Məhkəmə qərarları › İş №2(050)-61/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-61/2024

15.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-61/2024 15.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, Masallı rayonu, Xanalion kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsü ilə təsdiq olunaraq ona verilmiş torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş torpaq sahələrindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsü vardır. Həmin torpaq sahəsi 1.5772 ha olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona və ailə üzvlərinə verilmişdir. Cavabdehlər Masallı rayon Xanalion kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan torpaq sahəsinin təqribən 0.80 sotunu qeyri-qanuni olaraq heç bir əsas, heç bir hüquqmüəyyənedici sənədləri olmadan zəbt etmiş və oranı əkin üçün yararsız vəziyyətə gətirmişlər. Cavabdehlər demək olar ki, hər il həmin 0.80 ha torpaq sahəsində becərilən otu biçdirir, ot bağlamalarını isə öz mal-heyvanları üçün istifadə edirlər. Həmçinin cavabdehlər onun tor setka ilə çəpərə saldığı həmin torpaq sahəsində setkanı söküblər. Orada məhsullar əkib-becərmək istəyir, lakin onlar imkan vermirlər. Özlərinin torpaq sahələrinin olmasına baxmayaraq onun torpaq sahəsini zəbt etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, verilmiş ekspertiza rəyi ilə razıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı torpaq sahəsini tutmamışdır. Verilmiş ekspert rəyi ilə razı deyildir. Odur ki, təkrar ekspertiza keçirilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, əgər onun İddiaçı torpaq sahəsini tutması təsbit olunursa, iddiaçının torpaq sahəsindən çıxmağa razıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Xanalion kəndində 1.5772 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X12, X6, X13, X7, X8, X4, X14 və X15 adları qeyd olunmuşdur. JN-0055 nömrəli kod 80519028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı əsasında X5 0.19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. JN-0054 nömrəli kod 80519028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı əsasında X1 0.19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. JN-0051 nömrəli kod 80519028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı əsasında X16 0.19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. JN-0049 nömrəli kod 80519028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı əsasında Cavabdeh2kişi Balakişi oğluna və ailə üzvlərinə 0.63 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. X41 həmçinin X9, Cavabdeh2 və X2 adları qeyd edilmişdir. JN-0053 nömrəli kod 80519028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı əsasında X10 və ailə üzvlərinə 0.95 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. X41 həmçinin X20, X11, X17, X18 və X3 adları qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki, 1)Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Xanalion kəndi ərazisində İddiaçı və ailə üzvlərinin 52 (**********66 reyestr) nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti (sərhədləri), ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. 2) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Xanalion kəndi ərazisində İddiaçı və ailə üzvlərinin 52 (**********66 reyestr) nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,5256 hektaradək hissəsi iddia tələbinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə kimi plana alınmış 1,53 hektaradək, qalan 0,05 hektaradək hissəsi isə cənub-şərq istiqamətində faktiki istifadə kimi plana alınmamış ərazinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 06 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/4231 saylı rəyindən məlum olur ki; - Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Xanalion kəndi ərazisində İddiaçı və ailə üzvlərinin 52 (**********66 reyestr) nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə .əziyyəti (sərhədləri), ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. -Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Xanalion kəndi ərazisində İddiaçı və ailə üzvlərinin 52 (**********66 reyestr) nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,5256 hektaradək hissəsi iddia tələbinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə kimi plana alınmış 1,53 hektaradək, qalan 0,05 hektaradək hissəsi isə cənub-şərq istiqamətində faktiki istifadə kimi plana alınmamış ərazinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyənləşdirildi. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tədqiq olunmuş materialları mötəbər və təkzibolunmaz sübut kimi qiymətləndirmişdir. İşin faktiki hallarına, tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən İddiaçı və ailə üzvlərinə Masallı rayonu, Xanalion kəndində 1.5772 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. İddiaçı mülkiyyətə verilmiş 1.58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1.5256 hektaradək hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2. və 14.2.2.-ci maddələrinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 152.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 213.6.-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "İnsan Hüquqlarının və X21 Haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" və "əmlak" anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüqunun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tələb olunan torpaq sahəsinin mülkiyyət hüququ İddiaçı və ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6.-cı maddəsinə əsasən iddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini tələb hüququ vardır. Həmin torpaq sahəsinin 1,5256 hektaradək hissəsi iddia tələbinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə kimi plana alınmış 1,53 hektaradək hissəsi qanunsuz olaraq istifadə olunur. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmaqla, o qanunsuz istifadə olunan torpaq sahəsinə görə sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Ona görə də iddiaçı həmin həddə tələbində haqılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 100 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X19 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və üzvlrinə məxsus 1.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.5256 hektaradək hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 100 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X19 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar