Məhkəmə qərarları › İş №2(050)-59/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-59/2024

19.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-59/2024 19.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X8 (sədrlik edən), məhkəmə iclasının katibi X6, İddiaçı1, iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi həmdə İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh5 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xx.xx.2023-cü il tarixdə Çıxarışla onlara verilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 zəbt etdiyi onlara məxsus olan torpaq sahəsindən çıxarılması və həmin torpaqdan qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda formasında onlara 5 il ərzində vurduğu ziyana görə 5346 manat pulun ondan alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin azaldılmasını nəzərə alaraq cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 zəbt etdiyi onlara məxsus olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 1.1015 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün mülkiyyətinə verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xx.xx.2023-cü il tarixdə Çıxarış almışlar. Sözügedən torpaq sahəsini heç bir əsas olmadan həmkəndliləri Cavabdeh5 5 ildir ki, əkib becərir torpağını zəbt etmişdir. Dəfələrlə həmin torpaqdan çıxmasını ona bildirsələr də heç bir əhəmiyyəti olmamışdır. Məcburiyyət qarşısında qalıb zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki işin araşdırılması zamanı ekspert rəyi ilə mülkiyyətlərində olan 1,10 ha torpağın cavabdehlərin istifadəsində olması müəyyən edilmişdir. Statistika İdarəsinin məktubuna əsasən yaşadıqları kənddə 1 ha torpaq saəhsindən 24,3 sentner buğda məhsulu götürmək olar. Masallı bazar ASC-nin arayışına əsasən isə buğdanın 1 kq-nın qiyməti 40 qəpikdir. Zəbt olunan torpağının 1,10 ha olmasını nəzərə alsalar onda həmin torpaqdan hər il üçün (1,10x24,3) 2673 kq buğda məhsulu əldə etmək olar. Bu isə (2673x0,4) 1069 manat 20 qəpik təşkil edir. Cavabdehin torpaqdan qanunsuz istifadəsinin 5 il olmasını nəzərə alsaq, onda 5 il üçün bu vəsait (1069,20x5) 5346 manat təşkil edir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki işin araşdırılması zamanı ekspert rəyi ilə mülkiyyətlərində olan 1,10 ha torpağın cavabdehlərin istifadəsində olması, həmçinin həmin torpaqdan hər il üçün (1,10x24,3) 2673 kq buğda məhsulu əldə etməyin mümkün olması, bunun isə bazar dəyərinin 1069,20 manat təşkil etməsi, cavabdehin torpaqdan 5 il ərzində qanunsuz istifadəsi nəticəsində (1069,20x5) 5346 manat əldən çıxmış fayda formasında ziyan vurması müəyyən edildiyindən iddia tələbinin həcminin artırlması barədə ərizə verərək Cavabdeh5 zəbt etdiyi iddiaçılara məxsus olan torpaq sahəsindən çıxarılması və həmin torpaqdan qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda formasında onlara 5 il ərzində vurduğu ziyana görə 5346 manat pulun cavabdehlərdən alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin hesab edirlər ki, cavabdehlər torpaqdan çıxarılarsa, ziyanla bağlı məsələni sonra aralarında həll edə bilərlər. Bu səbəbdən də hazırkı işin gedişində ziyan tələbinə ehtiyac duymurlar. İddiaçılar məhkəməyə ərizə təqdim edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etdikləri üçün məhkəmənin 11 sentyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişlər. İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 1.1015 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün mülkiyyətinə verilmişdir, həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xx.xx.2023-cü il tarixdə Çıxarış almışlar, torpaq sahəsini heç bir əsas olmadan həmkəndliləri cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 5 ildir ki, torpağı əkib becərir torpağını zəbt etmişdir, dəfələrlə həmin torpaqdan çıxmasını onlara bildirsələr də heç bir əhəmiyyəti olmamışdır. Məcburiyyət qarşısında qalıb zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə məhkəməyə müraciət etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onların mülkiyyətinə verilmiş 1.1015 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi həmdə İddiaçı4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 1.1015 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün mülkiyyətinə verilmişdir, həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xx.xx.2023-cü il tarixdə Çıxarış almışlar, torpaq sahəsini heç bir əsas olmadan həmkəndliləri cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 5 ildir ki, torpağı əkib becərir torpağını zəbt etmişdir, dəfələrlə həmin torpaqdan çıxmasını onlara bildirsələr də heç bir əhəmiyyəti olmamışdır. Məcburiyyət qarşısında qalıb zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə məhkəməyə müraciət etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onların mülkiyyətinə verilmiş 1.1015 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1, iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi həmdə İddiaçı4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3, X10 Masallı rayonu, Xıl kəndində xüsusi mülkiyyətində 1.1015 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 25 mart 2008-ci il tarixdə Kordiogenşok səbəbindən Masallı rayonu Xıl kəndində ölmüşdür. JN-349, Kod 80500058 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli, 162 nömrəli qərarı ilə X9, X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X4 1.32 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6768/2023 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Masallı rayonu Xıl kəndi ərazisində **********69 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 mülkiyyətinə verilmiş 1,10 ha və X5 14 oktyabr 1997ci il tarixli, 162 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 ümumi birgə mülkiyyətlərində olan 349 saylı 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə iddiaçıların, cavabdehler Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 mülkiyyətlərinə müvafiq olaraq verilmiş 1,10 ha və 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə üstüstə düşmədiyi, yəni hüdudlarından kənarda yerləşmə vəziyyəti müəyyənləşdirilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına və iddia tələbinə görə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 mülkiyyətinə verilmiş 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1,27 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, ümumiyyətlə Cavabdeh5 naturada faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/699 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6768/2023 saylı mütəxəssis rəyinə əsasən, **********69 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 mülkiyyətinə verilmiş 1.10 ha və Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli, 162 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 ümumi birgə mülkiyyətlərində olan 349 saylı 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə iddiaçıların və cavabdehlərin mülkiyyətlərinə muvafiq olaraq verilmiş 110 ha və 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı Reyestri hüquqi şəxsi və 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 6768/2023 saylı mütəxəssis rəyinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 mülkiyyətinə verilmiş 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1.27 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, ümumiyətlə Cavabdeh5 naturada faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Masallı rayonu "xxxx" ASC-nin 17 may 2024-cü il tarixli, 41 nömrəli arayışdan görünür ki, hazırda bazarda buğdanın qiyməti keyfiyyətindən asılı olaraq dəyişir. Orta bazar qiyməti isə 1 kq buğda üçün 40 qəpik təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddianın zəbt olunmuş torpaq sahəsinin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyi ilə iddianın həmin hissədə əsaslı olması müəyyən edilir. Belə ki, qeyd edilən rəylərdən görünür ki, iddiaçıların mülkiyyətə verilmiş 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1.27 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və Cavabdeh5 naturada faktiki istifadəsindədir. Odur ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 faktiki istifadəsində olan Masallı rayonu, Xıl kəndində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 1.1015 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün İddiaçı4 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 100 (bir yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehlərə aid edilməli və onlardan tutularaq İddiaçı4 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 faktiki istifadələrində olan Masallı rayonu, Xıl kəndində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmiş 1.1015 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada mütəxəssis rəyinin alınması üçün İddiaçı4 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı4 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar