Məhkəmə qərarları › İş №2(050)-60/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-60/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-60/2024 02.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı və iddiaçılar İddiaçı5 və İddiaçı3 nümayəndəsi İddiaçı1, İddiaçı2 iştrakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********62 reyestr nömrəli çıxarışla onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul etməsini xahiş etmişlər. Sonradan iddiaçılar xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh zəbt etdiyi onlara məxsus olan torpaq sahəsindən çıxarılması və həmin torpaqdan qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda formasında onlara 5 il ərzində vurduğu ziyana görə 4276 manat pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, vurulmuş maddi ziyan tələbindən imtina edilərək, Cavabdeh hüquqların zəbt etdiyi onlara məxsus olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul etməsini xahiş etmişlər. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı1 Kəmaləddin oğlu, X2, İddiaçı3, İddiaçı4 Kəmaləddin qızı və İddiaçı5 Kəmaləddin qızına 0.9274 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün mülkiyyətlərinə verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xx.xx.2023-cü il tarixdə Çıxarış almışlar. Sözügedən torpaq sahəsini heç bir əsas olmadan həmkəndliləri Cavabdeh 5 ildir ki, əkib-becərir torpaqlarını zəbt etmişdir. Dəfələrlə həmin torpaqdan çıxmasını ona bildirsələr də heç bir əhəmiyyəti olmamışdır. Məcburiyyət qarşısında qalıb zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı5 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, mülki iş məhkəmə icraatında olduğu müddətdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, torpaq sahəsi üzrə mütəxəssislər mübahisəli torpaq sahəsinə naturada baxış keçirməklə müvafiq ölçü işləri aparmışlar. Bunun da nəticəsi olaraq ekspert rəyi təqdim edilmişdir. Həmin rəydən də bir daha sübuta yetirilir ki, onlara məxsus 0.9274 ha torpaq sahəsinin 0.88 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə olunur. Cavabdehin zəbt etdiyi torpaq sahəsi faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər İddiaçı2 İddiaçı1 verdiyi izahatla eyni məzmunda izahat verərərk iddianın təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ona qarşı qaldırılmış iddia əsassızdır. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsini torpaq sahəsinin sahibi ona icarəyə verilmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçılara aidiyyəti yoxdur. Həmin torpaq sahəsini ona dayısı oğulları Bəxtiyar və Mətləb adlı şəxslər vermişdir. Torpaqda mal-qara saxlayır. Əvvəllər onların arasında məhkəmə mübahisəsi olmuşdur. Torpaq sahəsi iddiaçılardan alınmışdır. Lakin hazırki mübahisə predmeti olan torpaq sahəsi əvvəlki məhkəmə mübahisəsində olan torpaq sahəsi ilə eynilik təşkil etdiyindən məlumatı yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən sonuncu məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat, ********** qeydiyyat, **********62 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Xıl kəndində yerləşən 0.9274 ha torpaq sahəsi üzərində İddiaçı1 Kəmaləddin oğlunun, X1, İddiaçı3, İddiaçı4 Kəmaləddin qızının və İddiaçı4 Kəmaləddin qızının ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 19 yanvar 2024-cü il tarixli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2024-cü il tarixli, 10/3-16-16/2-10/1228 saylı rəyindən məlum olur ki; Mübahisə predmeti olan olan torpaq sahəsi **********62 reyestr nömrəli çıxarışla iddiaçıların ümumi birgə mülkiyyətində olan 0.9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi və həmin 0.9274 ha torpaq sahəsinin 0.88 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********62 reyestr nömrəli çıxarışı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara 0.9274 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətə verilmiş 0.9274 ha torpaq sahəsinin 0,88 ha hissəsini zəbt edərək qanunsuz istifadə edir. Cavabdeh həmin torpaq sahəsinin özünə məxsus olmadığını, icarə əsasında həmin torpaq sahəsindən istifadə etdiyini qəbul etmiş, lakin həmin torpaq sahəsinin iddiaçılara aid olmadığını göstərmişdir. Cavabdeh iddia ərizəsinə olan etirazlarının əsası kimi məhkəməyə təqdim etdiyi JN 349 Kod 80500058 nömrəli torpağa mülkiyyət hüququnda dair Dövlət Aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli, 162 nömrəli qərarı ilə X14, ailə üzvləri X3, X8, X11, X15 və X6 Masallı rayonu Xıl kəndində, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,32 hektar pay torpaq sahəsi verilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-317/2019 saylı, 22 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X4, X5 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,32 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər X2 və X12 tərəfindən qanunsuz çəkilmiş tikanlı məftillərin sökülməsi, cavabdehlər X2 və X12 qanunsuz olaraq zəbt etdikləri iddiaçılar X4, X5 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,32 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi çıxarılmaları qət edilmişdir. Qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Cavabdeh hazırda iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini, sadəcə olaraq qohumlarına məxsus 1,32 hektar torpaq sahəsindən istifadə etdiyini, qeyd edilən torpaq sahəsinin isə yuxarıda qeyd edilən sənədlərə əsasən iddiaçılara heç bir aidiyyətinin olmadığını qeyd etmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi sənədlərlə bağlı qeyd edir ki, iddiaçıların tələbləri 0,9274 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyindən həmin torpaq sahəsindən çıxarılması ilə bağlıdır. Hazırda iddiaçının özünə məxsus olan 0,9274 ha torpaq sahəsinin cavabdehin qeyd etdiyi kimi 1,32 ha torpaq sahəsi ilə bağlı olması (üst-üstə düşməsi) heç bir şəkildə uyğun gəlmir, ona görə ki, əvvəla həmin torpaq sahələrinin ölçüləri fərqlidir, yəni ölçüləri bir-birinə uyğun gəlmir, ikincisi 1,32 ha torpaq sahəsinin şəhadətnamə əsasında iddiaçılara məxsus olmadığından həmin torpaq sahəsi ilə bağlı qurduqları tikanlı məftillərin sökülməsi və həmin torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmə qətnamələri olmuş, üçüncüsü iddiaçılar 0,9274 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almışlar, dördüncüsü isə ekspert rəyi və mütəxəssis rəyi ilə cavabdehin zəbt etdiyi ərazinin 0,9274 ha torpaq sahəsinin 0,88 ha hissəsini təşkil etməsi müəyyən edilmişdir. Bütün bunlar göstərir ki, iddiaçılara məxsus 0,9274 ha torpaq sahəsinin cavabdehin qeyd etdiyi 1,32 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həm də eyni zamanda cavabdeh özü də məhkəmə iclasında izahat verərkən iddiaçılara məxsus 0,9274 ha torpaq sahəsinin əvvəllər məhkəmə qətnaməsi ilə iddiaçılara maneələr törətməsi qadağan edilmiş torpaq sahəsi ilə hər hansı əlaqəsinin olub-olmadığından dəqiq məlumatının olmadığını qeyd etməklə bir daha təsdiq etmişdir ki, onun etirazı əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tələb olunan torpaq sahəsinin mülkiyyət hüququ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6.-cı maddəsinə əsasən iddiaçıların ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini tələb hüququ vardır. Həmin 0.9274 ha torpaq sahəsinin 0.88 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. İddiaçı qeyd etmişdir ki, ekspert rəyində və mütəxəssis rəyində onlara məxsus torpaq sahəsinin 0,88 ha hissəsi zəbt edildiyi göstərilsə də, cavabdeh onlara məxsus torpaq sahəsinin bütün hissəsini zəbt etmiş, ümumilikdə həmin torpaq sahəsindən istifadələrinə maneə yaratdığını qeyd etmişdilər. Qeyd edilən torpaq sahəsinin cuzi bir hissəsi zəbt edilməməsinə baxmayaraq, torpaq sahəsinin cuzi hissəsindən istifadə qeyrimümkün olduğundan, həmin torpaq sahəsi bir yerdə yerləşdiyindən, cavabdeh iddiaçının bütövlükdə torpaq sahəsindən istifadəsinə mane olaraq onu istifadə hüquqlarından məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia təmin edilməlidir. Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 130 manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X7 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 qıznını və İddiaçı4 mülkiyyətlərində olan 0.9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,88 ha hissəsindən qanunsuz istifadə edən Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 130 manat, dövlət rüsumuna görə ödənilmiş 100 manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 verilsin, həmçinin məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X7 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar