə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Masallı rayon Xıl kəndində yerləşən 0.1421 hektar zəbt etdikləri torpaq sahəsindən və üzərində yerləşən evindən və digər tikililərindən çıxarılmaları, evinə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı dəqiqləşdirərək göstərmişdir ki, atasının vərəsəsidir, çıxarış mərhum atasının adınadır, odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X6 məxsus Masallı rayon Xıl kəndində yerləşən 0.1421 hektar zəbt etdikləri torpaq sahəsindən və üzərində yerləşən evdən və digər tikililərindən çıxarılmaları, evə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonunda qeydiyyatda olmaqla yaşayır. X2 qanun üzrə vərəsəsidir. Mərhum atası X14 rayon Xıl kəndində 0,1421 hektar torpaq sahəsi və üzərində yaşayış evi və tikililəri olan mülkü vardır. Həmin torpaq sahəsi Masallı rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(050)-549/2021 saylı qətnaməsi əsasında naturada ayrılaraq mərhum atasına verilmişdir. Cavabdeh Masallı rayon məhkəməsinin qətnaməsindən narazı qalaraq Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. X3 işə baxılarkən atası mərhum Fərman Məmmədov vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək X2 hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə onu X4 hüquqi varisi kimi tanımışlar. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdehlər 0.1421 ha torpaq sahəsindən və onun üzərində olan evdən, tikililərdən çıxmırlar. Dəfələrlə cavabdehlərlə bu barədə fərdi söhbətləri olmuş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbi əsaslı olduğundan iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında izahatında iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; “Elektron notariat” X1 çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X11, qanun üzrə vərəsələri X7, İddiaçı və X12r. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X6 Masallı rayonu, Xıl kəndində xüsusi mülkiyyətində 0.1421 hektar yaşayış məntəqələrinin tikilisi üçün torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-5425/2023 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məktubundan görünür ki, Cavabdeh1 adına Masallı rayonu, Xıl kəndində yerləşən 0.2203 ha (JN-122, Kod: ********) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Sorğuda qeyd edilən digər şəxslərin adlarına torpaq sahəsi, fərdi yaşayış evi arxiv məlumatlarında aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Belə ki, iş materiallarında olan; Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək X4 payına aid 0,1421 ha həyətyanı torpaq sahəsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikintitexniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 saylı rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması, Cavabdeh1 məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************4, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 sentyabr 2021-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 saylı rəyindən məlum olur ki, torpaq sahəsinin naturada ayrılması mümkündür. Belə ki, həmin rəylərlə Masallı rayonu, Xıl kəndi ərazisində **********94 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Torpaq sahəsinin planı və ölçüsünün elektron baza materialı cizgisinin yerləşmə vəziyyətinə görə 0.23 ha həyətyanı torpaq sahəsindən X4 payına düşən 0.1421 ha həyətyanı topaq sahəsinin naturada plan və kənar ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş planda və Masallı rayonu Xıl ərazi vahidində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(106)-1466/2022 saylı qətnaməsindən görünür ki, cavbadeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)- 549/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(106)-1466/2022 nömrəli qərardadından görünür ki, İddiaçı ərizəsi təmin edilərək iddiaçı mərhum X11 hüquqi varisi İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(106)-1466/2022 nömrəli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1466/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(102)-2276/2023 nömrəli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1466/2022 nömrəli mülki iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırmaları zamanı X4 mülkiyyətində 0,1421 ha həyətyanı torpaq sahəsinin mövcud olması, həmin torpaq sahəsinin Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsi ilə mütəxəssis və ekspert rəyi əsasında naturada ayrılması və həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olması iş materilları ilə müəyyən və sübut olunduğu üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X6 məxsus Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsindən çıxarılmalıdır və 0.1421 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneələr qadağan edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iddianın zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma hissəsinə münasibətdə iddianın qismən əsaslı olması qənaətinə gəlinir. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X4 mülkiyyətinə verilmiş Masallı rayonu, Xıl kəndində xüsusi mülkiyyətlərində 0.1421 hektar yaşayış məntəqələrinin tikilisi üçün torpaq sahəsi hər üç cavabdeh tərəfindən bütövlüklə istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının mərhum atasına məxsus torpaq sahəsi cavabdehlərin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda iddianın evə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının mərhum atasından miras qalmış torpaq sahəsini vərəsə kimi qəbul etməsi təsdiqini tapmışdır. İddiaçının hazırki iddia tələbini irəli sürməkdə məqsədi isə məhz həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edəcək sənədləri əldə etməkdir. Lakin torpaq sahəsinin iddiaçıya aidiyyət müəyyən olunmuş olsa da, hazırda həmin torpaq sahəsinin üzərində yerləşən mübahisəli fərdi yaşayış evinə dair bunu demək olmur, yəni iddiaçının fərdi yaşayış evinə aidiyyəti müəyyən olunmamışdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı ümumiyyətlə həmin fərdi yaşayış evində yaşamır. Əksinə fərdi yaşayış evi cavabdehlərin istifadəsindədir. Odur ki, iddia yalnız torpaq sahəsinə münasibətdə 0.1421 hektar torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür. Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir. Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X6 məxsus Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsindən çıxarılsın. Masallı rayonu, Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən səlahiyyətli şəxslərin ölçü işlərinin aparılmasına yaradılan maneələr qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-585/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-585/2023
31.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver